Məhkəmə qərarları › İş №2(043)-553/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-553/2020

29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-553/2020 29.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüseynov Hadı Bahadur oğlunun katibliyi, iddiaçı «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi x1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Kreditor«xxxxxxx» x4 Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək,borclu Cavabdeh «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin xeyrinə 3229,37 manat əsas, 414,4 manat faiz, 167,12 manat cərimə, cəmi 3810,89manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin xeyrinə verilməsinə dair əmrçıxarılmasına xahiş etmişdir. 19 dekabr 2018-ci il tarixdə borclu Cavabdeh oğlundan 3229,37 manat əsas, 414,4 manat faiz, 167,12 manat cərimə, cəmi 3810,89 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə əmr çıxarılmışdır. Borclu Cavabdeh məhkəmə əmrinə qarşı etiraz verdiyi üçün qeyd olunan məhkəmə əmri ləğv edilərək iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxx» KB ASC-nin etibarnamə üzrə nümayəndəsi x2 göstərdi ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 23.02.2018-ci il tarixli müqaviləyə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 35 faiz olmaqla, 120 ay müddətinə 15000 manat kredit limiti ayrılmışdır.Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 3229,37 manat əsas, 414,4 manat faiz, 167,12 manat cərimə, cəmi 3810,89 manat borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərdi ki, maddi imkanı yaxşı olmadığı üçün kredit borcunu ödəyə bilməmişdir. Cərimə borcunun azaldılmasını xahiş edərək, borcunu hissə-hissə ödəməyə etiraz etmədiyini bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 22.02.2018-ci il tarixli, 1006sGNDJ/18 nömrəli kredit müqaviləsindən görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanaraq, cavabdehə illik 35 faiz olmaqla, 120 ay müddətinə 15000 manat məbləğində kredit ayrılmışdır; 30.11.2018-ci il tarixli, maliyyəarayışındangörünür ki, Cavabdeh «xxxxxxx» KB ASCyə 3229,37 manat əsas, 414,4 manat faiz, 167,12 manat cərimə, cəmi 3810,89manat borcuqalmışdır; AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri,Ə.Ü.Gəncəvi küçəsi, 2-ci döngə, ev 15-də qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 22.02.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə illik 35 faiz olmaqla, 120 ay müddətinə 15000 manat kredit limiti ayrılmışdır. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in739.1-cimaddəsinəəsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləci bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, tutulmalı olan167,12 manat cərimə məbləği azaldılaraq 7,12 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin kredit və bank hesabı müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda cavabdehdən 22.02.2018-ci il tarixli, 1006sGNDJ/18 nömrəli kredit müqaviləsi üzrə 3229,37 manat əsas, 414,4 manat faiz, 7,12 manat cərimə, cəmi 3650,89 (üç min altı yüz əlli manat 89 qəpik) manat kredit borcu cavabdehdən tutularaq «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 23.02.2018-ci il tarixli, 1006sGNDJ/18 nömrəli müqavilə üzrə 3229,37 manat əsas, 414,4 manat faiz, 7,12 manat cərimə, cəmi 3650,89 (üç min altı yüz əlli manat 89 qəpik) manat kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxx» KB ASC-in hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar