Məhkəmə qərarları › İş №2(043)-6/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-6/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-6/2022 22.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra KB ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Kreditor ləğv prosesində olan İddiaçı ASC məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 iyun 2014-cü il tarixli № 1014-MB/1098 saylı kredit müqaviləsinə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 25 iyun 2014-cü il tarixli № 1014-MB/1098 saylı zaminlik müqaviləsinə əsasən borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada 1217 (bir min iki yüz on yeddi) manat əsas borcu, 621 (altı yüz iyirmi bir) manat faiz borcu, 20 (iyirmi) manat cərimə borcu olmaqla cəmi 1858 (bir min səkkiz yüz əlli səkkiz) manat pul vəsaitinin, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1616/2017 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı ilə, mülki iş əmr icraatdan iddia icraatına keçirilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ASC “Gəncə” filialı ilə borclu Cavabdeh1 arasında 25 iyun 2014-cü il tarixli № 1014-MB/1098 saylı kredit müqaviləsi bağlanaraq borcalana 24 (iyirmi dörd) ay müddətinə, illik 29 (iyirmi doqquz) faiz ödəmək şərti ilə, 10000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq halhazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Götürülmüş kredit üzrə İddiaçı ASC “Gəncə” filialı ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında 25 iyun 2014-cü il tarixli № 1014-MB/1098 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən Zaminlər Kreditor qarşısında 25 iyun 2014-cü i! tarixli № 1014-MB/1098 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərilərinə götürürlər. Hazırda borclunun 1217 (bir min iki yüz on yeddi) manat əsas borcu, 621 (altı yüz iyirmi bir) manat faiz borcu, 20 (iyirmi) manat cərimə borcu olmaqla cəmi 1858 (bir min səkkiz yüz əlli səkkiz) manat borcu vardır. Məhkəmə iclasında iştirak edən, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 ifadə verərək bildirdi ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə onun arasında bağlanmış 25 iyun 2014-cü il tarixli, 1014-MB/1098 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Hazırda kredit borcunu etiraf edir. Borcundan 350 manat məbləğində ödəniş etmişdir. İddia tələbinin təmin edilməsinə etiraz etmir. Odur ki, qanun tələblərinə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 iyun 2014-cü il tarixli, 1014-MB/1098 nömrəli kredit müqaviləsindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən borc alan Cavabdeh1 illik 29 faizlə 24 ay müddətinə 10000 (on min) manat kredit verilməsinə dair müqavilə bağlamışlar. İş materiallarına əlavə edilmiş 25 iyun 2014-cü il tarixli, 1014-MB/1098 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə Cavabdeh1 25 iyun 2014-cü il tarixli, 1014-MB/1098 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarında olan 25.06.2014-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 25 iyun 2014-cü il tarixli, 1014-MB/1098 nömrəli kredit müqaviləsi üzrə 24 ay müddətinə illik 29 faiz dərəcəsi ilə ödəniş cədvəli üzrə hər ay 554,38 sonuncu ay 551,30 manat olmaqla, cəmi 13305,04 manat pulu ləğv prosesində olan İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 25.06.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xəzinadarlığından 10000 manat pulu götürmüşdür. İş materiallarında olan 09.01.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 1217 manat əsas, 621 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 1858 manat borcu yaranmışdır. İş materiallarında olan 22.04.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 01.12.2018-ci il – 27.05.2021-ci il tarix aralığında kredit borcundan 350 manat məbləğində pulu ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödəmişdir. İş materiallarından görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə cərimə hesablanmalıdır. Kreditin təminat olaraq zaminlik müqavilələri bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmədən kənar mübahisənin həll edilməsi mümkün olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borca faiz məbləği hesablamışdır. Bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq cərimə (dəbbə pulu) tələb etmək hüququ yaranmışdır. Həmçinin, Cavabdeh1 kredit borcundan 350 manat məbləğində pulu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödəmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 867 manat əsas, 621 manat faiz borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 1508 manat pul tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 20 manat dövlət rüsumundan ibarətdir. İddia tələbi əsaslı olduğundan məhkəmə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 867 manat əsas, 621 manat faiz borcu, 20 manat cərimə borcu və məhkəmə xərci qismində 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1528 (bir min beş yüz iyirmi səkkiz) manat pul tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar