Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-482/2021 03.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında xx xxxxxx 2020-ci tarixdə bağlanmış şifahi icarə müqaviləsinə əsasən 645 (altı yüz qırx beş) manat icarə haqqının və icarəyə verdikləri hər birinin dəyəri 200 manat olmaqla, ümumi dəyəri 1800 (bir min səkkiz yüz) manat olan, 9 ədəd qəlyan aparatının tam saz vəziyyətdə naturada qaytarılmasına və ya onun dəyərinin ödənilməsinə, ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq onlara qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 iddianı müdafiə edərək, izahatlarında göstərdilər ki, Cavabdeh ilə aralarında bağlanmış şifahi müqaviləyə əsasən 2020-ci ilin fevral ayının 22-də bir ədədinin bir günü 2.50 (iki manat əlli qəpik) manat olmaqla, 9 ədəd qəlyan aparatını cavabdehə icarəyə vermişdirlər. Aylıq icarə haqqı 675 manat təşkil etmişdir. Ancaq aralarında yazılı yox, şifahi razılaşma olduğu üçün rəsmiləşdirməmişdirlər. Cavabdeh onlara yaranmış borcundan yalnız 30 manat ödəmişdir. Cavabdeh borcunun olmasını etiraf etməsinə, həmin borcunu qaytaracağını bildirsə də, nə icarə haqqı üzrə yaranmış borcunu nədə ki, qəlyan aparatlarını qaytarmamışdır.Cavabdeh polis idarəsinə dəvət edilərkən qəlyan aparatının 9 ədəd qəlyan aparatının onda olmasını etiraf etmişdir. Korona virus pandemiyası ilə əlaqədar olaraq tədbiq olunmuş karantin rejimi nəzərə alınsa, hal-hazırda Cavabdeh 645 manat borcu vardır. Cavabdeh onların tələblərinə baxmayaraq yaranmış borcunu, nə də icarəyə götürdüyü 9 ədəd qəlyan aparatını qaytarmaqdan imtina etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Samux Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı2 Cavabdeh ilə aralarında yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. xx.xx.2021-ci il tarixdə Samux RPŞ-in İTB-in polis sahə rəisi X1 tərəfindən tərtib olunmuş protokolun sürətindən görünür ki, Cavabdeh iddiaçılardan aldığı 9 ədəd qəlyanı 1 ay ərzində qaytaracağını vəd etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış şifahi icarə müqaviləsinə əsasən iddiaçılar 9 ədəd qəlyan aparatını cavabdehə gündəlik bir ədədini 2,50 manata icarəyə vermişdirlər. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək icarə haqqını ödəmədiyi üçün iddiaçılar məhkəməyə müraciət edərək icarəyə verdikləri avadanlıqları və ödənilməmiş icarə haqqını tələb etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. MM-in 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. MM-in 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. MM-in 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında şifahi müqavilə bağlanaraq iddiaçılar öz üzərlərinə düşən öhdəliyi yerinə yetirərək cavabdeh İddiaçı2 9 ədəd qəlyan aparatının 1 ədədi 2,50 manat olmaqla icarəyə vermişdirlər. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçılar ın 645 manat pulu məhkəmə qaydasında qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddia təmin olunmalı, cavabdeh İddiaçı2 645 (altı yüz qırx beş) manat pul və ümumi dəyəri 1800 (bir min səkkiz yüz) manat olan 9 ədəd qəlyan aparatı və ya onlar olmadığı təqdirdə dəyəri -1800 (bir min səkkiz yüz) manat pul alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 645 (altı yüz qırx beş) manat icarə haqqı və dövlət rüsumunun əvəzi və xidmət haqqı olaraq 30,40 manat pul və ümumi dəyəri 1800 (bir min səkkiz yüz) manat olan 9 ədəd qəlyan aparatı və ya onlar olmadığı təqdirdə, dəyəri -1800 (bir min səkkiz yüz) manat pul alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 verilsin. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması üçün müddət bitdikdən sonra 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-482/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-482/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver