Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-55/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı “X7 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi (vəkili) X3 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2014-cü il 03 aprel tarixli kredit müqaviləsi üzrə 42547,19 manat əsas, 1542,41 manat faiz borcu olmaqla ümumilikdə cəmi 44089,6 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən, 2 otaqlı, 63,5 kv.m ümumi sahədən ibarət 122 nömrəli evin 55 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nizami rayonu, Elşən Slüeymanov küçəsində yerləşən, 2 otaqlı, 63.5 kv.m ümumi sahədən ibarət 122 nömrəli evin 55 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən, 2 otaqlı, 63.5 kv.m ümumi sahədən ibarət 122 nömrəli evin 55 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən, 2 otaqlı, 63.5 kv.m ümumi sahədən ibarət 122 nömrəli evin 55 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 03 aprel 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə və barışıq sazişini təqdim edərək, cavabdehlə mübahisənin sülh yolu ilə həlli barədə razılığa gəldiklərini, buna görə də təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçı ilə aralarında barışıq sazişi imzalandığını və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X4 iddiaçı ilə cavabdeh arasında barışıq sazişi imzalandığını bildirmiş və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə tərəflərin təqdim etdiyi 10 mart 2022-ci il tarixli barışıq sazişinin tədqiq edərək hesab edir ki, həmin barışıq sazişi qanunvericiliyin tələblərinə zidd deyildir və üçüncü şəxslərin mənafeyinə toxunmur. Buna görə də barışıq sazişi təsdiq edilməklə mülki iş üzrə icraata xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan, iş üzrə təyin edilmiş ilkin və təkrar məhkəmə-mühasibatlıq ekspertizasının dəyərindən və müstəqil qiymətləndiriciyə cavabdeh tərəfindən ödənilmiş xidmət haqqından ibarətdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1873/2021 saylı, 30.07.2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin 17 sentyabr 2021-ci il tarixli rəyi 28 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1873/2021 saylı, 22.11.2021-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin 24 yanvar 2021-ci il tarixli rəyi 11 fevral 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1873/2021 saylı mülki iş üzrə 30.07.2021-ci il tarixdə ipoteka predmetinin qiymətləndirilməsi barədə qərardad çıxarılmış, bununla bağlı "xxxx" MMC-nin 06 oktyabr 2021-ci il tarixli rəyi 11 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qiymətləndirmə ilə bağlı 400 manat xidmət haqqı cavabdeh tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Tərəflər məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, müstəqil qiymətləndiriciyə ödənilmiş xidmət haqqının cavabdehə aid edilməsi, ekspertiza tədqiqatlarının dəyərinin isə tərəflər arasında bərabər bölünməsi barədə razılığa gəldiklərini bildirmişdir. Buna görə də məhkəmə xərcləri tərəflərin razılığına uyğun qaydada onlar arasında bölüşdürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı ASC ilə Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:
1. Borclu Cavabdeh 10 mart 2022 –ci il tarixinə qalıq 36,432.76 (otuz altı min dörd yüz otuz iki manat, 76 qəpik) AZN əsas, 1151.4 (bir min yüz əlli bir manat, 4 qəpik) AZN faiz, 3.89 (üç manat, 89 qəpik) AZN cərimə borcu olduğunu qəbul edir.
2. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan 1 otaqlı, 63.5 kv.m ümumi sahədən ibarət, ünvan 1 ünvanında, 14 mərtəbəli, 2 bloklu binanın 1-ci blokunda, 12 ci mərtəbəsində yerləşən 55 saylı mənzilin ilkin satış qiyməti (likvid dəyəri) tərəflərin qarşılıqlı razılığına əsasən 90 000 AZN məbləğində müəyyən edilsin.
3. Borclu 36,432.76 (otuz altı min dörd yüz otuz iki manat, 76 qəpik) manat məbləğində vəsaiti və illik 15% hesablanmaqla 47 ay müddətinə, bu bənddə qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürür:
Əsas borcdan Aylıq cəmi Ödənişin sayı Ödəniş günləri Borc qalığı Faiz ödənişi ödəniş ödəniş
1 28 mart 2022 35,858.43 455.41 574.33 1,029.74 2 25 aprel 2022 35,276.93 448.23 581.51 1,029.74 3 23 may 2022 34,688.15 440.96 588.78 1,029.74 4 23 iyun 2022 34,092.01 433.60 596.14 1,029.74 5 25 iyul 2022 33,488.43 426.15 603.59 1,029.74 6 23 avgust 2022 32,877.30 418.61 611.13 1,029.74 7 23 sentyabr 2022 32,258.52 410.97 618.77 1,029.74 8 24 oktyabr 2022 31,632.02 403.23 626.51 1,029.74 9 23 noyabr 2022 30,997.68 395.40 634.34 1,029.74 10 23 dekabr 2022 30,355.41 387.47 642.27 1,029.74 11 23 yanvar 2023 29,705.12 379.44 650.30 1,029.74 12 23 fevral 2023 29,046.69 371.31 658.42 1,029.74 13 23 mart 2023 28,380.04 363.08 666.65 1,029.74
14 24 aprel 2023 27,705.05 354.75 674.99 1,029.74 15 23 may 2023 27,021.63 346.31 683.42 1,029.74 16 23 iyun 2023 26,329.66 337.77 691.97 1,029.74 17 24 iyul 2023 25,629.04 329.12 700.62 1,029.74 18 23 avgust 2023 24,919.67 320.36 709.37 1,029.74 19 25 sentyabr 2023 24,201.43 311.50 718.24 1,029.74 20 23 oktyabr 2023 23,474.21 302.52 727.22 1,029.74 21 23 noyabr 2023 22,737.90 293.43 736.31 1,029.74 22 25 dekabr 2023 21,992.38 284.22 745.51 1,029.74 23 23 yanvar 2024 21,237.55 274.90 754.83 1,029.74 24 23 fevral 2024 20,473.28 265.47 764.27 1,029.74 25 25 mart 2024 19,699.46 255.92 773.82 1,029.74 26 23 aprel 2024 18,915.97 246.24 783.49 1,029.74 27 23 may 2024 18,122.68 236.45 793.29 1,029.74 28 24 iyun 2024 17,319.47 226.53 803.20 1,029.74 29 23 iyul 2024 16,506.23 216.49 813.24 1,029.74 30 23 avgust 2024 15,682.82 206.33 823.41 1,029.74 31 23 sentyabr 2024 14,849.12 196.04 833.70 1,029.74 32 23 oktyabr 2024 14,004.99 185.61 844.12 1,029.74 33 25 noyabr 2024 13,150.32 175.06 854.68 1,029.74 34 23 dekabr 2024 12,284.96 164.38 865.36 1,029.74 35 23 yanvar 2025 11,408.79 153.56 876.18 1,029.74 36 24 fevral 2025 10,521.66 142.61 887.13 1,029.74 37 24 mart 2025 9,623.44 131.52 898.22 1,029.74 38 23 aprel 2025 8,714.00 120.29 909.44 1,029.74 39 23 may 2025 7,793.18 108.92 920.81 1,029.74 40 23 iyun 2025 6,860.86 97.41 932.32 1,029.74 41 23 iyul 2025 5,916.88 85.76 943.98 1,029.74 42 25 avgust 2025 4,961.11 73.96 955.78 1,029.74 43 23 sentyabr 2025 3,993.38 62.01 967.72 1,029.74 44 23 oktyabr 2025 3,013.56 49.92 979.82 1,029.74 45 24 noyabr 2025 2,021.49 37.67 992.07 1,029.74 46 23 dekabr 2025 1,017.02 25.27 1,004.47 1,029.74 47 23 yanvar 2026 0.00 12.71 1,017.02 1,029.74 Cəmi: - 11,964.91 36,432.76 48,397.67
4. Borclu bu sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirdiyi təqdirdə, qrafik üzrə müəyyən edilmiş 36,432.76 manat əsas borcu və 11,964.91 manat faiz borcunu, həmçinin 60 manat məhkəmə rüsumunu vaxtında və lazımi qaydada Banka qaytardığı təqdirdə Bank 23.01.2026cı il tarixində ediləcək ödəniş zamanı kredit razılaşması üzrə hesablanmış və ödənilməmiş 1151.4 AZN faiz, 3.89 AZN cərimə borcunu güzəşt etməyi öhdəsinə götürür.
5. Borclu sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə ödənişlər etdikdə və borc tam ödənildikdə, həmçinin 60 manat dövlət rüsumu ödənildiyi halda Cavabdeh məxsus olan 1 otaqlı, 63.5 kv.m ümumi sahədən ibarət, ünvan 1 ünvanında, 14 mərtəbəli, 2 bloklu binanın 1-ci blokunda, 12 ci mərtəbəsində yerləşən 55 saylı mənzili girovdan azad etməyi (dövlət rüsumu cavabdeh tərəfindən ödənilmək şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürür.
6. Ödənişlərin bu sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərindən sonrakı ilk 3 (üç) təqvim günü ərzində, ümumi qrafik üzrə 3 dəfədən çox olmamaq şərti ilə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, ümumi borc sazişin 2-ci bəndində göstərilən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait borclunun Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin (depozit) hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan Bankın xeyrinə tutulsun.
7. Sazişin 2-ci bəndində qeyd edilən əmlakların təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.
8. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.
9. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır. Cavabdeh iddianın məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 ( bir yüz əlli) manat pulun 75 (yetmiş beş) manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən; 75 (yetmiş beş) manat hissəsi isə Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev