Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-451/2020 05.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, «xxxxxxxxxxx» x1 nümayəndəsi x2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» x1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı «xxxxxxxxxxx» x3 kiçik iddialara dair sadələşmiş icraatqaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh arasında bağlanmış 15.01.2016-cı il tarixli, 3453 nömrəli müqaviləüzrə cavabdehdən 1766 manat əsas borc, 177 manat dəbbə pulu olmaqla, 1943 manat borcun və 30,0 manat ödənilmiş dövlət rüsumunun cəmi 1973 manat pulun tutularaq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 08.01.2020-ci il tarixdə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad çıxarılmışdır. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-in nümayəndəsi x4 iddianı müdafiə edib izahatında göstərdi ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 15.01.2016-cı il tarixli, 3453 nömrəli müqaviləyə əsasən cavabdeh iddiaçıdan Samsung LED markalı televizoru, 12 ay müddətinə almışdır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.01.2016cı il tarixli müqaviləüzrə 1766 manat əsas borcu və 177 manat dəbbə pulu olmaqla cəmi 1943 manat borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 15.01.2016-cı il tarixli, 3453 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 1916 manat dəyərində Samsung LED markalı televizor satmışdır. Həmin müqaviləyəəsasən ödəmələr hər ay 148 manat ödəmək şərti ilə bərabər hissələrlə ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməlidir. «xxxxxxxxxxx» MMC-nin Cavabdeh ünvanladığı 15.01.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə banka olan borcunu ödəməsi barədə xəbərdarlıq etmişdir; 15.11.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın «xxxxxxxxxxx» MMC-yə 1766 manat əsas borcu, 177 manat dəbbə pulu olmaqla, ümumilikdə 1943 manat borcuqalmışdır. Məhkəmə iclasında müəyyən edildiki, tərəflər arasında bağlanmış 02.12.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh Samsung LED markalı televizoru, 12 ay müddətinə alaraq müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə işüçün əhəmiyyətli olan halları araşdırıb məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- MM) 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa vəöhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcıəşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görəəşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissəödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəməşərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşıəşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinəəsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinəəsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinəəsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinəəsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqavilə üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda 1766 manat əsas, 177 manat dəbbə pulu olmaqla, cəmi:- 1943 (min doqquz yüz qırx üç) manat cavabdehdən tutularaq «xxxxxxxxxxx» MMCnin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 20,0 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 208 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 15.01.2016-cı il tarixli, 3453 nömrəli müqavilə üzrə 1766 manat əsas, 177 manat dəbbə pulu olmaqla, cəmi:- 1943 (min doqquz yüz qırx üç) manat borc və 30,0 manat dövlət rüsumu tutularaq «xxxxxxxxxxx» x1 xeyrinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncəşəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-451/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-451/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver