Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-515/2021 08.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqısatqı müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i m: İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxx 2017-ci il tarixli M-1992 saylı alqı-satqı müqaviləsi üzrə borcuna görə 324 (üç yüz iyirmi dörd) manat məbləğində pulun və 20 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş müqavilə və ona əlavə edilmiş sənədlərlərdən görünür ki, fiziki şəxs X1 (VÖEN **********) SİNTRA” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq Cavabdeh arasında xx xxxxx 2017-ci il tarixli M-1992 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin ərizəyə fiziki şəxs X1 ilə İddiaçı MMC arasında tələbetmə hüquqlarının güzəşt olunmasına dair xx xxxxxx 2019-cu il tarixli müqavilə əlavə edilməsinə baxmayaraq, Cavabdeh qarşı tələb hüquqlarının İddiaçı MMC-nin xeyrinə güşət edilməsi həmin müqavilədə göstərilməmiş və bu halı təsdiq edən müqavilənin əlavəsi və ya hər hansı sübut ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa, işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı verilmiş tələbi təsdiq edən sənədi təqdim etmədiyindən, eləcə də ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud olduğundan və beləliklə bu vəziyyətdə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında işə baxılması mümkün olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul" tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(043)-515/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-515/2021
08.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver