Məhkəmə qərarları › İş №2(043)-581/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-581/2020

06.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-581/2020 06.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x3 iclas katibliyi, iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi x1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Remington PF7400 markalı üz qırxan üçün 84 (səksən dörd) manat ödənilməmiş hissə, 18 manat (300 gün x 0,06 manat) hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq 8 manat cərimə pulu, ümumilikdə 92 manat borc, 20 manat dövlət rüsumu, cəmi 112 manat Cavabdeh alınaraq, «xxxxxxxxxxx» x2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə 24.09.2018-ci il tarixli müqaviləsinə əsasən Remington PF7400 markalı üz qırxan almış və nəticədə 92 (doxsan iki) borc yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh alqısatqı qiyməti 108 (yüz səkkiz) manat (18 ay x 6 manat + 0 manat ilkin ödəniş) olanRemington PF7400 markalı üz qırxan üçün ümumilikdə92 (doxsan iki) olmaqla, ondan 84 (səkkiz dörd) manat ödənilməmiş hissə, 18 manat ( 300 gün x 0,06 manat) hesablanmalı olmasına baxmayaraq gözəşt olunaraq 8 manat cərimə pulu, (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında cərimə pulu) borc yaranmışdır. Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında qarşılıqlı razılaşma əsasında 18 ay müddətində alqı-satqı müqaviləsi imzalanmış və bu səbəbdən məhsulun qiyməti 108 manat qiymətləndirilmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 24 manat təşkil edir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi x4 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, zəmanət talonunda malın tərtibat və korpus hissələrinə şamil olunmur, zərbə nəticəsində zədələnməsi korpusun təmir xərcini cavabdeh əvvəlcədən ödəmədiyindən əşyanın təmiri mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etirazını bildirdi və ifadəsinə göstərdi ki, üz qırxan əlindən yerə düşərək qırılmışdır. Üz qırxanın 1 illik zəmanəti olduğu üçün korpusunu dəyişdirmək üçün müraciət etmişdir. Ona demişlər ki, korpusunu dəyişdirəcəklər. O isə gözləmişdir. Sonra ödənişi dayandırmışdır. 14 gün ərzində qaytarmaq istəmiş, lakin götürməmişlər. Zəng edəcəklərini demişlər. O, üz qırxanın düzəldilməsi qarşılığında pulu ödəcəyəciyini demişdir. 84 manat borcu var, etirazı yoxdur. Odur ki, pulu ödəməyə hazırdır və üz qırxanın təmir olunması xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış 24.09.2018-ci il tarixli, 00308913 nömrəli nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən dəyəri 104 (yüz dörd) manat Remington PF7400 markalı üz qırxan almış, aylıq 6 manat olmaqla, 18 ay müddətinə, ümumilikdə 108 (yüz səkkiz) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 28 noyabr 2019-cu il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış 27.09.2018-ci il tarixli müqaviləyə əsasən, 24 (iyirmi dörd) manat ödəniş etmiş, əsas borc üzrə 84 (səksən dörd) manat borcu qalmış, həmin borca 8 manat cərimə pulu hesablanmaqla ümumilikdə 92 (doxsan iki) manat borcu vardır. İş materiallarına əlavə edilmiş 24.09.2018-ci il tarixli zəmanət talonundan görünür ki, malın tərtibat və korpus hissələrinə, bateriya və akkumulyatorlarına, komplektləşdirici hissələrə, birləşdirici kabellərə, sərfiyyat detallarına və digər aksessuarlara zəmanət tolunu şamil olunmur. İş materiallarına əlavə edilmiş 14.10.2019-cu il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən dəyəri 104 (yüz dörd) manat Remington PF7400 markalı üz qırxan almış, tərəflər arasında bağlanmış zamanət talonun şərtləri malın tərtibat və korpus hissələrinə, bateriya və akkumulyatorlarına, komplektləşdirici hissələrə, birləşdirici kabellərə, sərfiyyat detallarına və digər aksessuarlara şamil olunmadığı göstərilmiş, zərbə nəticəsində Remington PF7400 markalı üz qırxan korpus hissəsi qırılmışdır. Cavabdeh tərəfindən qırılmış hissənin təmir xərci əvvəlcədən ödənilmədiyindən yenisi ilə əvəz edilməsi mümkün olmamış, cavabdeh hər hansı bir tələbini irəli sürməmiş, borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə 24.09.2018-ci il tarixli müqaviləsinə əsasən Remington PF7400 markalı üz qırxan almış, həmin məbləğdən 24 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 84 (səksən dörd) manat əsas borcu qalmış, qalıq borca 8 manat cərimə pulu hesbalanmışdır. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbədəndə, 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 24.09.2018-ci il tarixli nisyə-alqı satqı müqaviləsi üzrə 84 (səkkiz dörd) manat əsas borc, 8 (səkkiz) manat cərimə pulu olmaqla, cəmi 92 (doxsan iki) manat pul və 20 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 24.09.2018-ci il tarixli nisyə-alqı satqı müqaviləsi üzrə 84 (səkkiz dörd) manat əsas borc, 8 (səkkiz) manat cərimə pulu olmaqla, cəmi 92 (doxsan iki) manat pul və 20 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x7 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar