Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-532/2020 29.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüseynov Hadı Bahadur oğlunun katibliyi, iddiaçı «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi x1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxxxxx» x4 Səhmdar Cəmiyyəti kiçik iddialara dair sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin xeyrinə 755,65 manat əsas, 68,25 manat faiz və 11,47 manat cərimə olmaqla, cəmi:- 835,37 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 09.01.2020-ci il tarixdə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad çıxarılmışdır. Məhkəmə iclasında İddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi x2 iddianı müdafiə edərək göstərdi ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 24.12.2018-ci il tarixli müqaviləyə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 18 faiz olmaqla, 18 ay müddətinə 807 manat kredit verilmişdir. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 755,65 manat əsas, 68,25 manat faiz və 11,47 manat cərimə olmaqla, cəmi:- 835,37 manat borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək göstərdi ki, anası rəhmətə getdiyi üçün başı qarışdığından borcunu ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəməyə etirazı yoxdur. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 24.12.2018-ci il tarixli, 2358nkGNDJ/18 nömrəli kredit müqaviləsindən görünür ki, tərəflər arasında cavabdehin 13.08.2014-cü il tarixli müqavilə üzrə 806,53 manat borcunun bağlanması məqsədi ilə kredit və bank hesabı müqaviləsi bağlanaraq, cavabdehə illik 18 faiz olmaqla, 18 ay müddətinə 807 manat kredit verilmişdir; 30.11.2019-cu il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh «xxxxxxx» KB ASC-yə 755,65 manat əsas, 68,25 manat faiz və 11,47 manat cərimə olmaqla, cəmi:- 835,37 manat borcuqalmışdır; 20.09.2019-cuiltarixli bildirişdən görünürki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri,Kəpəz rayonu, 3-cü mikrorayon, ev 20, mənzil 38-də qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 24.12.2018-ci il tarixli müqaviləyə əsasən cavabdehin 13.08.2014-cü il tarixli müqavilə üzrə 806,53 manat borcunun bağlanması məqsədi ilə kredit və bank hesabı müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin )bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in739.1-cimaddəsinəəsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləci bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda cavabdehdən 24.12.2018-ci il tarixli, 2358nkGNDJ/18 nömrəli kredit müqavilə üzrə 755,65 manat əsas, 68,25 manat faiz və 11,47 manat cərimə olmaqla, cəmi:- 835,37 (səkkiz yüz otuz beş manat 37) manat kredit borcu cavabdehdən tutularaq «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiatəmin edilsin. Cavabdeh 24.12.2018-ci il tarixli, 2358nkGNDJ/18 nömrəli kredit müqavilə üzrə 755,65 manat əsas, 68,25 manat faiz və 11,47 manat cərimə olmaqla, cəmi:- 835,37 (səkkiz yüz otuz beş manat 37qəpik) manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-532/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-532/2020
29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver