Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-528/2022 15.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqavilə üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 03 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3373,42 manat əsas borc, 2483,19 manat faiz borcu və 74,7 cərimə borcu olmaqla, ümumilikdə cəmi 5911,97 manat borcun və 79,12 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 03 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 03 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 28 faizlə 36 ay müddətinə 6000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 30.07.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 17.01.2019-cu il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 4788,19 USD Mərkəzi Bankın 17.01.2019-cu il tarixə olan məzənnəsi ilə konvertasiya edilməklə 8139,92 manat təşkil edir, kreditin müddəti 17 yanvar 2022-ci il tarixədək təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 07 yanvar 2022-ci il tarixədək Cavabdeh1 banka 03 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3373,42 manat əsas borc, 2483,19 manat faiz borcu və 74,7 cərimə borcu olmaqla, cəmi 5967,33 manat borcu vardır. Cavabdeh1 03 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka olan dəbbə borcu 110,72 manat təşkil etməsinə baxmayaraq təqdim olunmuş maliyyə arayışı üzrə ümumi dəbbə məbləği 55,36 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, maddi imkansızlıq üzündən kredit borcunu vaxtında ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəyə bilər və mümkünsə faiz borcunu azaldılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin cavabdehə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən bildirişi təqdim edilməsi üçün cavabdehin yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına göndərərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 03 sentyabr 2015-ci il tarixli 10-Z1-3-0-1297-15 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında illik 28 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 6000 ABŞ dolları məbləğində kredit verilməsinə dair müqavilə bağlanmış və borcun qaytarılması üçün ödəniş cədvəli tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 03 sentyabr 2015-ci il tarixli 10-Z1-3-0-1297-15 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 sentyabr 2015-ci il tarixli 10-Z1-3-0-1297-15 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 03.09.2015-ci il tarixli məxaric orderinin surətindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 6000 ABŞ dolları məbləğində pul verilmişdir. İş materiallarına əlavə olunmuş 17.01.2019-cu il tarixli Əlavə Sazişin 1-3.cü bəndindən görünür ki, 03 sentyabr 2015-ci il tarixli 10-Z1-3-0-1297-15 nömrəli müqavilənin 1.5-ci bəndinə aşağıdakı redaksiyada cümlə əlavə edilmişdir: Kreditin qalıq məbləği 4788,19 USD Mərkəzi Bankın 17.01.2019-cu il tarixə olan məzənnəsi ilə konvertasiya edilməklə 8139,92 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 07 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 03 sentyabr 2015-ci il tarixli 10-Z1-3-0-1297-15 nömrəli kredit müqaviləsi üzrə borcu 3373,42 manat məbləğində əsas borc, 2483,19 manat faiz borcu 110,72 manat dəbbə olmaqla, cəmi 5967,33 manat təşkil edir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 25.11.2019-cu il tarixli çıxarışdan görünür ki, "xxxx" X2 ASC-nin hazırkı adı İddiaçı ASC-dir. İş materiallarından görünür ki, İddiaçı ASC-nin tərəfindən borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetiməmiş, nəticədə onun bank qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin icrası üçün zamin kimi məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə də həmin kredit müqavilə üzrə icra edilməmiş öhdəliyə görə cavabdehlər müştərək məsuliyyət daşıyırlar. Cavabdehin faiz borcunun azaldılması barədə xahişi ilə bağlı məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə faizlər müqaviləyə əsasən müəyyən edilir və bank tərəfindən kreditin verilməsində məqsəd faizlər formasında gəlir əldə etməkdir. Bu baxımdan faiz borcunun azaldılması yalnız tərəflərin qarşılıqlı razılığı ilə mümkündür və məhkəmə tərəfindən müqavilə şərtlərinə uyğun hesablanmış faiz borcunun azaldılması istisna olunur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlər müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etmədiyindən iddiaçının kredit müqaviləsini ləğv etməyə və borcun qaytarılmasını tələb etməyə hüququ vardır. Buna görə də İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 sentyabr 2015-ci il tarixli 10-Z1-3-0-1297-15 nömrəli kredit müqaviləsi ləğv edilməli, həmin müqaviləyə əsasən cavabdehlərdən 3373,42 manat məbləğində əsas borc, 2483,19 manat faiz borcu 55,36 manat dəbbə pulu olmaqla, cəmi 5911,97 manat pul müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 79,12 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 03 sentyabr 2015-ci il tarixli 10-Z1-3-0-1297-15 nömrəli kredit müqaviləsinə əsasən 3373,42 manat məbləğində əsas borc, 2483,19 manat faiz borcu və 55,36 manat dəbbə pulu olmaqla, cəmi 5911,97 manat (beş min doqquz yüz on bir manat, doxsan yeddi qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 79,12 manat (yetmiş doqquz manat, on iki qəpik) pul müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 03 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-528/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-528/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver