Məhkəmə qərarları › İş №2(043)-453/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-453/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-453/2021 04.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Samsung LED televizor, SİMFER spirallı peç, Delonghi mikatermik peç üçün 180 manat ödənilməmiş məbləğ, 54 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Samsung J2 markalı telefon üçün 154 manat ödənilməmiş məbləğ, 46 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung paltaryuyan üçün 464 manat ödənilməmiş məbləğ, 139 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı soyuducu üçün 1176 manat ödənilməmiş məbləğ, 227 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED televizor üçün 2128 manat ödənilməmiş məbləğ, 364 manat dəbbə pulu olmaqla, cəmi 4932 (dörd min doqquz yüz otuz iki) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələ əsasən cavabdeh iddiaçıdan Samsung Led markalı televizor , Sımfer spirallı peç , Delonghi mikatermik peç, Samsung J2 markalı telefon, Samsung markalı paltaryuyan, Samsung markalı soyuducu, Samsung markalı Led televizor almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 180 manat ödənilməmiş məbləğ 54 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 154 manat ödənilməmiş məbləğ 46 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 464 manat ödənilməmiş məbləğ 139 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1176 manat ödənilməmiş məbləğ 227 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqavilə üzrə Samsung markalı Led televizor üçün 2128 manat ödənilməmiş məbləğ, 364 manat dəbbə pulu olmaqla ümumilikdə 4932 mana borcu qalmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilənin şərtlərini pozaraq öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli, 00353905 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxx» MMC-dən hissə-hissə ödəmək şərti ilə Samsung LED televizor , SİMFER spirallı peç , Delonghi mikatermik peç almışdır. xx.xx.2018-ci il tarixli, 00450377 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxx» MMC-dən hissə-hissə ödəmək şərti ilə Samsung J2 markalı telefon almışdır. xx.xx.2019-cu il tarixli, 00567135 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxx» MMC-dən hissə-hissə ödəmək şərti ilə Samsung markalı paltaryuyan almışdır. xx.xx.2019-cu il tarixli, 00900486 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxx» MMC-dən hissə-hissə ödəmək şərti ilə Samsung markalı soyuducu almışdır. xx.xx.2019-cu il tarixli, 00960289 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxx» MMC-dən hissə-hissə ödəmək şərti ilə Samsung Led markalı televizor almışdır. xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya xx.xx.2018-ci il tarixli 00353905 nömrəli müqavilə üzrə 180 manat ödənilməmiş məbləğ 54 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli 00450377 nömrəli müqavilə üzrə 154 manat ödənilməmiş məbləğ 46 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli 00567135 nömrəli müqavilə üzrə 464 manat ödənilməmiş məbləğ 139 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli 00900486 nömrəli müqavilə üzrə 1176 manat ödənilməmiş məbləğ 227 manat dəbbə; xx.xx.2019-cu il tarixli 00960289 nömrəli müqavilə üzrə 2128 manat ödənilməmiş məbləğ 364 manat dəbbə pulu olmaqla ümumilikdə 4932 (dörd min doqquz yüz otuz iki) manat borcu qalmışdır. «xxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdardıqdan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli 00567135 nömrəli müqavilə üzrə tutulmalı olan 139 manat cərimə məbləği azaldılaraq 39 manat; xx.xx.2019-cu il tarixli 00900486 nömrəli müqavilə üzrə tutulmalı olan 227 manat cərimə məbləği azaldılaraq 27 manat; xx.xx.2019-cu il tarixli 00960289 nömrəli müqavilə üzrə tutulmalı olan 364 manat cərimə məbləği azaldılaraq 64 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh müqavilə üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan halda xx.xx.2018-ci il tarixli 00353905 nömrəli müqavilə üzrə 180 manat ödənilməmiş məbləğ 54 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli 00450377 nömrəli müqavilə üzrə 154 manat ödənilməmiş məbləğ 46 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli 00567135 nömrəli müqavilə üzrə 464 manat ödənilməmiş məbləğ 39 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli 00900486 nömrəli müqavilə üzrə 1176 manat ödənilməmiş məbləğ 27 manat dəbbə pulu; xx.xx.2019cu il tarixli 00960289 nömrəli müqavilə üzrə 2128 manat ödənilməmiş məbləğ 64 manat dəbbə pulu olmaqla ümumilikdə 4332 (dörd min üç yüz otuz iki) manat cavabdehdən alınaraq «xxxx» MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 00353905 nömrəli müqavilə üzrə 180 manat ödənilməmiş məbləğ 54 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli 00450377 nömrəli müqavilə üzrə 154 manat ödənilməmiş məbləğ 46 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli 00567135 nömrəli müqavilə üzrə 464 manat ödənilməmiş məbləğ 39 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli 00900486 nömrəli müqavilə üzrə 1176 manat ödənilməmiş məbləğ 27 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli 00960289 nömrəli müqavilə üzrə 2128 manat ödənilməmiş məbləğ 64 manat dəbbə pulu olmaqla ümumilikdə 4332 (dörd min üç yüz otuz iki) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq «xxxx» MMC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar