Məhkəmə qərarları › İş №2(043)-501/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-501/2020

13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-501/2020 13.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərov Vüsal Suliddin oğlunun katibliyi, «xxxxxxxxxxx» x1 nümayəndəsi x2 və Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» x1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» x3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 09.12.2018-ci il tarixli 00408292 nömrəli müqavilə üzrə 1014 manat əsas, 305 manat dəbbə pulu, 13.01.2019-cu il tarixli 00469104 nömrəli müqavilə üzrə 1785 manat əsas, 252 manat dəbbə pulu, 28.02.2019-cu il tarixli 00535594 nömrəli müqavilə üzrə 1140 manat əsas, 228 manat dəbbə pulu olmaqla, cəmi:- 4724 (dörd min yeddi yüz iyirmi dörd) manat və 30,0 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-in nümayəndəsi x4 iddianı müdafiə edib izahatında göstərdi ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 09.12.2018-ci il tarixli, 13.01.2019-cu il tarixli, 28.02.2019-cu il tarixli 00408292, 00469104 və 00535594 saylı müqavilələrə əsasən cavabdeh iddiaçıdan Samsung markalı soyuducu, Samsung LED, Samsung marakalı soyuducu almışdır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.12.2018-ci il tarixli 00408292 nömrəli müqavilə üzrə 1014 manat əsas, 305 manat dəbbə pulu, 13.01.2019-cu il tarixli 00469104 nömrəli müqavilə üzrə 1785 manat əsas, 252 manat dəbbə pulu, 28.02.2019-cu il tarixli 00535594 nömrəli müqavilə üzrə 1140 manat əsas, 228 manat dəbbə pulu olmaqla, cəmi:- 4724 (dörd min yeddi yüz iyirmi dörd) manat borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, atası rəhmətə getdiyi üçün ödənişlərdə ləngimələr olmuşdur. Hər ay borcundan 150-200 manat ödəyəcəkdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 09.12.2018-ci il tarixli, 00408292 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 1397 manat dəyərində olan Samsung markalı soyuducu satmışdır. Müqaviləyə əsasən ödəmələr hər ay 127 manat ödəmək şərti ilə bərabər hissələrlə həyata keçirilməlidir. Müqavilə üzrə aylıq ödəmələr ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməlidir; 13.01.2019-cu il tarixli, 00469104 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 2214 manat dəyərində olan Samsung LED satmışdırr. Müqaviləyə əsasən ödəmələr hər ay 105 manat ödəmək şərti ilə bərabər hissələrlə həyata keçirilməlidir. Müqavilə üzrə aylıq ödəmələr ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməlidir; 28.02.2019-cu il tarixli, 00535594 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 1242 manat dəyərində olan LG markalı paltaryuyan və Trimmer Philips markalı üz qırxan satmışdır. Müqaviləyə əsasən ödəmələr hər ay 95 manat ödəmək şərti ilə bərabər hissələrlə ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməlidir; «xxxxxxxxxxx» MMC-nin Cavabdeh ünvanladığı 20.09.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq etmişdir; 29.08.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09.12.2018-ci il tarixli 00408292 nömrəli müqavilə üzrə 1014 manat əsas, 305 manat dəbbə pulu, 13.01.2019-cu il tarixli 00469104 nömrəli müqavilə üzrə 1785 manat əsas, 252 manat dəbbə pulu, 28.02.2019-cu il tarixli 00535594 nömrəli müqavilə üzrə 1140 manat əsas, 228 manat dəbbə pulu olmaqla, cəmi:- 4724 (dörd min yeddi yüz iyirmi dörd) manat borcuqalmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddiaqisməntəmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, 09.12.2018-ci il tarixli 00408292 nömrəli müqavilə üzrə tutulmalı olan 305 manat cərimə məbləği azaldılaraq 50 manat, 13.01.2019-cu il tarixli 00469104 nömrəli müqavilə üzrə tutulmalı olan 252 manat cərimə məbləği azaldılaraq 52 manat, 28.02.2019-cu il tarixli 00535594 nömrəli müqavilə üzrə tutulmalı olan 228 manat cərimə məbləği azaldılaraq 28 manat həddində müəyyən edilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqavilə üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda 09.12.2018-ci il tarixli 00408292 nömrəli müqavilə üzrə 1014 manat əsas, 50 manat dəbbə pulu, 13.01.2019-cu il tarixli 00469104 nömrəli müqavilə üzrə 1785 manat əsas, 52 manat dəbbə pulu, 28.02.2019-cu il tarixli 00535594 nömrəli müqavilə üzrə 1140 manat əsas, 28 manat dəbbə pulu olmaqla, cəmi:- 4069 (dörd min altmış doqquz) manat cavabdehdən tutularaq «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 09.12.2018-ci il tarixli 00408292 nömrəli müqavilə üzrə 1014 manat əsas, 50 manat dəbbə pulu, 13.01.2019-cu il tarixli 00469104 nömrəli müqavilə üzrə 1785 manat əsas, 52 manat dəbbə pulu, 28.02.2019-cu il tarixli 00535594 nömrəli müqavilə üzrə 1140 manat əsas, 28 manat dəbbə pulu olmaqla, cəmi:- 4069 (dörd min altmış doqquz) manat və 30,0 manat dövlət rüsumu tutularaq «xxxxxxxxxxx» x1 xeyrinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar