Məhkəmə qərarları › İş №2(043)-564/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-564/2020

13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-564/2020 13.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı «xxxxxxxxxxx» MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı«pul» tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 27.05.2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən qiyməti 720 (yeddi yüz iyirmi) manat (12 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********38307 “x2 A 7.0” markalı telefon və “Hoffman” markalı Mikrodalğalı soba üçün 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 216 manat (360 gün x 0.6 manat) hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq 72 manat cərimə; alqı-satqı müqaviləsi üzrə qiyməti 1638 (min altı yüz otuz səkkiz) manat (18 ay x 91 manat + 0 manat ilkin ödəniş) olan “Hoffman FAAC” markalı kondisioner üçün 758 (yeddi yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 218 manat (120 gün x 0.3 manat) hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq 76 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə1656 manat Cavabdeh alınaraq«xxxxxxxxxxx» x1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxxxxxxxxx» MMC ilə 27.05.2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən qiyməti 720 (yeddi yüz iyirmi) manat (12 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********38307 “x2 A 7.0” markalı telefon və “Hoffman” markalı Mikrodalğalı soba üçün 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 216 manat (360 gün x 0.6 manat) hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq 72 manat cərimə; alqı-satqı müqaviləsi üzrə qiyməti 1638 (min altı yüz otuz səkkiz) manat (18 ay x 91 manat + 0 manat ilkin ödəniş) olan “Hoffman FAAC” markalı kondisioner üçün 758 (yeddi yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 218 manat (120 gün x 0.3 manat) hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq 76 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 880 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 11 dekabr 2019-cu il tarixli bildirişi göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, iş materiallarına əlavə edilmiş: «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 27.05.2018-ciil tarixli “K 00155064” nömrəli müqavilələrdən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 720 (yeddi yüz iyirmi) manat olan “x2 A 7.0” markalı telefonun və “Hoffman” markalı Mikrodalğalı sobanın dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar “x2 A 7.0” markalı telefonun və “Hoffman” markalı Mikrodalğalı soba üçün hər ay 60 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış digər 27.05.2018-ciil tarixli, “K 00155064” nöməli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 1638 (min altı yüz otuz səkkiz) manat olan “Hoffman FAAC” markalı kondisionerindəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar Hoffman FAAC” markalı kondisioner üçün hər ay 91 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh 27.05.2018-ciil tarixli, “K00155064” nömrəli müqavilə üzrə720 manat əsas, 72 manat cərimə borcu; 27.05.2018-ciil tarixli, “K00155064” nöməli müqavilə üzrə 758 manat əsas, 76 manat cərimə borcu, ümumilikdə 1626 manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə 1478 manat əsas, 148 manat cərimə borcu olmaqla ümumilikdə 1626 (bir altı yüz iyirmi altı) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x3 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar