Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-548/2020 27.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüseynov Hadı Bahadur oğlunun katibliyi, iddiaçı x1, Cavabdeh iştirakları ilə, İddiaçı x1 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçıx3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23.03.2013-cü ildə anadan olmuş x2 yetkinlik yaşına çatanadək saxlanılması təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay 200 manat sabit pul məbləgində müəyyən edilərək cavabdehdən alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı x3 iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(043)-2366/2018 nömrəli qətnaməsi ilə cavabdehlə birgə nikahlarından 23.03.2013-cü ildə anadan olmuş x2 yetkinlik yaşına çatanadək saxlanması üçün 120 manat aliment kəsilmişdir. Təyin olunmuş aliment uşağın tələbatını ödəmir.Belə ki, uşaq böyüdükcə onun tələbatı gündəngünə artır. Cavabdeh isə təyin olunmuş alimentdən əlavə uşağın saxlanması üçün heç bir maddi yardım etmədiyi üçün uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək alimentin artırılaraq hər ay 150 manat müəyyən edilməsini xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ 066033 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından 23.03.2013-cü ildə Əsmər adlı uşaqları anadan olmuşdur; AZ-İ 300107 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, tərəflər arasında olan nikah 03.09.2018-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsində ləğv edilmişdir; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(043)- 2366/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikah akt qeydi pozulmuş, nikah pozulduqdan sonra 23.03.2013-cü ildə anadan olmuş x2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq x1 xeyrinə ödənilməsi qət edilmişdir; AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x3 xx.xx.1987-ci ildə anadan olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(043)-2366/2018 nömrəli qətnaməsinə əsasənCavabdeh 23.03.2013-cü ildə anadan olmuş x2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq x1 xeyrinə ödənilməsi qət edilmişdir. Təyin olunmuş 120 manat məbləğində aliment azyaşlı uşağın saxlanılması üçün yetərli olmadığından və cavabdeh təyin olunmuş alimentdən başqa uşağın saxlanmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qismən qəbul edərək, hər ay 150 manat aliment ödəməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin «x5» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «x5» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(043)- 2366/2018 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməklə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutularaq x1 xeyrinə ödənilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(043)- 2366/2018 nömrəli qətnaməsi ilə 23.03.2013-cü ildə anadan olmuş x2 yetkinlik yaşına çatanadək saxlanması təyin olunmuş alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub x1 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-548/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-548/2020
27.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver