Məhkəmə qərarları › İş №2(043)-4218/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-4218/2021

29.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-4218/2021 29.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Mercedes-Benz Vito 115CDİ markalı 51BF749 qeydiyyat nişanlı avtomobilin alınması, bu mümkün olmadıqda onun dəyəri olan 27000 manat pulun alınaraq ona ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi üzrə və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etḋ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mercedes- Benz Vito 115CDİ markalı 51BF749 qeydiyyat nişanlı avtomobilin alınıb ona verilməsi, bu mümkün olmadıqda onun dəyəri olan 27000 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa Cavabdeh ilkin İddiaçı qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin lğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək Gəncə RQİTBŞ-də “Mercedes-Benz Vito 115 CDİ” markalı, **-BF-*** qeydiyyat nömrə nişanlı avtomobilə dair bağlanmış 25.10.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı adına avtomobilə dair verilmiş şəhadətnamənin ləğv edərək avtomobil üzərində mülkiyyət hüququnun bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 məhkəmə iclasının kesirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 ilkin iddiaçının iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Cavabdeh Samux rayonu Nəbiağalı qəsəbəsində qeydiyyatda olduğundan işə ərazi aidiyyatı üzrə Samux Rayon Məhkəməsində baxılmalıdır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilməsinə etirazı olmadığını bildirdi. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. MPM-in 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Belə olan halda məhkəmə hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu Samux Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsnin 44, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara a l d ı: İddiaçı Cavabdeh qarşı Mercedes-Benz Vito 115CDİ markalı 51BF749 qeydiyyat nişanlı avtomobilin alınması, bu mümkün olmadıqda onun dəyəri olan 27000 manat pulun alınaraq ona ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi üzrə və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(043)-4218/2021 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar