Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-599/2020 30.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi, iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi x3, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, soyuducu Samsung üçün1542 (min beş yüz qırx iki) manat ödənilməmişhissə,450 manat ( 450 gün x 1 manat) dəbbə pulu , İMEİ kodu **********91488 Samsung J2 telefon üçün328 (üç yüziyirmi səkkiz)manat ödənilməmiş hissə, 99 manat (330gün x 0,3manat)dəbbə pulu, ümumilikdə2419 manat borc, 30 manatdövlət rüsumu, cəmi2449 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» x1 ödənilməsi barədəçıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh «xxxxxxxxxxx» MMC ilə 24.08.2018-ci il, 14.09.2018-ci iltarixli müqavilələrinə əsasən Soyuducu Samsung və İMEİ kodu **********91488 Samsung J2 telefonalmış, nəticədə 2419 (iki min dörd yüz on doqquz)manat borc yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdehalqı-satqı qiyməti 1800 (min səkkiz) manat (18 ay x 100 manat+ 0 manat ilkin ödəniş) olanSoyuducu Samsung,alqı-satqı qiyməti 407 (dörd yüz yeddi) manat (12 ay x 30 manat + 47 manat ilkin ödəniş) olanİMEİ kodu **********91488 Samsung J2 telefon üçünümumilikdə2419 (iki min dörd yüz on doqquz)manat olmaqla, ondan,1870 (min səkkiz yüz yetmiş) manat ödənilməmiş hissə, 549 (beş yüz qırx doqquz) manat dəbbə pulu, (hər gün üçün ödənilməmiş məbləğin 1 %miqdarında dəbbə pulu) borc yaranmışdır. Cavabdeh ilə “xxxxxxxxxxx “MMC arasında qarşılıqlı razılaşma əsasında 24.08.2018-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətində alqı-satqı müqaviləsi imzalamış və bu səbəbdən məhsulun qiyməti 1800 manat, 14.09.2018-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətində alqı-satqı müqaviləsi imzalamış və bu səbəbdən məhsulun qiyməti 407 manat qiymətləndirilmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 337 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi x4 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, iddia tələbini əsas borc hissəsində qəbul edir. Məhkəmədən cərimə məbləğinin azaldılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış 24.08.2018-ci il və 14.09.2018-ci il tarixli müqavilələrdən görünür ki,cavabdeh iddiaçıdan Soyuducu Samsung və İMEİ kodu **********91488 Samsung J2 telefon almışdır. 28.08.2019-cu il tarixli müqaviləyə əsasən soyuducu üçün ödəniş müddəti 18 ay, aylıq ödənişi 100 manat, alqı-satqının qiyməti ilkin ödəniş olmadan1800 manat təşkil edir. 14.09.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********91488 Samsung J2 telefon üçün ödəniş müddəti 12 ay, aylıq ödəniş 30 manat, alqı-satqının qiyməti ilkin ödəniş 30 manat olmaqla 407 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 28 noyabr 2019-cu il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış 24.08.2018-ci il və 14.09.2018-ci il tarixli müqavilələrə əsasən, 337 manat ödəniş etmiş, əsas borc üzrə ümümilikdə 1870 manat borcu qalmış, həmin borca 549 manat dəbbə pulu hesablanmaqla ümumilikdə 2419 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 16.06.2019-cu il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə 24.08.2018-ci il və 14.09.2018-ci il tarixli müqavilələrə əsasən Soyuducu Samsung və İMEİ kodu **********91488 Samsung J2 telefon almış, həmin müqavilələr üzrə ümumilikdi 337 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 1870 manat əsas borcu qalmış, qalıq borca 549 manat dəbbə pulu hesablanmışdır. Lakin, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 549 manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbədəndə, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 1870 (bir min səkkiz yüz yetmiş) manat ödənilməmiş əsas borc, 50 (əlli) manat dəbbə pulu olmaqla, cəmi 1920 (bir min doqquz yüz iyirmi) manat və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 24.08.2018-ci il və 14.09.2018-ci il tarixli nisyə-alqı satqı müqavilələri üzrə 1870 (bir min səkkiz yüz yetmiş) manat əsas borc, 50 (əlli) manat dəbbə pulu olmaqla, cəmi 1920 (bir min doqquz yüz iyirmi) manat pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x7 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-599/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-599/2020
30.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver