Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-416/2020 29.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüseynov Hadı Bahadur oğlunun katibliyi, «xxxxxxxxxxx» x1 nümayəndəsi x2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» x1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» x3 kiçik iddialara dair sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh «xxxxxxxxxxx» MMC-in xeyrinə İMEİ kodu **********22592 olan LG K markalı telefon üçün üçün 72 manat ödənilməmiş hissə, 7 manat cərimə, LG LED markalı televizor üçün 495 manat ödənilməmiş hissə, 50 manat cərimə və İMEİ kodu **********15802 olan Xiaomi Redmi 5 markalı telefon üçün 238 manat ödənilməmiş hissə, 24 manat cərimə borcu olmaqla, cəmi 886 manat borcun və 30 manat dövlət rüsumunun «xxxxxxxxxxx» MMC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 08.01.2020-ci il tarixdə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad çıxarılmışdır. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-in nümayəndəsi x4 iddianı müdafiə edib izahatında göstərdi ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 24.10.2017-ci il tarixli, 267846 nömrəli müqaviləyə əsasən cavabdehİMEİ kodu **********22592 olan LG K markalı telefon, 30.03.2018-ci il tarixli, K00096548 nömrəli müqaviləyə əsasən LG LED markalı televizor və 22.04.2018-ci il tarixli, K00118667 nömrəli müqaviləyə əsasənİMEİ kodu **********15802 olan Xiaomi Redmi 5 markalı telefon almışdır. Cavabdeh avadanlıqları qəbul etmiş, onların qiymətlərini iddiaçıya ödəməyi öhdəsinə götürürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 24.10.2017-ci il tarixli, 267846 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən İMEİ kodu **********22592 olan LG K markalı telefonu, 30.03.2018-ci il tarixli, K00096548 nömrəli üzrə LG LED markalı televizoru və 22.04.2018-ci il tarixli, K00118667 nömrəli müqaviləüzrə İMEİ kodu **********15802 olan Xiaomi Redmi 5 markalı telefonu hissəhissə ödəmək şərti ilə almışdır. 15.11.2019-cu il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər üç müqavilə üzrə ümumilikdə 805 manat əsas borcu, 81 manat cərimə borcu, cəmi 886 manat borcu vardır. «xxxxxxxxxxx» MMC-nin Cavabdeh ünvanladığı 29.07.2019-cu il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə banka olan borcunu ödəməsi barədə xəbərdarlıq etmişdir; Məhkəmə iclasında müəyyən edildiki,tərəflər arasında bağlanmış24.10.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********22592 olan LG K markalı telefonu 12 ay müddətinə, 30.03.2018-ci il tarixli müqaviləyə əsasən LG LED markalı televizoru 18 ay müddətinə, 22.04.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********15802 olan Xiaomi Redmi 5 markalı telefonu 12 ay müddətinə alaraq hər üç müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqavilə üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda Cavabdeh 24.10.2017-ci il tarixli, 267846 nömrəli müqavilə üzrə 72 manat əsas, 7 manat dəbbə pulu, 30.03.2018-ci il tarixli, K00096548 nömrəli müqavilə üzrə 495 manat əsas, 50 manat dəbbə pulu, 22.04.2018-ci il tarixli, K00118667 nömrəli müqavilə üzrə 238 manat əsas, 24 manat dəbbə pulu olmaqla, cəmi:- 886 (səkkiz yüz səksən altı) manat borcu tutularaq «xxxxxxxxxxx» x1 xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30,0 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 24.10.2017-ci il tarixli, 267846 nömrəli müqavilə üzrə 72 manat əsas, 7 manat dəbbə pulu, 30.03.2018-ci il tarixli, K00096548 nömrəli müqavilə üzrə 495 manat əsas, 50 manat dəbbə pulu, 22.04.2018-ci il tarixli, K00118667 nömrəli müqavilə üzrə 238 manat əsas, 24 manat dəbbə pulu olmaqla, cəmi:- 886 (səkkiz yüz səksən altı) manat borc və 30,0 manat dövlət rüsumu tutularaq «xxxxxxxxxxx» x1 xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-416/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-416/2020
29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver