Məhkəmə qərarları › İş №2(043)-467/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-467/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-467/2021 01.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli, MAS-422 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsinə, cavabdehdən xx.xx.2018-ci il tarixli, MAS-422 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2020-ci il tarixə 636,93 manat əsas, 309,55 manat dəbbə pulu, 1670 manat zərər olmaqla ümumilikdə 2616,48 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı MMC-in direktoru məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X17 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli MAS-422 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X3 ilə 2013-cü il buraxılış ili olan, “Daewoo Gentra” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, 211133432DFCX0179 mühərrik, XWB5V319DEA541886 ban nömrəli, ağ rəngli avtomobil 16000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X17 illik 12% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 421.34 manat, ümumilikdə isə 20224 manat məbləğində pulu “İddiaçı" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 20224 manatın 16000 manatı əsas məbləğ təşkil edir. x xxxxxx 2018-ci il tarixdə X17, X30 və İddiaçı MMC arasında MAS-422 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və xx xxxx 2018-ci il tarixli MAS-422 saylı “Daxili lizinq” müqaviləsi üzrə X30 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. x xxxxxx 2018-ci il tarixdə X30, X18 və İddiaçı MMC arasında MAS-422 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və xx xxxx 2018-ci il tarixli MAS-422 saylı “Daxili lizinq” müqaviləsi üzrə X18 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxx 2018-ci il tarixdə X18, X23 və İddiaçı MMC arasında MAS-422 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və xx xxxx 2018-ci il tarixli MAS-422 saylı “Daxili lizinq” müqaviləsi üzrə X23 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixdə X23, X10 və İddiaçı MMC arasında MAS-422 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və xx xxxx 2018-ci il tarixli MAS-422 saylı “Daxili lizinq” müqaviləsi üzrə X10 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixdə X10, Cavabdeh və İddiaçı MMC arasında MAS-422 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və xx xxxx 2018-ci il tarixli MAS-422 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Daewoo Gentra” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx xxxx 2020-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1670 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxx 2020-ci il tarixdə 384 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh xx xxxx 2018-ci il tarixli MAS-422 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxx 2020-ci ii tarixə 636.93 manat gecikdirilmiş əsas, 309.55 manat dəbbə pulu,1670 manat dəymiş zərər olmaqla, ümumilikdə 2616,48 manat borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2018-ci il tarixli MAS-422 nömrəli daxili lizinq müqaviləsi və ona əlavədən görünür ki, 16000 manat dəyərində 2013-cü il buraxılış ili olan, “Daewoo Gentra” minik markalı, **-PT-*** qeydiyyat nişanlı, 211133432DFCX0179 mühərrik, XWB5V319DEA541886 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətində saxlanmaqla və lizinq alan X13 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Lizinq alan X17 müəyyənləşdirilmiş dövriliklə illik 12% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 421.34 manat, ümumilikdə 20224 manat muzd ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2018-ci il tarixli X17, X30 və İddiaçı MMC arasında bağlamış MAS-422 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinin və təhvil-təslim aktının surətindən görünür ki, xx xxxx 2018-ci il tarixli MAS-422 saylı “Daxili lizinq” müqaviləsi üzrə X30 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Həmçinin, X9 Tahir İnqlab oğlunun istifadəsində olan 90PT886 qeydiyyat nömrəli avtomobili təhvil almışdır. xx xxxxxx 2018-ci il tarixli X30, X18 və İddiaçı MMC arasında bağlanmış MAS-422 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinin və təhvil-təslim aktının surətindən görünür ki, xx xxxx 2018-ci il tarixli MAS-422 saylı “Daxili lizinq” müqaviləsi üzrə X18 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. X4 X24 istifadəsində olan 90PT886 qeydiyyat nömrəli avtomobili təhvil almışdır. xx xxxxxx 2018-ci il tarixli X18, X23 və İddiaçı MMC arasında bağlanmış MAS-422 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinin və təhvil-təslim aktının surətindən görünür ki, xx xxxx 2018-ci il tarixli MAS-422 saylı “Daxili lizinq” müqaviləsi üzrə X23 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. X8 X14 istifadəsində olan 90PT886 qeydiyyat nömrəli avtomobili təhvil almışdır. xx xxxxxx 2019-cu il tarixli X23, X10 və İddiaçı MMC arasında bağlanmış MAS-422 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinin və təhvil-təslim aktının surətindən görünür ki, xx xxxx 2018-ci il tarixli MAS-422 saylı “Daxili lizinq” müqaviləsi üzrə X10 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Həmçinin X1 Orxan Rəhim oğlunun istifadəsində olan 90PT886 qeydiyyat nömrəli avtomobili təhvil almışdır. xx xxxxxx 2019-cu il tarixli X10, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış MAS-422 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinin və təhvil-təslim aktının surətindən görünür ki, xx xxxx 2018-ci il tarixli MAS-422 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh öhdəliyi ötürən X7 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri öz üzərinə götürmüş və X5 istifadəsində olan ** PT *** qeydiyyat nömrə nişanlı avtomobili təhvil almışdır. xx.xx.2018-ci il tarixli, AD290875 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 90PT886 qeydiyyat nömrə nişanlı, DAEWOO GENTRA minik markalı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, 90PT886 qeydiyyat nömrə nişanlı, DAEWOO GENTRA minik markalı avtomobilə texniki baxış zamanı ümumilikdə 1670 manat məbləğində ziyan vurulduğu müəyyən olunmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizin verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinqalan daşıyır. MM-in 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. MM-in 526-cı maddəsinə əsasən əgər kimsə müqaviləyə əsasən başqa şəxsin əmlakını qəbul edirsə, həmin şəxsin kreditorları əvvəlki borclunun məsuliyyətinin davam etməsinə baxmayaraq, müqavilənin bağlandığı andan özlərinin həmin vaxtadək mövcud olmuş pretenziyalarını əmlakı qəbul edənə qarşı irəli sürə bilərlər. Əmlakı qəbul edənin məsuliyyəti alınmış əmlakın tərkibi və müqavilə üzrə ona mənsub olan tələblər ilə məhdudlaşır. Əmlakı qəbul edənin məsuliyyəti onunla əvvəlki borclu arasındakı razılaşmaya əsasən istisna edilə və ya məhdudlaşdırıla bilməz. Göründüyü kimi tərəflər arasında öhdəliyin verilməsi barədə müqavilə bağlanaraq cavabdeh xx.xx.2018-ci il tarixli MAS-422 nömrəli daxili lizinq müqaviləsi üzrə öhdəliyi üzərinə götürmüşdür.Cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyi yerinə yetirməmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli qüsur aktından müəyyən olunmuşdur ki, lizinq obyekti olan avtomobilə 1670 manat məbləğində ziyan vurulduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməsini onun əmlak mənafeyinə mənfi təsir edəcəyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan 309,55 manat cərimə məbləği azaldılaraq 50 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli, MAS-422 nömrəli daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli, MAS-422 nömrəli lizinq müqaviləsi üzrə 636,93 manat əsas, 50 manat dəbbə pulu, 1670 manat dəymiş zərər olmaqla cəmi:- 2356,93 (iki min üç yüz əlli altı manat 93 qəpik) manat pul alınaraq İddiaçı MMC-in xeyrinə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli, MAS-422 nömrəli daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, MAS-422 nömrəli daxili lizinq müqaviləsi üzrə 636,93 manat gecikdirilmiş əsas məbləğ, 50 manat dəbbə pulu və 1670 manat dəymiş zərər olmaqla, cəmi:- 2356,93 (iki min üç yüz əlli altı manat 93 qəpik) manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq İddiaçı MMC-in xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar