Məhkəmə qərarları › İş №2(043)-606/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-606/2020

10.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-606/2020 10.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) x1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, 11 avqust 2013-cü il təvəllüdlü x5 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsinə dair qətnamə çıxarlıması xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 01 noyabr 2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə yaşayış dövründə 1 nəfər uşağları olmuşdur- 11 avqust 2013-cü il təvəllüdlü x7. Cavabdehlə aralarında olan narazılığa görə 2015-ci ilin noyabr ayından faktiki ayrılmışlar. 09 iyul 2018-ci il tarixdə nikahları məhkəmə qaydasında pozulmuşdur. Ayrıldıqları vaxtdan qızı onun himayəsində yaşayır. Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən qızı Banunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilir. Qızı məktəblidir, ehtiyacı gündən-günə artır. Artıq cavabdehin verdiyi aliment onun ehtiyaclarının ödənilməsinə kifayət etmir. Maddi cəhətdən çətinlik çəkir, qızı ilə birlikdə kirayədə yaşayır, uşağı azyaşlı olduğuna görə işləyə bilmir və heç bir yerdən gəliri yoxdur. Valideynləri hazırda Dağıstan Respublikasında yaşayırlar və maddi vəziyyətləri ağırdır, onlardan da heç bir kömək almır. Lakin, cavabdeh işləyir, maaşı yüksək olmaqla maddi vəziyyəti yaxşıdır və uşağlarına yüksək məbləğdə aliment vermək imkanı vardır. Qızına təyin edilmiş 136 manat məbləğində aliment kifayət etmədiyi üçün məhkəməyə müraciət edərək cavabehdən 170 manat sabit pul məbləğində aliment tutulmasını istəyir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) x3 iddia ərisəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlava olaraq bildirdi ki, cavabdeh təyin edilmiş alimentdən başqa uşağın saxlanılması üçün əlavə köməklik göstərmir. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, iddia tələbini qismən qəbul edir, hər ay 160 manat məbləğində aliment ödəyə bilər. Əlavə olaraq bildirdi ki, ikinci dəfə ailə qurmamış və başqa nikahdan uşağı yoxdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, iddia tələbi qismən əsaslıdır və iddia tələbi tərəflərin birgə nikahından doğulmuş 11 avqust 2013-cü il təvəllüdlü x5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarı artırılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri, Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 11 avqust 2013-cü il təvəllüdlü x5 atası Cavabdeh, anası isə İddiaçıdır. İddia ərizəsinə əlavə olunmuş x15 Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli 2(043)-628/2018 saylı qətnaməsinin surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli, 2(043)-5393/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilərək, Cavabdeh 11 avqust 2013-cü il təvəllüdlü x6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 (yüz otuz altı) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı x4 ödənilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, x15 Rayon Məhkəməsinin iddia ərizəsinə əlavə olunmuş 12 yanvar 2018-ci il tarixli 2(043)- 628/2018 saylı qətnaməsi ilə Cavabdeh 11 avqust 2013-cü il təvəllüdlü x6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 (yüz otuz altı) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh təyin edilmiş aliment pulunu iddiaçının xeyrinə ödəyir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün hər ay uşağa qət edilmiş 136 (yüz otuz altı) manat məbləğində aliment uşağın saxlanması üçün yetərli deyildir. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddianı qismən qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidi. Belə ki, hazırda ödənilən uşaq üçün 136 (yüz otuz altı) manat məbləğində aliment 12 yanvar 2018-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən iki il keçmiş, uşaq böyüdükcə onun təlabatı və saxlanma xərcləri artmışdır. Həmçinin məhkəmə qeyd edir ki, uşaqların müalicəsi üçün tələb olunan məbləğin təmin edilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirlərini, cavabdehin diami olaraq yüksək gəlir əldə etməsini təsdiq edən sübutun məhkəməyə təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə nikahından doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 11 avqust 2013-cü il təvəllüdlü x5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə 12 yanvar 2018-ci il tarixli 2(043)- 628/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş, hər ay 136 (yüz otuz altı) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinin tələbinə görə iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı x8 iddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 500 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən Cavabdeh 30,0 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. x15 Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli 2(043)-628/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, 11 avqust 2013-cü il təvəllüdlü x6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30,0 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x16 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar