Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-4139/2021 13.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17000 manat pulun alınıb İddiaçı1, 16000 manat pulun alınıb İddiaçı2 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsində bir-biri ilə əlaqəli olmayan bir neçə tələb birləşdirildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmununda qeyd edilir ki, Cavabdeh İddiaçı1 torpaq sahəsi sataraq ondan 17000 manat pul almış, İddiaçı2 isə torpaq sahəsi sataraq ondan 16000 manat pul almışdır. Mövcud iddia ərizəsi ilə iddiaçılar isə hər biri ayrı-ayrılıqda cavabdehə verdikləri pul məbləğlərini tələb edirlər. Halbuki, iddiaçıların hər birinin cavabdehə olan pul tələbləri bir-biri ilə əlaqədar deyildir. Məhkəmə hesab edir ki, müxtəlif iddiaçılar tərəfindən eyni cavabdehə qarşı yönəlmiş tələblər, həmin tələblərin bir-biri ilə əlaqəsi olmadığı üçün onlar bir icraatda birləşdirilərək baxıla bilməz, bu tələblərin hər birinə ayrıca icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-4139/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-4139/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver