Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-444/2020 30.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x1 iclas katibliyi, iddiaçı “x7 Təşkilatı "x6” MMC-nin hüquqi varisi BOKT “xxxxxxxx” MMC-nin nümayəndəsi x3, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT “xxxxxxxx” MMC-inCavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı x7 Təşkilatı "x6” MMCiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə x7 Təşkilatı "x6” MMC arasında bağlanmış 20 avqust 2015-ci il tarixli, LD ********** saylı kredit müqaviləsinə əsasən borc üzrə 784,24 (yeddi yüz səksən dörd dollar 24 sent) ABŞ dolları, 20 dekabr 2016-cı il tarixə qədər hesablanmış faiz borcu üzrə 0,00 (sıfır) ABŞ dolları, cərimə üzrə 0,00 (sıfır) ABŞ dolları olmaqla ümümilikdə 784.24 (yeddi yüz səksən dörd dollar 24 sent) ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Cavabdeh BOKT "x6” MMC-nin xeyrinə tutulması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, x7 Təşkilatı “x6” MMC-in Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış «20» avqust 2015-ci il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 16 (on altı) ay müddətinə «20» dekabr 2016-cı il tarixə qədər illik 21,8 % dərəcəsini tətbiq etməklə 1500 ABŞ dolları (bir min beş yüz ABŞ dolları) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada İcra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziva qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı x7 Təşkilatı “x6” MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh «26» noyabr 2019-cu il tarixli arayışa əsasən BOKT “x6” MMC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 784,24 (yeddi yüz səksən dörd dollar 24 sent) ABŞ dolları, faiz üzrə 0,00 (sıfır) ABŞ dolları, cərimə üzrə 0.00 (sıfır) ABŞ dolları olmaqla ümumilikdə 784,24 (yeddi yüz səksən dörd dollar 3 sent) ABŞ dolları təşkil edir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçı x7 Təşkilatı "x6” MMC-nin nümayəndəsi x4 məhkəməyə ərizə təqdim edərək, iddiaçının onun hüququ varisi olan BOKT “xxxxxxxx” MMCilə əvəz olunmasını xahiş etdi. Məhkəmə tərəfindən iddiaçı x7 Təşkilatı "x6” MMC onun hüququ varisi olan x7 Təşkilatı "xxxxxxxxxx” MMC-ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı x7 Təşkilatı "x6” MMC-in hüquqi varisi BOKT “xxxxxxxx” MMC-nin nümayəndəsi x4 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini, Cavabdeh əsas məbləğ üzrə 784,24 ABŞ dolları və dövlət rüsümu kimi ödənilmiş 30 manat vəsaitin BOKT “xxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini, bütün borcunu ödədiyini bildirərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini, cavabdehi dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş x7 Təşkilatı “x6” MMC-in Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış «20» avqust 2015-ci il tarixli, LD/15232/00133 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 16 (on altı) ay müddətinə «20» dekabr 2016-cı il tarixə qədər illik 21,8 % dərəcəsini tətbiq etməklə 1500 ABŞ dolları (bir min beş yüz ABŞ dolları) məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 26.11.2019-cu il tarixli maliyyə arayışından görünür ki, «20» avqust 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə Cavabdeh x7 Təşkilatı “x6” MMC-yə əsas məbləğ üzrə 784,24 ABŞ dolları, faiz üzrə 0 ABŞ dolları, cərimə üzrə 0 ABŞ dolları, sığorta ödənişi üzrə borcu 0 ABŞ dolları, cəmi 784,24 ABŞ dolları borcu vardır. İş materiallarına əlavə edilmiş 06.12.2019-cu il tarixli ərizədən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikası Maliyyə x2 tərəfindən təqdim edilən kompensasiya düşən şəxslərin siyahısına əsasən iş üzrə cavabdehə kompensiyasiya düşüb-düşməməsi dəqiqləşdirilmişdir. Belə ki, dövlət büdcəsi vəsaiti hesabına həmin cavabdehə görə iddiaçıya kompensasiya ödənilməmişdən əvvəl Cavabdeh kredit müqaviləsi üzrə BOKT "x6” MMC-yə 1214,12 ABŞ dolları əsas borcu, 153,54 ABŞ dolları faiz borcu və 121 ABŞ dolları cərimə borcu olmuşdur. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə həmin əsas borcdan 429,88 ABŞ dolları dövlət büdcəsi hesabına ödənilmiş, 153,54 ABŞ dolları faiz borcu və 121 ABŞ dolları cərimə isə ləğv prosesində olan BOKT “x6” MMC tərəfindən həmin şəxs kompensasiya düşdüyündən tam olaraq silinmişdir. Hazırda cavabdehin 784,24 ABŞ dolları əsas borcu var. Bundan başqa iş üzrə iddiaçıya ləğvetmə prosesində olduğundan Mərkəzi Bank tərəfindən kredit borclarının restrukturizasiya üçün dövlət zəmanəti ilə kredit verilmədiyindən BOKT “x6” MMC tərəfindən fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiya edilməsi nəzərdə tutulmamışdır. İş materiallarına əlavə edilmiş tələbin güzəşti barədə bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə BOKT "x6” MMC-yə olan borcu üzrə tələb BOKT “xxxxxxxx” MMC-nin xeyrinə güzəşt olunmuşdur. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh banka olan borcunu ödəməyəcəyi təqdirdə qanunamüvafiq tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 439.2-ci maddəsinin tələbinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunu şərtləndirildiyi hallardan başqa, o manatla ödənilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, x7 Təşkilatı “x6” MMC-nin Gəncə filialı ilə Cavabdeh arasında «20» avqust 2015-ci il tarixli LD15232/00133 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öz öhdəliyini icra etmiş, cavabdeh isə kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada İcra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziva qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı x7 Təşkilatı “x6” MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə həmin əsas borcdan 429,88 ABŞ dolları dövlət büdcəsi hesabına ödənilmiş, 153,54 ABŞ dolları faiz borcu və 121 ABŞ dolları cərimə isə ləğv prosesində olan BOKT “x6” MMC tərəfindən həmin şəxs kompensasiya düşdüyündən tam olaraq silinmişdir. Hazırda cavabdehin 784,24 ABŞ dolları əsas borcu var. Bundan başqa iş üzrə iddiaçıya ləğvetmə prosesində olduğundan Mərkəzi Bank tərəfindən kredit borclarının restrukturizasiya üçün dövlət zəmanəti ilə kredit verilmədiyindən BOKT “x6” MMC tərəfindən fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiya edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh kredit müqaviləsi üzrə BOKT "x6” MMC-yə olan borcu üzrə tələb BOKT “xxxxxxxx” MMC-nin xeyrinə güzəşt olunmuşdur. Məhkəmə əsas borc məbləğinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə Cavabdeh əsas borc üzrə 784,24 (yeddi yüz səksən dörd dollar iyirmi dörd sent) ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində tutularaq iddiaçı BOKT “xxxxxxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddiaçının xahişini və ödənilmiş tələbin məbləğini nəzərə alaraq hesab edir ki, məhkəmə xərci qismində 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Şərh оlunаnlаrа və Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı mаddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehəsas borc üzrə 784,24 (yeddi yüz səksən dörd dollar iyirmi dörd sent) ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində pul və məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, x7 Təşkilatı “xxxxxxxx” MMC-yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x9 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-444/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-444/2020
30.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver