Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-530/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********77154 “Samsung Galaxy A20s” markalı telefon üçün 474 (dörd yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat cərimə olmaqla cəmi 521 manat; “HP” markalı kompüter üçün 704 (yedi yüz dörd) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə cəmi 774 manat; “Dell” markalı kompüter üçün 531 (beş yüz otuz bir) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə cəmi 565 manat, ümumilikdə 1860 manat və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********77154 “Samsung Galaxy A20s” markalı telefon, “HP” markalı kompüter, “Dell” markalı kompüter almış və nəticədə 1860 (bir min səkkiz yüz altmış) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 593 (beş yüz doxsan üç) manat (12 ay x 49 manat + 5 manat ilkin ödəniş) olan İMEİ kodu **********77154 “Samsung Galaxy A20s” markalı telefon üçün 521 (beş yüz iyirmi bir) manat olmaqla ondan, 474 (dörd yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat miqdarında cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 792 (yeddi yüz doxsan iki) manat (18 ay x 44 manat + 0 manat ilkin ödəniş) olan “HP” markalı kompüter üçün 774 (yeddi yüz yetmiş dörd) manat olmaqla ondan, 704 (yeddi yüz dörd) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat miqdarında cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 736 (yeddi yüz otuz altı) manat (18 ay x 29.5 manat + 205 manat ilkin ödəniş) olan “Dell” markalı kompüter üçün 565 (beş yüz altmış beş) manat olmaqla ondan, 531 (beş yüz otuz bir) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 412 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etirazı daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: “xxxx” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrdən görünür ki, “xxxx” MMC alıcıya dəyəri 593 (beş yüz doxsan üç) manat İMEİ kodu **********77154 “Samsung Galaxy A20s” markalı telefonun, 792 (yeddi yüz doxsan iki) manat olan “HP” markalı kompüterin və 736 (yeddi yüz otuz altı) manat olan “Dell” markalı kompüterin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İMEİ kodu **********77154 “Samsung Galaxy A20s” markalı telefon üçün hər ay 49 manat, “HP” markalı kompüter üçün hər ay 44 manat və “HP” markalı kompüter üçün hər ay 29.5 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli “xxxx” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən «xxxx» MMC-dən İMEİ kodu **********77154 “Samsung Galaxy A20s” markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 593 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 474 manat borcunu ödəmədiyindən, həmin məbləğə 47 manat cərimə hesablanmış, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “HP” markalı kompüter üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 792 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 704 manat borcunu ödəmədiyindən, həmin məbləğə 70 manat cərimə hesablanmış, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Dell” markalı kompüter üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 736 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 531 manat borcunu ödəmədiyindən, həmin məbləğə 34 manat cərimə hesablanmış. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********77154 “Samsung Galaxy A20s” markalı telefon almış, həmin məbləğdən 119 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun “xxxx” MMC-nə 474 manat əsas borcu qalmış, qalıq borca 47 manat dəbbə pulu hesablanmış; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “HP” markalı kompüter almış, həmin məbləğdən 88 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun “xxxx” MMCnə 704 manat əsas borcu qalmış, qalıq borca 70 manat dəbbə pulu hesablanmış; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Dell” markalı kompüter almış, həmin məbləğdən 205 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun “xxxx” MMC-nə 531 manat əsas borcu qalmış, qalıq borca 34 manat dəbbə pulu hesablanmışdır. Lakin, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli, 01087187 saylı müqavilə üzrə hesablanmış 47 manat; xx.xx.2020-ci il tarixli, 20052762 müqavilə üzrə hesablanmış 70 manat və xx.xx.2020-ci il tarixli, 20093682 müqavilə üzrə hesablanmış 34 manat məbləğində (cərimə) dəbbə pulu cəmi 151 (bir yüz əlli bir) manat azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, “xxxx” MMC-nin xeyrinə Cavabdeh 1709 (bir min yeddi yüz doqquz) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə olmaqla, cəmi 1759 (bir min yeddi yüz əlli doqquz) manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə əsas borcdan 1709 (bir min yeddi yüz doqquz) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1789 (bir min yeddi yüz səksən doqquz) manat pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-530/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-530/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver