Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-612/2021 12.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X16 iclas katibliyi, İddiaçı nümayəndəsi X10 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məhkəmə qətnaməsi ilə himayəsində olan xx xxxx 2012-ci ildə anadan olmuş X2 və xx xxxxxx 2014-cü ildə anadan olmuş X1 üçün tutulan hər ay 130 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləği ilə 220 manat olmaqla, cəmi 440 manat aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını xx.xx.2011-ci ildə Gəncə şəhər Nikah evində qeyd etdirmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 290 nömrə ilə qeyd aparılmış və onlara AZ-İ № 675717 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikahlarından xx xxxx 2012-ci ildə X5 və xx xxxxxx 2014-cü ildə X12 uşaqları anadan olmuşdur. Cavabdehlə birgə yaşadıqları müddətdə aralarında normal ailə münasibətləri olmamışdır. O, ev ilə, ailə ilə maraqlanmamışdır. Ona görə uşaqların maddi cəhətdən təmin olunması və normal böyümələri üçün 2017-ci ildə ondan iki uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutulmasına dair ərizə vermiş və Kəpəz rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(043)-5647/2017 №-li qətnaməsi ilə yuxarıda adları qeyd olunan uşaqlarlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə aliment tutulmasına baxmayaraq o, uzun müddət aliment ödəmədiyindən xeyli məbləğdə aliment borcu yaranmışdır. Hazırda Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün minimum yaşayış həddi 190 manat təşkil edir. Hazırda uşaqlar böyümüş, onların tələbatı artmışdır, uşaqların hər ikisi məktəblidir. Bu gün uşağın yaşayış minimumu da artdığından və onun başqa yerdən gəliri olmadığından cavabdehdən aldığı alimentin məbləği də günün tələbinə uyğun olaraq artırılmalıdır. Cavabdehin hər uşaq üçün ayda sabit pul məbləğində 220 manat aliment ödəmək imkanına malikdir. İddiaçı nümayəndəsi X15 məhkəmə iclasında iddia tələbinə uyğun ifadə verərək bildirdi ki, cavabdeh alimenti vaxtı-vaxtında ödəmir. Aliment məbləğinin artırılmasını istəyir. Lakin, cavabdehin qazancı və gəlirləri barədə heç bir məlumatı yoxdur. Odur ki, məhkəmədən qanuna uyğun qərar verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, onun barəsində aliment ödənilməsinə dair Kəpəz rayon məhkəməsinin 2(043)-5647/2017 №-li xx.xx.2017-ci il tarixli qətnamə var. Həmin qətnaməyə əsasən hər ay hər uşaq üçün 130 (yüz otuz) manat ümumilikdə isə 260 (iki yüz altmış) manat aliment ödəməsi qət edilmişdir. Bir müddət sonra icra məmuru tərəfindən ona xəbərdarlıq edilmişdir ki, aliment üzrə təqribi 900 (doqquz yüz) manat borcu yaranmışdır və bu səbəbdən icra tədbiri kimi ölkədən çıxmasına qadağa qoyulmuşdur. Təqribi 2018-ci ilin mart-aprel ayında o İddiaçı ilə barışmış və birgə yaşamağa başlamışlar. Bundan sonra o İddiaçı ilə birgə icra idarəsinə getmiş və orada icra məmuruna barışdıqlarını bildirmiş icra məmuru İddiaçı ərizələr götürmüş və onun ölkədən çıxmasına qoyulmuş məhdudiyyəti götürmüşdür. Bundan sonra onlar birlikdə Bakı şəhərinə getmiş və orada uşaqları ilə birgə kirayədə yaşamışlar. 2020-ci ilin may ayında yenidən aralarında narazılıq baş vermiş və İddiaçı ilə yenidən ayrılmışlar və ayrılmaqlarından iki ay keçdikdən sonra onu yenidən icra məmuru çağıraraq onun aliment üzrə 8000 (səkkiz min) manat borcunun yığıldığını bildirmişdir. O icra məmurundan bəs bu günə qədər nə üçün ona bu barədə heç bir məlumat verməməsinin səbəbini soruşduqda onun barəsində bu günə kimi şikayət olmayıb bu səbəbdən axtarmadıqları bildirilmişdir. O bu borcun üzərindən götürülməsinə çalışsa da bunun mümkün olmadığını anlamış və qeyd edilən borcu alimentlə birlikdə hissə-hissə ödəyir, yəni hal-hazırda 260 (iki yüz altmış) manat aliment ödəyir və 90 (doxsan) manatda yaranmış borc məbləğindən ödəyir ümumilikdə 350 (üç yüz əlli) manat ödəmə edir. Nəzərə çatdırmaq istəyir ki, o yenidən ailə qurmuş və iki az yaşlı övladı var onlarında tələbatlarını da ödəməyə borcludur nəzərə alınmasını xahiş etmişdir. Aliment artırılmasına dair ərizədə iddiaçı qeyd etmişdir ki, o hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat cəmi 440 (dörd yüz qırx) manat ödəmə imkanına malikdir iddiaçı tərəfin iddia ərizəsində iddiasını Mülki Prosesual Məcəllənin 77-ci maddəsinə əsasən əsaslandırmalıdır. Bu iddianı hansı əsasla iddialandırır onun sübutunu məhkəməyə təqdim etməyə borcludur. O, hal-hazırda heç bir yerdə işləmir və 350 (üç yüz əlli) manat alimenti ödəməkdə çətinlik çəkir, onun başqa qadından iki az yaşlı uşağı var və o onlara da baxmalıdır. İddiaçı tərəf bu iddiaları ilə sadəcə onu çətin vəziyyətə salmaq istəyir. Məhkəmədən bu halların nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-cü il tarixli, 2(043)-5647/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən etibarən azyaşlılar Muhəmmədhüseyn və Murtəzanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 130 (bir yüz) otuz manat olmaqla cəmi 260 (İki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş 7 saylı mənzil istismar idarəsinin xx.xx.2020-ci il tarixli, 351 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən də ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı, 396912 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2014-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı, 928886 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 141030 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2018-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X13r. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 675717 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X24 qızı arasında xx.xx.2011-ci il tarixində Gəncə nikah evində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 290 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Şahverdiyev, arvada Şahverdiyeva soyadları verilmişdir. İş materiallarına əlavə edilmiş “atalığın müəyyən edilməsi” haqqında şahadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə X11 doğulmuş X19 atasıdır. İş materiallarına əlavə edilmiş Gəncə “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X18 və xx.xx.2014-cü il təvəllüdlü X14 adlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh İddiaçı hesabına 350 manat məbləğində aliment ödənişi etmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-cü il tarixli, 2(043)-5647/2017 nömrəli qətnaməsi ilə Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx xxxx 2012-ci ildə X3 və xx xxxx 2012-ci ildə X3 yetkinlik yaşına çatanadək hər ay hər bir uşağa 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 260 manat məbləğdə aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi cavabdehin gəlirlərinə dair sübutu olmadığı üçün qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin isə ilk evliliyindən 2 uşağı, 2-ci ailə münasibətindən 2 uşağı olmaqla ümumilikdə 4 uşağı vardır. Heç bir yerdən stabil gəliri olmadığı üçün alimenti ödəməkdə çətinlik çəkdiyini və hazırda alimentin qaldırılması ilə razı olmayaraq iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-cu il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, cavabdehin gəlirləri və daimi olaraq stabil qazanca sahib olması barədə sübutlar məhkəməyə təqdim edilməməsi ilə yanaşı, hazırda hər uşaq üçün müəyyən edilən 80 manat məbləğində aliment xx xxxxxxxx 2016-cı il tarixdə məhkəmə tərəfindən müəyyən edilməsi, həmin tarixdən dörd ilə yaxın vaxt keçməsi və uşaqlar böyüdükcə onların tələbatları və saxlanma xərclərinin artması nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini, iş üzrə cavabdehin heç bir yerdə işləməməsini və ikinci ailə münasibətindən iki azyaşlı uşağının olmasını, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin faktiki nikah münasibətlərindən doğulmuş xx xxxx 2012-ci ildə X3 və xx xxxxxx 2014-cü ildə X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5647/2017 qətnaməsi ilə müəyyən edilmiş, hər ay hər uşağa 130 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay bir uşaq üçün 145 (bir yüz qırx beş) manat olmaqla cəmi 290 (iki yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Həmin Qanunun 8.1.1-ci maddəsinin tələbinə görə iddianın qiyməti 500 manatdan az olduqda məhkəməyə verilən iddia ərizələrindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli artırılmış hissədə 30 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 360 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(043)- 5647/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 145 (bir yüz qırx beş) manat cəmi 290 (iki yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-612/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-612/2021
12.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver