Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-518/2022 13.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqavilələrinin, etibarnamələrin və hüququn dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında torpaq sahəsinə və fərdi yaşayış evinə dair bağlanmış 24.07.2014-cü il tarixli alqı-satqı müqaviləsinin, Mercedes-Benz E200 markalı, 20DC554 qeydiyyat nömrə nişanlı avtomobilə dair bağlanmış 08.04.2014cü il tarixli alqı-satqı müqaviləsinin və 20.09.2012-ci il tarixli, 01.04.2014-cü il tarixli etibarnamələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, qohumu Cavabdeh1 ona məxsus olan Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evini və ona məxsus olan Mercedes markalı **-DC-*** qeydiyyat nömrə nişanlı avtomobilini onunla olan qohumluq münasibətlərindən sui-istifadə etməklə aldadaraq, həmin əmlakları adına rəsmiləşdirməklə dələduzluq yolu ilə aldatmaqla mənimsəmiş və həmin əmlaklara dair digər Cavabdeh2la birlikdə evinə və torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamışlar. Həmçinin mərhum qardaşı X3 adına olan avtomobili saxta etibarnamə əsasında rəsmiləşdirməklə alqı-satqı müqavilələri bağlamışdır. Bununla bağlı qeyd olunan faktlarla bağlı tərəfindən Gəncə şəhər Baş Polis idarəsinə müraciət etmişdir və Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılmış və onun adından etibarnamə vermədiyi etibarnamənin tapşırıq əsasında Rusiyadan alınması ilə bağlı əməlin mülki xarakterli olması faktı əsasında cinayət işinin başlanması təmin edilməmişdir. Qeyd olunan faktla bağlı Gəncə şəhər Nizami rayon Polis idarəsinə müraciət etsə də ilkin halda şikayəti təmin edilməmiş və bütün faktlar araşdırılmadan cinayət işinin başlanmasının rədd olunması barədə eyni motivli 17 sentyabr 2019-cu il tarixdə qərar qəbul edilmişdir. Cavabdeh1 ona qarşı dələduzluq etməklə aldatmaqla yanaşı həmçinin ona aid olmayan Moskva şəhərində etibarnamə verilmədiyi təqdirdə saxta etibarnamə əsasında həmin əmlakları mənimsəmişdir, hazırda bu halların hamısı araşdırılma mərhələsindədir. Həmin saxta sənədin əldə edilməsi üçün Rusiyadan notariat orqanından arayış alınmışdır. Belə ki, Cavabdeh1, Cavabdeh2 torpaq sahəsini ona satdıqdan sonra Yaşar Xəilov onu aldadaraq 4 sot torpağı, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini Cavabdeh2 aldatmaqla və **-DC-*** qeydiyyat nişanlı avtomobili saxta etibarnamə ilə adına rəsmiləşdirmişdir. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı Cavabdeh1 doğma dayısı oğludur. Cavabdeh İddiaçı ümumilikdə 30300 (otuz min üç yüz) ABŞ dolları məbləğində borc pul vermiş, İddiaçı həmin borcun əvəzi olaraq 23000 (iyirmi üç min) manat pulu Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, 3 saylı təmir tikinti trestinin bağçılıq təsərrüfatında yerləşən 0,0385 ha bağ evini, 7000 (yeddi min) ABŞ dollarını isə Mercedes markalı **-DC- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sataraq ona qaytarmışdır. 2014-cü ilin fevral ayının 17-də Rusiya Federasiyasının Moskva şəhərinə cavabdehin bacısı olan X8 evinə qonaq getmiş və orada olduğu müddətdə İddiaçı cavabdehin orada olduğunu bilərək yanına gəlmişdir. Söhbət əsnasında İddiaçı cavabdehə bildirmişdir ki, maddi sıxıntıları var. Belə ki, iddiaçının həm Rusiya Federasiyasında, həm də Gəncə şəhərində borcları olduğundan ona köməklik etməyini xahiş etmişdir. İddiaçı cavabdehə Gəncə şəhərində banka və digər şəxslərə ümumilikdə 15000 (on beş min dollar) borcu olduğunu və özü Moskva şəhərində sürücü fəaliyyəti ilə məşğul olaraq avtomobili özünün olmadığı üçün sürmüş olduğu avtomobilin sahibinə gündəlik rus pulu ilə 50 (əlli) ABŞ dolları pul verdiyini, əgər əlində pulu olarsa, özünə avtomobil alıb gündəlik xərcdən azad olunacağını bildirərək avtomobil almaq üçün 13000 (on üç min) ABŞ dolları və özünə isə əlavə olaraq 2300 (iki min) ABŞ dolları pul istəmişdir. Həmin vaxt məbləğ böyük olduğu üçün cavabdeh razılaşmamışdır.İddiaçı isə cavabdehdən əl çəkməyərək pulunu geri qaytarmayacağı təqdirdə Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, 3 saylı təmir tikinti trestinin bağçılıq təsərrüfatında yerləşən 0.0385 ha bağ evini ona verəcəyini və bundan başqa Gəncə şəhərində ona məxsus olan ** DC *** dövlət qeydiyyat nişanlı avtomobili bankdan kredit məbləğini ödəyərək ipotekadan çıxarmağı və avtomobili onun adına rəsmiləşdirməyi bildirmişdir. Bundan sonra cavabdeh Gəncə şəhərinə qayıtmış və İddiaçı 15300 (on beş min üç yüz) ABŞ dolları pul vermiş və Gəncə şəhərində onun müxtəlif banklara olan borclarının bir qismini ödəmiş, ümumilikdə iddiaçının borclarına görə iddiaçıya 30300 (otuz min üç yüz) ABŞ dolları pulu vermişdir. Rusiya Federasiyasında olduğu vaxtı İddiaçı cavabdehə ** DC *** dövlət qeydiyyat nişanlı avtomobili bankdan ipotekadan azad olunması və həmin avtomobili adına rəsmiləşdirilməsi üçün 04 mart 2014-cü il tarixdə Moskva şəhərinin notariat orqanında etibarnamə vermiş və həmin etibarnamə ilə cavabdeh Gəncə şəhərinə qayıtmışdır. Gəncə şəhərinə qayıtdıqdan sonra Bank Respublika ASC-nin Gəncə filialına İddiaçı ilə bank arasında bağlanmış 16 avqust 2012-ci il tarixli kredit müqaviləsi və həmin tarixli ipoteka müqaviləsi üzrə banka 3090 (üç min doxsan) ABŞ dolları məbləğində pul ödəyərək avtomobili ipotekadan azad etmişdir. Bundan sonra İddiaçı məxsus olan ** DC *** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun Rusiya Federasiyasının Moskva şəhərinin notariat orqanında 04 mart 2014cü il tarixdə verilmiş etibarnamə ilə azad etsə də, lakin həmin etibarnamədə başqa şəxsə verilə bilməz olduğu üçün adına rəsmiləşdirə bilməmişdir. Bundan sonra cavabdeh İddiaçıla əlaqə saxlayaraq Moskva şəhərində vermiş olduğu etibarnamə ilə avtomobili adına rəsmiləşdirə bilmədiyini bildirmiş və İddiaçı cavabdehə narahat olmamasını və yaxın vaxtlarda yenidən ona baş etibarnamə verəcəyini bildirmişdir. İddiaçı cavabdehə Moskva şəhərində 01 aprel 2014-cü il tarixdə baş etibarnamə vermiş və həmin etibarnaməni İddiaçı qardaşı olan Vidadi Süleymanov gətirib ona vermişdir. Bundan sonra Vidadi Süleymanova həmin baş etibarnamə əsasında etibarnamə vermiş və sonuncu İddiaçı məxsus olan ** DC *** dövlət qeydiyyat nişanlı avtomobili adına keçirmişdir. Həmin avtomobili cavabdehin adına keçsə də, avtomobil cavabdehdə olmamış, həmin avtomobilin iddiaçının qardaşı Vidadi Süleymanovun yaşadığı evin məhləsində olmuşdur. Bundan sonra İddiaçı ailəsi ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərindən Gəncə şəhərinə gəlmiş, Gürcüstan Respublikasına getmək istədiyini və həmin avtomobili Azərbaycan Respublikasında idarə etmək üçün etibarnamə istəmiş, cavabdeh də həmin vaxtı Bakı şəhərində olduğu üçün İddiaçı Bakı şəhərində yerləşən 51 saylı notariat ofisində 30 oktyabr 2014-cü il tarixli baş etibarnamə vermişdir. Bundan sonra İddiaçı və onun oğlu olan X7 həmin avtomobilə dair yalnız idarə etmək üçün Gəncə şəhəri 6 saylı notariat kontorunda 30 yanvar 2015-ci il tarixli etibarnamələr vermişdir. Həmin avtomobil cavabdehin adına rəsmiləşdirilsə də, avtomobili iddiaçı və oğlu idarə etmişlər. Həmin avtomobili iddiaçının oğlu Elgün Süleymanov özü ilə gətirərək 11000 (on bir min) ABŞ dollarına satılmasını təklif etmiş, cavabdeh isə razılaşmış və həmin avtomobili 8 mart 2015-ci il tarixdə alıcıya baş etibarnamə verərək 11000 (on bir min) ABŞ dollarına satılmışdır. Həmin puldan Elgün Süleymanov 4000 (dörd min) ABŞ dollarını götürmüş və cavabdehə 7000 (yeddi min) ABŞ dolları pul vermişdir. Bundan başqa İddiaçı borclu olduğu 30300 ABŞ dolları borcun müqabilində sonuncunun faktiki istifadəsində olan, lakin 3 saylı təmir tikinti trestinin həmkarlar komitəsinin protokolu ilə Cavabdeh2 verilmiş və sonuncunun adına olmuş Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, 3 saylı təmir tikinti trestinin bağçılıq təsərrüfatında yerləşən 0.0385 ha bağ evini 23.300 (iyirmi üç min üç yüz) ABŞ dolları müqabilində 23.000 (iyirmi üç min) manata 24 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ona satmış, həmin vaxtı Cavabdeh2 arvadı Aslanova Hicran Yaqub qızı da notariat orqanında razılıq vermişdir. Bununla belə Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, 3 saylı təmir tikinti trestinin bağçılıq təsərrüfatında yerləşən 0.0385 ha bağ evini alan zaman Cavabdeh2 iddiaçının qardaşı Vidadi Süleymanov cavabdehlə tanış etmiş, ona kimi Cavabdeh2 tanımamışdır. Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, 3 saylı təmir tikinti trestinin bağçılıq təsərrüfatında yerləşən 0.0385 ha bağ evi cavabdehin mülkiyyətinə keçdikdən sonra iddiaçının və onun ailə üzvlərinin başqa yaşayış yeri olmadığına görə həmin evdə yaşamasına icazə vermiş, lakin kifayət qədər müddət keçdikdən sonra cavabdeh iddiaçının ailə üzvləri ilə birlikdə özünə məxsus olan evdən çıxmasını bildirsə də, onlar bu günə kimi həmin evdən çıxmaq istəməmişdir. Bundan sonra həmin evin elektrik enerjisinin kəsilməsi ilə bağlı Gəncə şəhərində yerləşən İşıq İdarəsinə 2015-ci ildə müraciət etmiş və həmin evdə olan işıq enerjisi 2015-ci ilin iyul ayından kəsilmişdir. Bundan sonra cavabdeh 2017-ci ilin yanvar ayında İddiaçı cavabdehə məxsus mübahisəli evdən çıxarılması barədə məhkəməyə müraciət etmiş. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının və ailə üzvlərinin cavabdehə məxsus fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İddia tələbinin əsassız olduğunu və iddia müddətinin keçdiyini göstərərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə qarşı etirazı olmadığını və mübahisəli evin iddiaçıya məxsus olduğunu göstərdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 24 iyul 2014-cü il tarixli, 4Ə-217 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, 3 saylı təmir tikinti trestinin bağçılıq təsərrüfatında yerləşən 0.0385 ha torpaq sahəsini və ümumi sahəsi 95,1 kv.m olan bağ evini Cavabdeh1 23000 manata satmışdır. Aslanova Hicran Yaqub qızının notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, 3 saylı təmir tikinti trestinin bağçılıq təsərrüfatında yerləşən bağ evinin satılmasını razılıq vermişdir. ünvan 1 ünvanlanmış 2014-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 notariat qaydada təsdiq ediləcək müqavilə üzrə 23000 manat məbləğində pulun depozit hesabına qəbul olunması xahiş olunmuşdur. 25.07.2014-cü il tarixli qəbzdən görünür ki, alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 23000 manat Cavabdeh1 tərəfindən depozit hesaba köçürülmüşdür. İddiaçı tərəfin vəsatəti üzrə İddiaçı şikayəti üzrə Gəncə şəhər BPİ tərəfindən təqdim olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında materialda olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 31.07.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən bağ evi Azərbaycan Respublikası rayonlararası istehsalat təmit tikinti birliyi Gəncə şəhəri 3 nömrəli təmir tikinti istehsalat idarəsinin 24.09.1988-ci il tarixli, 3 nömrəli iclas protokolu, 26.09.1988-ci il tarixli 186 saylı arayışı, layihəsi ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin 02.04.2014-cü il tarixli TŞ-14-74 saylı rəyi və 15.05.2014-cü il tarixli A № 511210 saylı torpaq sahəsinin planı və ölçüsü, Gəncə şəhər baş memarının 2014-cü il tarixli razılaşdırılmış eskizlayihəsi, Gəncə rayon İcra Hakimiyyətində yaradılmış kommisiyanın 14.04.2014-cü il tarixli fərdi yaşayış evinin qəbul aktı və Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 06.05.2014-cü il tarixli 770 saylı sərəncamına əsasən Cavabdeh2 adına qeydiyyata alınmışdır və ona 23.07.2014-cü il tarixli ********** qeydiyyat nömrəli RX №0430636 seriya nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 2 saylı notariat ofisinin 25.07.2014-cü il tarixli, 4Ə- 217 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak Cavabdeh2 tərəfindən X1 və alıcıya 02.08.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında materialda olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin 05 aprel 2019-cu il tarixli, 313-1256-1219 nömrəli məktubundan görünür ki, İddiaçı məxsus Mercedes Benz E200 markalı,20DC554 dövlət qeydiyyat nişanlı avtomaşın 08.04.2014-cü il tarixdə Gəncə şəhər 6 saylı notariat kontorunun 7E-3287 reyestrinə əsasən X4 verilmiş etibarnamə əsasında 08.04.2014-cü il tarixdə alqı satqı müqaviləsinə əsasən Cavabdeh1 adına rəsmiləşdirilmişdir. 01.04.2014-cü il tarixli, 1-1-477 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasında yerləşən bütün əmlakını idarə etməyə, sərəncam verməyə dair Cavabdeh1 etibar etmişdir. 20.09.2012-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 Zöhrab Qəzənfər oğluna məxsus olan Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən torpaq sahəsinə dair etibaredilmişi etibar etmə qaydasında Cavabdeh2 etibar etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli, 2(043)-2858/2021 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı, X5 və X6 iddiaçı Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, 3 saylı təmir tikinti trestinin bağçılıq təsərrüfatında yerləşən bağ evindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk öncə iddia tələbinin Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, 3 saylı təmir tikinti trestinin bağçılıq təsərrüfatında yerləşən bağ evinə dair alqı satqısı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsinə qiymət verərək qeyd edir ki, iddiaçı həmin bağ evinin ona məxsus olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi bağ evi mülkiyyət hüququ üzrə əvvəl Cavabdeh2 məxsus olmuş daha sonra isə notarial qaydada bağlanmış alqı satqı müqaviləsinə əsasən hazırki Cavabdeh1 mülkiyytinə keçmişdir və həmin bağ evinin üzərində sərəncam verilərkən alqı-satqı müqaviləsinin tərəfi Cavabdeh2 və Cavabdeh1 olmuşdur. Həmin bağ evinə dair alqı satqı müqaviləsi etibarsız hesab edilsə belə hazırki iddiaçı hər hansı hüquq əldə etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı verməkdə subyektiv hüququ olmamışdır. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması; mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Göründüyü kimi idiaçının mübahisələndirdiyi bağ evinə dair yuxarıda qeyd olunun huquqlarından hər hansı birinin mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337,339.6,346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahsə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. İddia tələbinin Mercedes Benz E200 markalı, 20DC554 dövlət qeydiyyat nişanlı avtomaşının alqı satqısına dair müqavilənin etibarsız hesab edilməsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçının həmin müqavilənin etibarsız hesab edilməsini tələb etmək hüququ müddət keçdiyindən təmin olunmamalıdır. Belə ki, əqdlərin etibarsızlığından bəhs edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bununla yanaşı Azərbaycan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 12 mart 2020-ci il tarixli qərarında göstərilmişir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu huququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil kəsici müddətlərə aiddir. Göründüyü kimi iddiaçı mübahisələndirdiyi avtomobilə dair alqı satqı müqaviləsinin bağlanması ilə əlaqədar 30.04.2019-cu ildə polis orqanına müraciət etmiş və əqdin etibarsız sayılmasına əsas verən hallar barədə həmin vaxtdan məlumatı olduğu halda hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməklə əqdin etibarsızlığına dair mübahisə açmaq hüququnu itirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqavilələrinin, etibarnamələrin və hüququn dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqavilələrinin, etibarnamələrin və hüququn dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-518/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-518/2022
13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver