Məhkəmə qərarları › İş №2(043)-423/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-423/2021

22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-423/2021 22.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i : İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci ildə anadan olmuş X2 və xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-1620/2019 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa görə 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilərək cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X7 iddianı müdafiə edərək izahatında göstərdi ki, tərəflər xx.xx.2015-ci ildə ailə qurmuşlar. Nikahlarını 2006cı ildə qeyd etdirmişdirlər. Birgə nikahlarından 2 övladları: xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 anadan olmuşdur və onların ikisi iddiaçının yanında yaşayırlar. Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2015-ci ildə anadan olmuş Günayın və xx.xx.2018-ci ildə anadan olmuş Zeynəbin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər uşağa 75 manat olmaqla cəmi 150 manat alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilmiş və Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat müəyyən edilmişdir. Hazırda uşaqlar böyüyərək onların tələbatları günü-gündən artığı üçün və cavabdeh təyin olunmuş alimentdən başqa uşaqların saxlanmasında çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyindən məhkəməyə müraciət etmişdir.İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fəhlə işləməklə təyin olunmuş alimenti çətinliklə ödəyir. Hal-hazırda pandemiya ilə əlaqədar olaraq ümumiyyətlə heç bir yerdə işləyə bilmir. Təyin olunan alimenti vaxtı-vaxtında ödəyir. İddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı olmadığını göstərərək, iddianın təmin olunmamasını xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci ildə anadan olmuş X2 və xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək hər ay Cavabdeh hər uşağa görə ödənilməli olan aylıq alimentin məbləği 100 (bir yüz) manat olmaqla, iki uşaq üçün hər ay cəmi 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-1620/2019 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olmuş X2 və xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hər uşaq üçün təyin olunmuş 100 manat məbləğində aliment azyaşlı Günayın və Zeynəbin saxlanması üçün yetərli olmadığından və cavabdeh təyin olunmuş alimentdən başqa uşaqların saxlanmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək alimetin məbləğinin artırılaraq hər uşağa görə 200 manat olmaqla, 400 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh maddi imkanının olmamasını göstərərək təyin olunmuş alimentin artırılmasına etiraz etmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)- 1620/2019 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşaqların böyüyərək tələbatının artmasını göstərərək , cavabdehin uşaqların saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmiş, cavabdeh isə maddi imkanını əsas gətirərək qeyd olunan alimenti ödəməyə maddi imkanının olmadığını göstərmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyaya dair 7 saylı protokolunun 5-ci maddəsinə əsasən ər-arvad uşaqlari ilə münasıbətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. «Yaşayış Minimumu Haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175,0 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşaqlara qulluq, onların sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini habelə cavabdehin maddi imkanını nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər bir uşağa görə 140 (bir yüz qırx) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə cavabdeh Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i : İddia qismən təmin olunsun. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-1620/2019 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci ildə anadan olmuş X2 və xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək cavabdeh Cavabdeh hər ay hər bir uşağa görə tutulan 100 (bir yüz) manat məbləğində təyin olunmuş alimentin miqdarı artırılaraq hər ay hər bir uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni güvvəyə mindiyi vaxtdan başlayaraq cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilsin. İş üzrə 30 (otuz) manat dövət rüsumu cavabdeh Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar