Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-511/2020 13.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüseynov Hadı Bahadur oğlunun katibliyi, «xxxxxxxxxxx» x1 nümayəndəsi x2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» x1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» x3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 27.05.2018-ci il tarixli K00155130 nömrəli müqavilə üzrə 1260 manat əsas, 378 manat dəbbə pulu, 12.07.2018-ci il tarixli K00210973 nömrəli müqavilə üzrə 759 manat əsas, 228 manat dəbbə pulu, 07.09.2018-ci il tarixli K00284238 nömrəli müqavilə üzrə 738 manat əsas, 172 manat dəbbə pulu olmaqla, cəmi:- 3535 (üç min beşyüzotuz beş ) manat və 30,0 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-in nümayəndəsi x4 iddianı müdafiə edib izahatında göstərdi ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 27.05.2018-ci il tarixli, 12.07.2018 il tarixli, 07.09.2018 il tarixli K 00155130, K 00210973 və K 00284238 saylı müqavilələrə əsasən cavabdeh iddiaçıdan 3 ədəd Playstation-4 Sony, 3 ədəd Playstation-4 pult və Hoffman LED markalı televizor almışdır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.05.2018-ci il tarixli K00155130 nömrəli müqavilə üzrə 1260 manat əsas, 378 manat dəbbə pulu, 12.07.2018-ci il tarixli K00210973 nömrəli müqavilə üzrə 759 manat əsas, 228 manat dəbbə pulu, 07.09.2018-ci il tarixli K00284238 nömrəli müqavilə üzrə 738 manat əsas, 172 manat dəbbə pulu olmaqla, cəmi:- 3035 (üç min otuz beş ) manat borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 27.05.2018-ci il tarixli, K00155130 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 2130 manat dəyərində olan 2 ədəd Playstation-4 Sony, 2 ədəd Playstation-4 pultu satmışdır. Müqaviləyə əsasən ödəmələr hər ay 140 manat ödəmək şərti ilə bərabər hissələrlə həyata keçirilməlidir. Müqavilə üzrə aylıq ödəmələr ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməlidir; 12.07.2018 il tarixli, K 00210973 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 1042 manat dəyərində olan 1 ədəd Playstation-4 Sony, 1 ədəd Playstation-4 pultu satmışdır. Müqaviləyə əsasən ödəmələr hər ay 69 manat ödəmək şərti ilə bərabər hissələrlə həyata keçirilməlidir. Müqavilə üzrə aylıq ödəmələr ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməlidir; 07.09.2018 il tarixli, K 00284238 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 1242 manat dəyərində olan Hoffmann Led markalı televizor satmışdır. Müqaviləyə əsasən ödəmələr hər ay 41 manat ödəmək şərti ilə bərabər hissələrlə həyata keçirilməlidir. Müqavilə üzrə aylıq ödəmələr ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməlidir; «xxxxxxxxxxx» MMC-nin Cavabdeh ünvanladığı 22.07.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq etmişdir; 29.08.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun 27.05.2018-ci il tarixli K00155130 nömrəli müqavilə üzrə 1260 manat əsas, 378 manat dəbbə pulu, 12.07.2018-ci il tarixli K00210973 nömrəli müqavilə üzrə 759 manat əsas, 228 manat dəbbə pulu, 07.09.2018-ci il tarixli K00284238 nömrəli müqavilə üzrə 738 manat əsas, 172 manat dəbbə pulu olmaqla, cəmi:- 3535 (üç min otuz beş ) manat borcuqalmışdır. Məhkəmə iclasında müəyyən edildiki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 27.05.2018-ciil tarixli K00155130 nömrəli, 12.07.2018-ci il tarixli K00210973 nömrəli və 07.09.2018-ci il tarixli K00284238 nömrəli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 3 ədəd Playstation-4 Sony, 3 ədəd Playstation-4 pult və Hoffman LED markalı telefon alaraq müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, 27.05.2018-ci il tarixli K 00155130 nömrəli müqavilə üzrə tutulmalı olan 378 manat cərimə məbləği azaldılaraq 78 manat, 12.07.2018 il tarixli K 00210973 nömrəli müqavilə üzrə tutulmalı olan 228 manat cərimə məbləği azaldılaraq 28 manat həddində müəyyən edilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqavilə üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda 27.05.2018-ci il tarixli K00155130 nömrəli müqavilə üzrə 1260 manat əsas, 78 manat dəbbə pulu, 12.07.2018-ci il tarixli K00210973 nömrəli müqavilə üzrə 759 manat əsas, 28 manat dəbbə pulu, 07.09.2018-ci il tarixli K00284238 nömrəli müqavilə üzrə 738 manat əsas, 172 manat dəbbə pulu olmaqla, cəmi:- 3035 (üç min otuz beş) manat cavabdehdən tutularaq «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 27.05.2018-ci il tarixli, K00155130 nömrəli müqavilə üzrə 1260 manat əsas, 78 manat dəbbə pulu, 12.07.2018-ci il tarixli K00210973 nömrəli müqavilə üzrə 759 manat əsas, 28 manat dəbbə pulu, 07.09.2018-ci il tarixli K00284238 nömrəli müqavilə üzrə 738 manat əsas, 172 manat dəbbə pulu olmaqla, cəmi:- 3035 (üç min otuz beş) manat və 30,0 manat dövlət rüsumu tutularaq «xxxxxxxxxxx» x1 xeyrinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra
Məhkəmə qərarları › İş №2(043)-511/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-511/2020
13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver