Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-626/2020 30.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Əsgərova Humay Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili x1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 45.000 (qırx beş min) manat borc pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh onun bacısı oğludur. O, 05.05.1951-ci ildə Göyçay rayonunda anadan olmuşdur. Bakı şəhərində x4 adına toxuculuq kombinatında işləmişdir. 1973-2014- cü ilə kimi toxuculuq kombinantının Xətai rayonunda olan 1 saylı yataqxanasında yaşamışdır. 2014-cü ildə yaşadığları həmin yataqxana biznesmen sahibkar tərəfindən alındıqdan sonra, digər yaşayıçılar kimi ona da 45.000 manat pul kampensasiya verilib. 2014-cü il sentyabr ayında sahibkar həmin 45.000 manat kampensasiya pulunu onun adına Beynəlxaq Banka qoyub. O, tək subay olduğu üçün Bakı şəhərində yaşamağa başqa evi olmadığından Gəncə şəhərində yaşayan bacısı Tamara onu öz evinə gətirib. O, bacısı evində yaşamağa başladığı gündən öz pensiya kartını da bacısına verib. Bir müddət bacısı evində yaşayandan sonra bacısı Tamara deyib ki, “sən 45.000 manat pulu bankdan çıxart ver Natiqə gedib özünə ev və yaxut məhlə alsın. Səndə bizimlə yaşayarsan”. O da bacısının sözündən çıxmayaraq Natiqlə birlikdə banka gedib 45.000 manatı çıxarıb ona verib. Natiq həmin 45.000 manat pulu ondan aldıqdan sonra, özünə Gəncə şəhərindən tam yaşayışa yararlı olan başqabaşqa yerlərdən 2-əd evlər alıb. Natiq evləri aldıqdan bir neçə il sonra bacısı və ailəsi onunla əvvəlki münasibətləri soyudaraq onu evlərində dinc yaşamasına imkan verməyiblər. O, artıq bacısının və oğlu Natiqin ona qarşı soyuq münasibətlərinə dözə bilmədiyindən əvvəlçə pensiya kartını özünə verilməsini tələb edib və sonra da 45.000 manatı tələb edib ki, versinlər gedib özünə başqa bir yerdən ev alsın. Pensiya kartını özünə versələr də Natiq və bacısı ona bildiriblər ki, səni neçə ildir biz saxlayırıq ona görə də həmin qırx beş min manat pulu ora çıxırıq. Aralarında pulla yaranmış narazılıqdan sonra, bacısı Tamara onu öz yaşadıqları evdən çıxardıb həyətlərində yaşayışa yararsız tikilmiş evə köçürdüblər. Yaşadığı evin istilik sistemi və yaşayışa yararsız olduğu üçün soyuqda orda yaşaya bilmir. Cavabdehin maddi imkanı olduqca yaxşıdır. Dəfələrlə pulunu və yaxud Gəncə şəhərindən ona iki otaqlı ev alıb vermələrini tələb etsə də heç birini etmirlər. O da məcbur olub hazır ki, ərizə ilə 45.000 (qırx beş min) manat pulu cavabdehdən ona məhkəmə qaydasında alınması üçün məhkəmə qətnaməsinin qət edilməsinə ehtiyacı var. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, bank qəbzindəki imza ona məxsusdur, qeyd etdiklərindən başqa iddiasının əsaslı olmasını təsdiq edəcək hər hansı bir sübutu yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı onun doğma xalasıdır, uzun müddətdir xalasına o baxır. İddiaçı xəstə olduğundan dəfələrlə Psixiatiriya Xəstəxanasında müalicə olunmuşdur. İddiaçı tərəfindən ona heç bir pul verilməmişdir. Bu səbəbdən də iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili x2 çıxışında iddiaçının xəstə olmasını nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Əlavə olar bildirdi ki, pulun götürülməsinə dair qəbzdəki imza iddiaçıya məxsusdur. Həmin pulun götürülməsindən altı ilə yaxın müddət keçdiyindən bankda olan görüntülər artıq məhv edilmişdir. İş materiallarına əlavə edilmiş, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 26.12.2019-cu il tarixli, 9182 nömrəli məktubdan görünür ki, İddiaçı 04.03.2009- 16.03.2009-cu il; 14.04.2010-20.04.2010-cu il; 23.03.2013-08.04.2013-cü il və 13.10.2013-02.11.2013-cü il tarixlərdə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə olunub. Diaqnoz “Şizofreniya paranoid forma”. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə ki, iddiaçı cavabdehə 45000 manat məbləğində borc pul verməsini iddia etsə də məhkəməyə iddia tələbini sübut edəcək dəlilləri təqdim edə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bu hallarla bağlı mövqeyi qətidir. Belə ki, həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübütla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin məhkəmə baxışı zamanı iddiaçının cavabdehə pul verməsinə dair tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini iddiaçı yerinə yetirə bilməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bаğlı məsələni müzаkirə edərək, məhkəmə hesаb edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x5 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-626/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-626/2020
30.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver