Məhkəmə qərarları › İş №2(043)-520/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-520/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-520/2020 02.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, «xxxxxxxxxxx» x1 nümayəndəsi x2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» x1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı «xxxxxxxxxxx» x3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23 noyabr 2017-ciiltarixli, K0300209 nömrəlimüqavilə üzrə 2784 manat ödənilməmiş hissə, 779 manat dəbbə pulu, 04 dekabr 2017-ci il tarixli 312902 nömrəli kredit müqaviləsi üzrə 348 manat ödənilməmiş hissə, 104 manat dəbbə pulu, ümumilikdə 4015 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-in nümayəndəsi x5 iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdehlə xxxxxxxxxxx» MMC arasında bağlanmış 23.11.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********76225 olan «Samsung Galaxy A3» markalı mobil telefon və Anhel modeli olan künc divan, 04.12.2017-ci il tarixli müqaviləüzrə «SİMFER» markalı spirallı peç (soba) almış və nəticədə 23 noyabr 2017-ci il tarixli, K0300209 nömrəli müqavilə üzrə 2784 manat ödənilməmiş hissə, 779 manat dəbbə pulu, 04 dekabr 2017-ci il tarixli, 312902 nömrəli kredit müqaviləsi üzrə 348 manat ödənilməmiş hissə, 104 manat dəbbə pulu, olmaqla hər iki müqavilə üzrə ümumilikdə 4015 manat borcu yaranmışdır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı dəfələrlə müraciət edilsə də, cavabdeh müqvilələrin şərtlərini pozmuşdur. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq o, qeydiyyatda olduğu ynvanqda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 04.12.2017-ci il tarixli, 312902 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən hissə-hissəödəmək şərti ilə 3 ədəd «SİMFER» markalı spirallı peç almışdır. 23.11.2017-ci il tarixli, K0300209 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən hissə-hissəödəmək şərti iləİMEİ kodu **********76225 olan Samsung Galaxy A3 markalı mobil telefon və «Anhel» modeli olan künc divanı almışdır. «xxxxxxxxxxx» MMC-in Cavabdeh ünvanladığı 02.09.2019-cu il tarixli xəbərdardıqdan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir; 15.11.2019-cu il tarixli maliyyə vəödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya 23 noyabr 2017-ci il tarixli, K0300209 nömrəli müqavilə üzrə 2784 manat ödənilməmiş hissə, 779 manat dəbdə pulu, 04 dekabr 2017-ci il tarixli, 312902 nömrəli kredit müqaviləsi üzrə 348 manat ödənilməmiş hissə, 104 manat dəbdə pulu, olmaqla hər iki müqavilə üzrə ümumilikdə 4015 manat borcu qalmışdır. Məhkəmə işüçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcıəşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcıəşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görəəşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissəödəməşərti iləəşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşıəşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissəödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki,23 noyabr 2017-ci il tarixli, K0300209 nömrəli müqaviləüzrə 779 manat dəbbə pulu məbləği azaldılaraq 79 manat həddində, 04 dekabr 2017-ci il tarixli 312902 nömrəli kredit müqaviləsi üzrə 104 manat dəbbə pulu məbləği azaldılaraq 4 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işüzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh müqaviləüzrəöhdəliyi vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan halda 23 noyabr 2017-ci il tarixli, K0300209 nömrəli müqaviləüzrə 2784 manat ödənilməmiş hissə, 79 manat dəbbə pulu, 04 dekabr 2017-ci il tarixli, 312902 nömrəli kredit müqaviləsi üzrə 348 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, olmaqla hər iki müqaviləüzrəümumilikdə 3215 (üç min iki yüz on beş) manat cavabdehdən tutularaq «xxxxxxxxxxx» MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinəəsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 23 noyabr 2017-ci il tarixli, K0300209 nömrəli müqavilə üzrə 2784 manat ödənilməmiş hissə, 79 manat dəbbə pulu, 04 dekabr 2017-ci il tarixli, 312902 nömrəli kredit müqaviləsi üzrə 348 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, olmaqla hər iki müqavilə üzrə ümumilikdə 3215 (üç min iki yüz on beş) manatvə dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq«xxxxxxxxxxx» MMC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar