Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-443/2020 03.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi x1 iştirakı ilə, İddiaçı MMC-in Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurulmuş ziyana görə 2643 (iki min altı yüz qırx üç) manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 184-cü maddəsinin göstərişinə uyğun olaraq işin və mübahisənin vəziyyəti müzakirə edilib, bütün sübutların təqdim edilib-edilməməsi aydınlaşdırılarkən iddiaçının nümayəndəsi x3 məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehdən 2540 (iki min beş yüz qırx) manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. MPM-in 53-cü maddəsinə əsasən məhkəmə iddia tələbinə iddia həcminin azaldılması kimi baxmışdir. Məhkəmə iclasında İddiaçı MMC-in nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 06.10.2017-ci ildə 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə Satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “x5” haqqında müqavilə imzalanmışdır. 23.01.2019-cu il tarixdə 038-K əmri ilə Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 09.05.2018-ci il tarixdə Oba - Gəncə 1 (kod 829) mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh Əkbərov x2 zərər vurması müəyyən edilmiş, 09.05.2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3070 ( üç min yetmiş ) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, zərər vurulmuş 3070 (üç min yetmiş) manatdan 427 (dörd yüz iyirmi yeddi) manat ödəniş edilmiş 2643 (iki min altı yüz qırx) manat təşkil etmişdir. Məhkəməyə iddia ərizəsi verildikdən sonra ödəniş olunduğu üçün hazırda 2540 manat qalmışdır. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildiriş verilmiş, lakinheç bir ödəniş həyata keçirilməmişdir. İddianın təmin olunmasını xahiş etdi Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 06.10.2017-ci il tarixli, əmək müqaviləsindən görünür ki, Cavabdeh -OBA marketlər şəbəkəsində satıcı-kassir işinə qəbul edilmişdir. 06.10.2017-ci il tarixli x5 haqqında müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında x5 haqqında müqavilə bağlanmışdır. 23.01.2019-cu il tarixli, 038-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh iləOBA Marketlər Şəbəkəsi arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 09 may 2019-cu il tarixli imtina aktından görünür ki, İddiaçı MMC -nin Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov P 3 ünvanda yerləşən “Gəncə 23” (829) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə 09.05.2019-cu il tarixəolaninventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində catışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanm aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskik gəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. DM-2045 nömrəli, 06.11.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı” MMC tərəfindən Cavabdeh 3069 manat maddi ziyanın ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. 06.11.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh 3070 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 427 manat ödəniş etməklə 2643 manat borcu qalmışdır. 24.05.2018-ci il tarixli, borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, borclu Cavabdeh 3070,0 manat borcu olduğunu etiraf etmiş, borclu borc məbləğini 15.06.2018-ci il tarixdən başlayaraq hər ay 250 manat olmaqla 13 (on üç) ay ərzində tam olaraq kreditora ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh 12.11.2018-ci il tarixli izahatından görünür ki, Cavabdeh, müştəridən satış zamanı malın pulunu alıb kassaya vurmadan pulu kassaya qoyduğunu, belə halın3-4 dəfə təkrarlandığını göstərərək bunun səbəbəini fikirli olması ilə izah etmişdir. Məhkəməiclasındamüəyyənedildiki, İddiaçı” MMC ilə Cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanaraq satıcı kassir işinə qəbul olunmuş və tərəflər arasında “x5” haqqında müqavilə bağlanmışdır. Cavabdeh işlədiyi müddətdə işinin öhdəsindən lazımi qaydada gəlməmiş, nəticədə iddiaçıya 3070 ( üç min yetmiş ) manat məbləğində zərər vurmuşdur.İddiaçı iddia edir ki, cavabdeh vurduğu zərərdən bir qismini ödəmiş, qalan 2540 manatını isə ödəməkdən yayınmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin(bundan sonra- Əmək Məcəlləsi) 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində maddi zərəri tələb etməkdə haqlıdır və həmin tələb işin faktiki halları nəzərə alınmaqla təmin edilərəkCavabdeh 2540 (iki min beş yüz qırx) manat tutularaq İddiaçı MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2540 (iki min beş yüz qırx) manat maddiziyanvə dövlət rüsumu olaraq ödənilmiş 30,0 manat alınaraqİddiaçı MMC-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-443/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-443/2020
03.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver