Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-413/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçının xeyrinə 499,22 manat əsas borcun, 9,78 manat faiz, 2,74 manat komisyon haqqı olmaqla cəmi 511,74 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə mərhum X7 arasında bağlanmış 22.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 36%-dək olmaq şərtilə 84 ay müddətinə kredit ayrılmış, kreditin ilkin limiti 10000 manat təyin edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.16-ci maddəsinə əsasən Borcverən “Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci maddəsinə görə Bank "Borcalan“a bank hesabı (cari, ssuda) açır və ödəniş kartı təqdim edir. "Borcalan" isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Kredit xəttindən istifadəyə görə minimum 3% maksimum 5% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Gəncə regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 07.05.2021-ci il tarixli cavab məktubu ilə X3 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 147 və 185.5-ci maddələrinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC ilə X7 arasında 22.11.2019-cu il tarixli, 15281sGNDJ/19 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə 84 ay müddətinə illik 36 faiz dərəcəsi ilə kredit xətti ayrılmış, kreditin ilkin limiti 10000 manat təyin edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X3 15281sGNDJ/19 nömrəli kredit müqaviləsi üzrə 499,22 manat əsas borc, 9,78 manat faiz borcu, 2,74 manat komisyon haqqı olmaqla, cəmi 511,74 manat borcu vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X7 23.06.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 1330 nömrəli 07.05.2021-ci il tarixli məktubdan görünür ki, X2 miras qalmış əmlaka dair Gəncə Regional «ASAN xidmət» mərkəzində 1 saylı notariat ofisində vərəsəlik işi açılmış, vərəsələrdən atası- Cavabdeh, oğlu-X8 və qızı-X6 vərəsəliyi qəbul etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. İş materiallarında olan 12.01.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 23.06.2020-ci tarixdə ölmüş X3 vərəsələri atası - Cavabdeh, oğlu - X8 və qızı-X6 miras əmlakdan bərabər hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC tərəfindən verilmiş 157000/2-3651 nömrəli 17.09.2020-ci il tarixli məktuba əsasən miras qoyan X4 məxsus olan ******************** saylı hesabında 193,69 manat məbləğində pul vəsaitindən ibarətdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12.07.2021-ci il tarixdə banka olan borcun ödənilməsi, əks təqdirdə müqavilənin vaxtından əvvəl ləğv edilməsi və borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" KB ASC ilə mərhum X7 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona kredit limiti ayrılmış, kreditin ilkin limiti 10000 manat təyin edilmişdir. Lakin, Dürdanə Namazova müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında ümumilikdə 511,74 manat məbləğdə icra edilməmiş pul öhdəliyi qalmışdır. Dürdanə Namazova 23.06.2020-ci il tarixdə ölmüşdür. Dürdanə Namazova öldükdən sonra onun atası – hazırki iş üzrə Cavabdeh, oğlu - X8 və qızı - X6 miras qoyanın qanun üzrə vərəsələri kimi ondan miras qalmış əmlakı – miras qoyanın hesabında olan 193,69 manat pul vəsaitini bərabər hissədə vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmiş və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.06.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum X3 ölümündən sonra ondan qalmış mirası qanun üzrə vərəsələrindən atası – Cavabdeh ilə yanaşı mərhumun oğlu-X8 və qızı-X6 bərabər hissədə qəbul etdiklərindən, miras əmlak da cəmi 193,69 manat pul vəsaitindən ibarət olduğundan, cavabdeh həmin puldan onun payına düşən 1/3 hissədə, yəni 64,56 manat həddində mərhum qızının öhdəliklərinə görə cavabdehlik daşıyır. Odur ki, iddia qismən təmin edilməli, 64,56 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 64,56 manat (altmış dörd manat əlli altı qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 3,70 manat (üç manat yetmiş qəpik) pul tutularaq "xxxx" KB ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-413/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-413/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver