Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-60/2022 01.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 10 mart 2020-ci il təvəllüdlü X6 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və uşaq 3 yaşına çatana kimi hər ay əlavə olaraq 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 15 mart 2019-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından 10 mart 2020-ci il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(044)-3165/2020 saylı qətnaməsi ilə X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay uşaq üçün sabit pul məbləğində 200 (iki yüz) manat və üç yaşına qədər saxlanmasından ötrü hər ay 50 (əlli) manat olmaqla ümumilikdə 250 (iki yüz əlli) manat miqdarında alimentin tutularaq ona verilməsinə dair qətnamə qət edilmişdir. O, hazırda övladı ilə birgə qardaşının evində yaşayır və uşağının geyiminə, yeməyinə pul çatdıra bilmir. Cavabdeh hazırda İsraildə yaşayır və bizneslə məşğuldur. Deməsinə görə hər ay 2000-3000 ABŞ dolları məbləğində pul qazanır. Ona görə 10 mart 2020-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment və uşaq 3 yaşına çatana kimi hər ay əlavə olaraq 200 manat sabit pul məbləğində aliment tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək cavabdehin qazancı və digər gəlirləri barədə rəsmi sənəd əldə edə bilmədiyini, lakin cavabdehin İsrail dövlətində yaşayıb işlədiyi və kifayət qədər yüksək miqdarda qazanc əldə etməsi barədə məlumatlı olduğunu bildirmiş, hazırda alimentin sabit pul məbləği ilə tutulmasını istəmədiyini, qanunvericiliyin tələbinə uyğun olaraq alimentin cavabdehin qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında tutulmasını, eləcə də uşağın üç yaşına çatanadək öz təminatı üçün tutulan alimentin miqdarının da artırılaraq 200 manat müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla yanaşı, Cavabdeh nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinə etiraz etmiş və bildirmişdir ki, qətnamə çıxarılan gündən indiyədək cavabdehin gəlirlərinin artmasına dair diqqətəlayiq olan hal müəyyən edilməmiş, həmçinin iddiaçı bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə nəzərə almalıdır ki, uşağa baxmaq valideynlərin hər ikisinin də vəzifəsidir və cavabdehdən tələb edilən aliment yüksəkdir. Cavabdeh hazırda heç bir yerdə işləmir. O, bu barədə arayışı məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 10 mart 2020-ci il təvəllüdlü X4 atası Cavabdeh, anaları İddiaçıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(044)-3165/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh 01 oktyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat, 20 oktyabr 2020-ci ildən tutulmağa başlayaraq X4 üç yaşına çatanadək saxlanılmasından ötrü hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4418/2021 saylı 04 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(044)-3165/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(014)-1281/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçının iddia tələbinin mahiyyəti cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsi barədədir. Belə ki, iddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən hər ay sabit pul məbləği ilə 300 manat aliment tutulmasını xahiş etmişdir. Bundan başqa iddiaçı uşaq üç yaşına çatanadək özünün maddi təminatı üçün 100 manat aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iddianı qismən təmin edib uşağın saxlanılması üçün 200 manat, iddiaçının təminatı üçün 50 manat miqdarında alimentin cavabdehdən tutulmasını qət etmişdir. Hazırda iddiaçı uşağın saxlanması üçün alimentin sabit pul məbləği ilə yox, cavabdehin qazancının hissəsi kimi tutulmasını tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının həmin tələbi təmin edilməlidir. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən uşaqların saxlanılması üçün valideynlərdən tutulan aliment onların qazancının və başqa gəlirlərinin hissəsi ilə müəyyən edilir. Bu qaydada kənara çıxmağa yalnız Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda və alimentin sabit pul məbləği ilə tutulmasına dair tələb edən şəxsin xahişi olduqda yol verilir. Beləliklə qanunvericilikdə alimentin sabit pul məbləği ilə tutulmasının əsası kimi tələb edən şəxsin xahişinin olması mütləqdir. Hazırda iddiaçı alimentin sabit pul məbləği ilə tutulmasını istəmədiyi üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. İddiaçının digər tələbi isə uşaq üç yaşına çatanadək cavabdehdən özünün maddi təminatı üçün tutulan alimentin miqdarının dəyişdirilməsi barədədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Göründüyü kimi yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün tutulan alimentdən fərqli olaraq ər-arvaddan digərinin saxlanması üçün tutulan aliment yalnız sabit pul məbləği ilə müəyyən edilir. Belə olan halda iddiaçı sabit pul məbləği ilə tutulan alimentin miqdarının dəyişdirilməsi üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq özünün və ya cavabdehin ailə və maddi vəziyyətində dəyişikliyin olmasını sübuta yetirməlidir. Lakin iddiaçı belə sübutlar təqdim etməmişdir. Ona görə də məhkəmə həmin hissədə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10 mart 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 10 mart 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Müəyyən edilmiş aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-60/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-60/2022
01.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver