Məhkəmə qərarları › İş №2(043)-430/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-430/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-430/2021 11.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 və onların nümayəndəsi X2, Cavabdehlərin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5522 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, cavabdehlərdən Kənanla Gültəkin ərarvad, Sənan isə onların övladıdır. 2019-cu ilin mart ayında Kənanla Gültəkin onlara elçi gələrək qızları Lamiyəni oğulları Sənana almaq istədiklərini bildirmişdilər. Lamiyə ilə Sənanın evləmələrinə qarşılıqlı razılıq verilmişdir. Bir neçə gün sonra Sənanla Lamiyənin nişanı olmuş, onların nişanları olduqdan sonra, cavabdehlər Bakı şəhərində Kristal Abşerondan bir otaqlı mənzil almışlar. Cavabdehlər onlara təklif edərək bildirmişlər ki, “toy olanda Siz qızınıza cehiz əşyaları verəcəksiniz, biz təzə ev almışıq və həmin evi toya hazırlayırıq, gəlin biz evi özümüz istədiyimiz kimi düzəldək, istədiyimiz formada əşyaları alaq Siz onun pulunu verin”. Onlar da razılaşmışlar. 2019-cu ilin may ayının sonu avqust ayının əvvəllərində cavabdehlərdən Sənan onlara zəng edərək bildirmişdir ki, usta mətbəx mebelini hazırlayıb, mətbəx üçün lazım olan əşyaları, aspirator və qaz plitəsini alıb yerləşdirmək lazımdı. O, həmin əşyalara Kontakt Home-da baxdığını bildirərək, ona ya pulunu göndərməsini və ya orda “Kontakt Home”a pulunu ödəyib, əşyaların isə oradan təhvil alınmasını təklif etmişdir. Onlar da Gəncə şəhərində “Kontakt Home”a gedərək Svetlananın adına 1000 manat dəyərində malları kreditlə yazdırmışlar və Sənana bildirmişlər ki, getsin Bakı şəhərində mağazadan götür. O, da bunu etmişdir, yəni gedib malları qəbul etmiş və Razi adlı mebel ustasına da 1000 manat da pulun vermələrini bildirmişdir. Onlar da xx.xx.2019-cu ildə (Hüsaməddin) atası X1 adına “xxxx” ASC-dən 1100 (min yüz) manat pulu 20%-lə aylıq 94.9 manat ödəməklə 13 ay müddətinə götürmüş və Razi adlı ustaya vermişlər. Aradan təxminən bir ay keçdikdən sonra, Sənan yenidən zəng edərək ustanın işini yekunlaşdırmasını və ustaya 2300 (iki min üç yüz) manat pul verilməli olmasını demişdir. O da xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-dən 2700 manat pulu 26%-lə aylıq 182,75 manat ödəməklə 18 ay müddətinə götürmüş və yenidən həmin ustaya vermişdir. xx.xx.2020-ci ildə Sənan və qızlaqı Lamiyə nikaha daxil olmuşlar. Onlar toyu etməyi planlaşdırsalar da Pandemiya olduğu üçün toyu edə bilməmişlər. Beləliklə, Sənanla Lamiyə rəsmi nikahda olsalar da onlar ər-arvad münasibətində olmamışdırlar. Sonradan onların münasibəti tutmadığı üçün Sənan Lamiyə ilə aralarında olan nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Onlar arasında olan nikahın pozulmasına dair iş hazırda Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin icraatındadır. Bütün bunları qızları üçün etmiş, lakin Lamiyə heç cavabdehlərin düzətdikləri evə belə getməmiş və düzətdikləri əşyaları belə görməmiş, onlardan istifadə etməmişdir. Bununla da cavabdehlər onların pulu ilə öz evlərinə şərait qurmuş və onlara xeyli miqdarda zərər vurmuşlar. Onlar hazırda da götürdükləri kreditləri ödəyirlər. Belə olan halda onlar cavabdehlərdən onlara verdikləri pulları geri qaytarmasını tələb etdikdə cavabdehlər onların müraciətinə əhəmiyyət verməmişlər. Buna görə də onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 hər biri ayrı-ayrılıqda, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi X4 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçılar iddia ərizəsində göstərdikləri əşyaları qızları üçün cehiz kimi vermiş, yəni həmin əşyaları qızları Lamiyəyə hədiyyə kimi bağışlamışlar. Həmin əşyalar hal-hazırda cavabdehlərə məxsus mənzildədir və cavabdehlər həmin əşyaların qaytarılmasına etiraz etmirlər. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan satıcı “xxxx” MMC ilə alıcı İddiaçı2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, alıcı dəyəri 460 manat olan Hoffmann markalı aspiratoru 18 ay müddətinə ödəmək şərti ilə satıcıdan almışdır. İş materiallarında olan “xxxx” ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank borcalana 18 ay müddətinə 2700 manat məbləğində kredit vermişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçıların qızı ilə Cavabdeh2 ailə həyatı qurmağı planlaşdırdıqlarına görə, iddiaçılar qızlarına cehiz əşya vermək məqsədi ilə bankdan kredit almış, həmin kredit vəsaiti hesabına sifariş verilmiş mətbəx mebelinin dəyərini ödəmişlər, eyni zamanda Gəncə şəhərində “xxxx” MMC ilə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən aspirator almışlar, lakin həmin əşyanı MMC-nin Bakı şəhərində yerləşən filialından cavabdehlər götürmüşlər. Sonradan iddiaçıların qızı ilə Cavabdeh2 arasında olan münasibətlər pozulduğuna görə onlar ailə həyatı qurmaqdan imtina etmişlər. Hazırda iddiaçılar dəyərini ödədikləri mətləx mebeli və “xxxx” MMC-dən aldıqları aspiratoru ümumiyyətlə görmədiklərini, həmin əşyaların cavabdehlərin mənzilinə quraşdırılması üçün cavabdehlərin özlərinin istəklərinə uyğun olaraq onlar tərəfindən sifariş olunduğunu, bu səbəbdən həmin əşyaların özlərini deyil, onları almaq üçün ödənilmiş pul vəsaitini və bank götürülmüş kreditə görə ödədikləri faiz məbləğlərini cavabdehlərdən tələb edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. İşin faktiki hallarına əsaslanaraq, həmçinin qeyd edilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən mətbəx mebeli və aspirator cavabdehlərin yaşadıqları mənzilə quraşdırılması üçün alınmış olsa da, eləcə də həmin əşyalar bilavasitə cavabdehlərə təhvil verilmiş olsa da, həmin əşyalar iddiaçılar tərəfindən qızlarına cehiz əmlak kimi hədiyyə vermək məqsədi ilə alınmışdır. Həmin əşyalar iddiaçıların qızına məxsus olmaqla, hal-hazırda cavabdehlərin yaşadıqları mənzilindədir və cavabdeh tərəf əşyaların geri qaytarılmasına etiraz etmir. İddiaçılar isə əşyaların özlərini deyil, onlara çəkilmiş xərcin əvəzinin ödənilməsini tələb edirlər ki, onlar bu tələbi irəli sürməkdə haqlı deyillər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci olan 30 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynovim Rəşad Mustafayev Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar