Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-545/2020 20.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh x3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh x3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Gəncə Kəpəz rayon məhkəməsinin 2(043)-2418/2017 saylı, 02.03.2017-ci il tarixli qətnaməsinə əsasən ödədiyi 845 manat və iddia ərizəsi üçün ödənilmiş 20 manat pulun cavabdeh x2 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh x5 “xxxxxxxxxxxxxx” ASC-nin Gəncə filialı ilə kredit müqaviləsi imzalanaraq 2000 manat məbləğində kredit almışdır. Həmin kredit üzrə onunla bank arasında zaminlik müqaviləsi imzalanar zamin durmuşdur. Cavabdeh müqavilə şərtlərinin vaxtında və lazımınca icra etmədiyi üçün onlardan bankın xeyrinə 1108.56 manat əsas, 253.69 manat faiz, və ödənilmiş 20 manat dövlət rüsumu ümumilkdə 1382.28 manat pul tutulmasına dair iddia tələbi irəli sürülmüşdür. x12 Rayon Məhkəməsində baxılaraq 2(043)-2418/2017 saylı, 02.03.2017-ci il tarixli qətnamə qəbul edilərək x9 göndərilmişdir. Qətnamə üzrə o qalıq 845 manat kredit borcu ödəmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq məhkəmə iclasında ərizə verərək iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etdi. Cavabdeh x3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı isə buna etiraz etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 09 iyun 2014-cü il tarixli 714 nömrəli kredit müqaviləsinin və həmin tarixli 1 nömrəli zaminlik müqaviləsinin surətlərindən görünür ki, cavabdeh x5 “xxxxxxxxxxxxxx” ASC-nin gəncə filialı ilə kredit müqaviləsi imzalanaraq 2000 manat məbləğində kredit almışdır. Həmin kredit üzrə İddiaçı zamin durmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2418/2017 saylı, 02.03.2017-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, 03.10.1987-ci ildə Tovuz rayonunda doğulmuş, Gəncə şəhəri, U.Qorqud küçəsi, ev 7, mənzil 50- də daimi qeydiyyatda olan və yaşayan x2 və 21.06.1971 -ci ildə Qazaxıstan Respublikası. Karaqanda vilayətində doğulmuş. Gəncə şəhəri, Ozan küçəsi. 2-ci döngə, ev 20- də daimi qeydiyyatda olan və yaşayan İddiaçı müştərək qaydada «xxxxxxxxxxxx» x6 ceyrinə 1108.56 manat əsas, 253,69 manat faiz, cəmi 1382.25(bir min üç yüz iki manat 25 qəpik} manat borc və 20,0 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumun tutulması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş “AzərTürk Bankın Gəncə filialı tərəfindən verilmiş 23 avqust 2019-cu il tarixli arayışdan görünür ki, x5 tərəfindən 09.06.2014-cü il tarixdə götürdüyü kredit üzrə zamin İddiaçı 23.08.2019-cu il tarixdə qalıq borcunu ödəmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin əsillərindən görünür ki, İddiaçı tərəfindən “AzərTürk Bankın Gəncə filialına x5 tərəfindən götürülmüş kredit üçün, banka ümumilikdə 845 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, «xxxxxxxxxxxx» ASC ilə x5 arasında kredit müqaviləsi bağlanmış, İddiaçı isə həmin kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Bankla zaminlik müqaviləsi bağlamışdır. Borclu x1 müqaviləsi üzrə üzərinə düşən öhdəliyini icra etmədiyinə görə, onun kredit borcundan zamin İddiaçı kreditor banka 845 manat məbləğində pulu ödəmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı kreditora ödədiyi məbləğdə pulu x2 tələb etməkdə haqlıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, 845 manat məbləğində pul cavabdeh x2 alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. x2 845 (səkkiz yüz qırx beş) məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün x11 Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 01 (bir) ay müddətində x11 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-545/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-545/2020
20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver