Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-525/2020 07.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı «xxxxxxx» Kommersiya Bankı ASCnin Cavabdehqarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: “xxxxxxx” KB ASC kiçik iddialara dair sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh100 manat əsas borc, 40,92 manat faiz borcu, 42,25 manat cərimə borcu, 2 manat komisyon haqqı olmaqla, cəmi 185,17 manat borcun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış 20.06.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 36% ödəmək şərti ilə 10000 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bank borcalana bank hesabı (cari, ssuda) açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Kredit xəttindən istifadəyə görə minimum 1%, maksimum 5%, nağdsız əməliyyatlar üzrə isə 0% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ona 100 manat əsas borc, 40,92 manat faiz borcu, 42,25 manat cərimə borcu, 2 manat komisyon haqqı olmaqla, cəmi 185,17 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 05 dekabr və 24 dekabr 2019-cu il tarixli bildirişlər göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da, cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, işmateriallarınaəlavəedilmiş: “xxxxxxx” KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 20 iyun 2018-ci il tarixli, 1037sKPZ/16 nömrəli kredit müqaviləsindən görünür ki, bank müştəriyə 60 ay müddətinə, illik 36 % ödəmək şərtilə 10000 (on min) manat kredit limiti ayırmış, ona bank hesabı açmış və plastik kart təqdim etmişdir. 30 noyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, 30 noyabr 2019-cu il tarixə borcalan Cavabdeh 1868sKPZ/18 saylı kredit müqaviləsi üzrə “xxxxxxx” KB ASC-yə olan borcu 100 manat əsas borc, 40,92 manat faiz borcu, 42,25 manat cərimə borcu, 2 manat komisyon haqqı olmaqla, cəmi 185,17 manat müəyyən edilir. İş materiallarından görünür ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında 20.06.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış və tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış müqavilədən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425, 427, 739-cu maddələrinin tələbinə görə onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 100 manat məbləğində əsas borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə, işə əlavə edilmiş sənədlərdən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlərlə (illik 36 faizlə) ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam həcmdə tutulmalıdır. Belə ki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Həmçinin, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 8.3-cü bəndinə görə, borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan borc məbləğinin illik 180%-360%-dək miqdarında və kreditdən istifadəyə görə faizlərin ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 180%-dən 360%-dək cərimə tətbiq edir. Odur ki, 42,25 manat məbləğində hesablanmış cərimə borcu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 2 manat komissiya haqqı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən onun xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutub q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 100 manat əsas borc, 40,92 manat faiz borcu, 42,25 manat cərimə borcu, 2 manat komisyon haqqı olmaqla, cəmi 185,17 manat (bir yüz səksən beş manat, on yeddi qəpik) məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxxxxx” x1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-525/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-525/2020
07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver