Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-635/2022 05.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia qaldıraraq, 22.05.2005-ci il təvəllüdlü X4 və 05.07.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin, həmçinin mediasiya xərci kimi ödədiyi 50 manat pulun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.10.2017-ci il tarixli, 2(043)-6912/2017 saylı qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-178/2015 saylı, 22 yanvar 2015-ci il tarixli qətnaməsi ilə 22 may 2005-ci il təvəllüdlü X1 və 05 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 110 (yüz on) manat məbləğində müəyyən edilməsi, 22 may 2005-ci il təvəllüdlü X1 və 05 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, 05.07.2011-ci il təvəllüdlü X3 müalicə xərci qismində əlavə xərc kimi 550 (beş yüz əlli) manatın Cavabdeh tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalaraq Cavabdeh apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.01.2018-ci il tarixli, 2(104)- 773/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.10.2017-ci il tarixli, 2(043)-6912/2017 saylı qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-178/2015 saylı, 22 yanvar 2015-ci il tarixli qətnaməsi 22 may 2005-ci il təvəllüdlü X1 və 05 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay 110 (yüz on) manat məbləğində müəyyən edilməsi, 22.01.2005-ci il təvəllüdlü X4 və 05.07.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, artırılmış aliment məbləğinin tutulmasının 27.09.2017-ci il tarixdən hesablanması və qətnamənin dərhal icra olunması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi və qətnamə 05.07.2011-ci il təvəllüdlü X3 18-19 avqust 2017-ci il tarixlərində əməliyyat aparılması üçün X2 nəğd şəkildə ödənilmiş 1100 (min yüz) manatın yarı hissəsinin, yəni 550 (beş yüz əlli) manatın Cavabdeh tutularaq ona verilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.01.2018-ci il tarixli, 2(104)- 773/2018 saylı qətnaməsi alimentin məbləğinin hər uşaq üçün 50 manat müəyyən etməsini onunla əsaslandırmışdır ki, "Cavabdeh hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Onun bir neçə obyekti olması və yaxşı imkanları olmasına dair iş materiallarında heç bir sübut yoxdur və təklif olunmasına baxmayaraq bu faktı təsdiq edən mötəbər sübutlar apellyasiya baxışına da təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cəzaçəkmə müəssisəsində olduğuna və bu səbəbdən də, onun vəziyyətində müsbət dəyişiklik olması müəyyən olunmur.” Hal-hazırda uşaqların saxlanılması üçün təyin edilmiş alimentin miqdarı hər uşaq üçün 50 manatdır. Cavabdeh cəzaçəkmə müəssisəsindən bir neçə ildir ki, çıxmışdır. Onun vəziyyətində köklü şəkildə dəyişiklik baş vermişdir. Bu gün bir uşağın saxlanılması üçün 50 manat kifayət etmir. Uşaqlar məktəblidir. Dövlət 2022-ci il üçün alimentin məbləğini 193 manat etmişdir. Bu məbləğ adi hesablama yox, mütəxəssilər tərəfindən hesablanmışdır. Həmin məbləğ uşağın minimum tələbatını ödəyir. Hal-hazırda alimentin artırılmasına ciddi zərurət vardır. Ona görə də, alimentin artırılmasına dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş, əlavə olaraq cavabdehin hal-hazırda cəzaçəkmə müəssisəsindən azad edildiyini, buna baxmayaraq uşaqlarını saxlamaq üçün aliment ödəməkdən boyun qaçırdığını, məhkəmənin 2015-ci ildə müəyyən etdiyi 50 manat alimentin uşaqların ən zəruri xərclərini belə ödəmək üçün kifayət etmədiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 22 may 2005-ci il təvəllüdlü X4 və 05 iyul 2011-ci il təvəllüdlü X3 ataları Cavabdeh, anaları İddiaçıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli, 2(043)-178/2015 nömrəli qətnamənin surətindən görünür ki, Cavabdeh 22 may 2005-ci il təvəllüdlü X1 və 05 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 100 manat miqdarında aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.10.2017-ci il tarixli, 2(043)-6912/2017 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-178/2015 saylı, 22 yanvar 2015-ci il tarixli qətnaməsi ilə 22 may 2005-ci il təvəllüdlü X1 və 05 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 110 (yüz on) manat məbləğində müəyyən edilməsi, 22 may 2005-ci il təvəllüdlü X1 və 05 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 (yüz on) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, 05.07.2011-ci il təvəllüdlü X3 müalicə xərci qismində əlavə xərc kimi 550 (beş yüz əlli) manatın Cavabdeh tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.01.2018-ci il tarixli, 2(104)-773/2018 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.10.2017-ci il tarixli, 2(043)-6912/2017 saylı qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-178/2015 saylı, 22 yanvar 2015-ci il tarixli qətnaməsi 22 may 2005ci il təvəllüdlü X1 və 05 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay 110 manat məbləğində müəyyən edilməsi, 22.01.2005-ci il təvəllüdlü X4 və 05.07.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, artırılmış aliment məbləğinin tutulmasının 27.09.2017-ci il tarixdən hesablanması və qətnamənin dərhal icra olunması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi rədd edilməsi və qətnamə 05.07.2011-ci il təvəllüdlü X3 18-19 avqust 2017-ci il tarixlərində əməliyyat aparılması üçün X2 nəğd şəkildə ödənilmiş 1100 manatın yarı hissəsinin, yəni 550 (beş yüz əlli) manatın Cavabdeh tutularaq ona verilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 03 fevral 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediator tərəfindən keçirilən “ilkin mediasiya sessiyası”nda iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Məhkəmə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli qətnaməsindən keçən 7 il ərzində ölkə üzrə yaşayış minumumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Lakin alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi müəyyən edilməsi üçün əlavə əsaslar (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilmədiyindən iddia qismən təmin olunmalı, 22 may 2005-ci il təvəllüdlü X4 və 05 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləği ilə 140 manat olmaqla, cəmi 280 manat aliment müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırkı iddiası ilə iddiaçı cavabdehdən tutulan alimentin məbləğinin hər uşaq üçün 143 manat olmaqla ümumilikdə 286 manat artırılmasını tələb edir. Tələb edilən məbləğin bir illik məcmusu ilə hazırkı iddianın qiyməti 3432 manatdır (286x12). İddia qismən təmin edildiyindən (hər uşaq üçün aliment məbləği 90 manat artırılır) ödənilməli olan 54,32 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (63 faiz) mütənasib olaraq 34,22 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya mediasiya prosesinin tətbiqi barədə müqavilənin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan normanın tələbinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli, 2(043)- 178/2015 saylı qətnaməsi ilə 22 may 2005-ci il təvəllüdlü X4 və 05 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılsın. 22 may 2005-ci il təvəllüdlü X4 və 05 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 34,22 (otuz dörd tam yüzdə iyirmi iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-635/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-635/2022
05.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver