Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-478/2021 03.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh Ağaəli oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Ağaəli oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh Ağaəli oğluna tqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 271 manat pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, Cavabdeh Ağaəli oğlu özünü hüquqşünas kimi insanlara təqdim etmiş, insanların pulunu alıb hüquqi yardım göstərmək adı ilə müxtəlif ərizələr yazmış, hüquqi məsləhətlər vermişdir. Ona da müxtəlif zamanlarda bir necə iddia ərizəsi və ya müxtəlif ərizələr yazmışdır. Amma həmin ərizələrin hamısı ya rədd olmuş, ya da geri qaytarılmışdır.Belə ki, Azrərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət yazdırmaq üçün ona 80 manat xidmət haqqı ödəmişdir. Ancaq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin şikayəti xx.xx.2018-ci il tarixdə geri qaytarmışdır. Daha sonra yenidən cavabdeh ona şikayətin formasını düzəldərək yenidən göndərməyi təklif etmişdir. O isə qəbul etmişdir. Yenə də şikayət Azrərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən geri qaytarılmışdır. Beləliklə müxtəlif vaxtlarda da iddia ərizələrini yazmış və onlara görə xidmət haqqı almışdır, o, həmin ərizələrin göndərilməsi ilə bağlı əlavə xərclər çəkmiş poçt xidmət haqları və.s ödəmişdir. Ümumilikdə cavabdeh tərəfindən ona 273 manat zərər dəymişdir. Məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Ağaəli oğlu iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə aralarında hər hansı bir öhdəliyə dair müqavilə bağlanmamışdır.İddiaçının iddia etdiyi 271 mant pulu ondan almamışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı şikayətindən “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.3-cü və 37.0.2-ci maddələrini rəhbər tutaraq Konstitiusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə tərflərin izahatlarını dinləyib, tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göründüyü kimi iddiaçı cavabdehə hüquqi yardıma görə pul ödəməsini göstərsə də cavabdehlə aralarında müqavilə olmasına və həmin pulun cavabdehə ödəməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcələsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh Ağaəli oğluna qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-478/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-478/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver