Məhkəmə qərarları › İş №2(043)-591/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-591/2021

16.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-591/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçın Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh Nafık oğlu ilə birgə nikahlarından olan övladları X2 (xx xxxx 2009-cü il təvəllüdlü) yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə uşağa görə hər ay olmaqla 76 manat müəyyən edilmiş alimentin məbləğinin artırılaraq bir uşağa görə hər ay 180 manat sabit pul məbləğində müəyyən edilərək, cavabdehin gəlir və qazancından onun xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh Nafık oğlu ilə xx xxxx 2008-cu ildə ailə qurmuşlar. Cavabdehlə həmin rəsmi nikahlarından xx xxxx 2009-cu il təvəllüdlü X4 övladları olmuşdur. O cavabdehlə bir neçə ay mehriban şəkildə bir yerdə yaşamışlar və ər-arvad kimi birgə təsərrüfat aparmışlar. Demək olar ki, aralarında heç bir ziddiyyət və problem olmamışdır. Cavabdehlə rəsmi nikahlarından olan övladları X1 üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsinə əsasən hər ay 76 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması müəyyən edilmişdir. Uşağın saxlanılması üçün hazırda cavabdehin ödədiyi aliment həddən artıq azdır və yaşayış minimumu haqqında qanunun qoyduğu tələblərə tamamilə ziddir. O övladının saxlanılması üçün hər ay iki yüz manatdan çox xərc çəkir. Başqa bir tərəfdən isə uşaq üçün çəkilən bütün əlavə xərcləri də o çəkir, uşağın məktəb xərclərini, geyimlərini, xəstəlik xərclərini və digər əlavə xərclərdə o təkbaşına çəkməli olur. Cavabdeh heç bir əlavə xərcdə ona köməklik etmir və heç bir maddi köməklik göstərmir. Cavabdeh əmək qabiliyyətlidir və aliment ödəmək iqtidarındadır, ara işləri ilə və fərdi əməklə məşğul olur. Bu səbəbdən də o cavabdehlə yaşamağın qeyri-mümkün olduğunu görüb ondan ayrılmalı olmuş və hazırda məcburiyyət qarşısında qalıb cavabdehə qarşı aliment tələbinə dair iddia qaldırmalı olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun ifadə verərək bildirdi ki, ona məxsus Göygöl rayonunda gəlinlik mağazası var, lakin, hal-hazırda mağazası fəaliyyət göstərmir. Uşağı üç fəndən hər biri fənni aylıq 40 manat ödənişi olan hazırlığa gedir. O övladının saxlanılması üçün hər ay iki yüz manatdan çox xərc çəkir. Cavabdehin isə imkanı yaxşıdır, Gəncə-Bakı marşurutu ilə işləyən avtomobili var. Lakin, cavabdeh heç bir əlavə xərcdə ona köməklik etmir və heç bir maddi köməklik göstərmir. Ona görə də hazırda məcburiyyət qarşısında qalıb Cavabdeh qarşı aliment tələbinə dair iddia qaldırmalı olmuşdur. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məxsus mobil telefonla əlaqə saxlanmış, Cavabdeh hazırda Bakı şəhərində yaşadığı üçün məhkəməyə gəlməsinin mümkün olmadığını və bunla bağlı məhkəməyə ərizə yolladığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhərində “X6” MMC-də sürücü vəzifəsində işləyir və aylıq əmək haqqısı 300 manat təşkil edir. İddiaçı onun maddi imkanın az olmasından məlumatlıdır. Alimentin artırılmasına razı deyil, aliment artırıldığı təqdirdə birgə nikahdan doğulmuş övladı üçün hər ay maksimum 100 manat ödəməyə imkanı çatacağını və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir və bu barədə telefonoqram tərtib edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(044)-239/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2008-ci il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 356 nömrəli akt qeydi ilə ı bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx xxxx 2009-cu il təvəllüdlü X4 İddiaçı yanında qalmasını, xx xxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2011-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 76 (yetmiş altı) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 407 saylı Hərbi Hissənin xx.xx.2020-ci il tarixli, 125 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 mənzil 41 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 528838 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X4 oğlu xx.xx.2009-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası Abdullayeva (Mehdiyeva) Türkan Qabil qızıdır. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(044)-239/2011 nömrəli qətnaməsi ilə Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay 76 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı Qabi qızına verilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 76 manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddianı qəbul etməmiş və iddianın təmin olunacağı təqdirdə isə 100 manatdan artıq aliment ödəyə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən 76 manat məbləğində aliment xx.xx.2011-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən 10 ilə yaxın müddət keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatı və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflərin faktiki nikah münasibətlərindən doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı Qabi qızının xeyrinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(044)-239/2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 76 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı Qabi qızının xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinin tələbinə görə iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli artırılmış hissədə 74 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 500 manatdan çox təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(043)- 239/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx xxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar