Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-529/2020 29.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüseynov Hadı Bahadur oğlunun katibliyi, iddiaçı «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi x1 və Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxxxxx» x4 Səhmdar Cəmiyyəti kiçik iddialara dair sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin xeyrinə 190,04 manat əsas, 29,93 manat faiz və 0,87 manat cərimə olmaqla, cəmi 220,84 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 09.01.2020-ci il tarixdə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad çıxarılmışdır. Məhkəmə iclasında iddiaçı «xxxxxxx» KB ASC-nin etibarnamə üzrə nümayəndəsi x2 iddia izahat verərək göstərdi ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 27.10.2014-cü il tarixli müqaviləyə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 30 faiz olmaqla, 60 ay müddətinə kredit limiti ayrılmış, kreditin ilkin limiti 500 manat təyin edilmişdir.Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 190,04 manat əsas, 29,93 manat faiz və 0,87 manat cərimə olmaqla, cəmi 220,84 manat borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək borcunu hissə-hissə ödəməyə etirazı olmadığını bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 27.10.2014-cü il tarixli, 7711tkKPZ/14 nömrəli kredit müqaviləsindən görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanaraq, cavabdehə illik 30 faiz olmaqla, 60 ay müddətinə kredit ayrılmış, kreditin ilkin limiti 500 manat təyin edilmişdir; 20.09.2019-cuiltarixli bildirişdən görünürki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; 30.11.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «xxxxxxx» KB ASC-yə 190,04 manat əsas, 29,93 manat faiz və 0,87 manat cərimə olmaqla, cəmi 220,84 manat borcuqalmışdır; AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1960-cı ildə Tovuz rayonunda anadan olmuş, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 23, mənzil 35-də qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildiki, tərəflər arasında bağlanmış 27.10.2014-cü il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün illik 30 faiz olmaqla, 60 ay müddətinə kredit limiti ayrılmış, kreditin ilkin limiti 500 manat təyin edilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in739.1-cimaddəsinəəsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləcb bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin kredit xətti və bank hesabı müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda cavabdehdən 27.10.2014-cü il tarixli, 7711tkKPZ/14 nömrəli kredit müqavilə üzrə 190,04 manat əsas, 29,93 manat faiz və 0,87 manat cərimə olmaqla, cəmi 220,84 (iki üç iyirmi manat 84) manat kredit borcu tutularaq «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 27.10.2014-cü il tarixli, 7711tkKPZ/14 nömrəli müqavilə üzrə 190,04 manat əsas, 29,93 manat faiz və 0,87 manat cərimə olmaqla, cəmi 220,84 (iki yüz iyirmi manat 84 qəpik) manat kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində x5 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-529/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-529/2020
29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver