Məhkəmə qərarları › İş №2(043)-639/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-639/2020

13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-639/2020 13.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı «xxxxxxx» Kommersiya Bankı ASCnin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxx» Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1naqarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 569,49 manat əsas borc, 90,22 manat faiz borcu, 27,02 manat cərimə borcu, cəmi 686,73 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, «xxxxxxx» Kommersiya Bankı ASC ilə cavabdeh arasında bağlanmış 28.08.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 30% ödəmək şərtilə 100 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bank borcalana bank hesabı (cari, ssuda) açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Kredit xəttindən istifadəyə görə minimum 1%, maksimum 5%, nağdsız əməliyyatlar üzrə isə 0% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üsulu olaraq Cavabdeh1 bağlanmış zaminlik müqaviləsinə əsasən kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Lakin cavabdehlər müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdurlar. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə 569,49 manat əsas borc, 90,22 manat faiz borcu, 27,02 manat cərimə borcu, cəmi 686,73 manat borcları yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlər 12 dekabr 2019-cu il tarixli bildiriş göndərməklə onlara iddia tələbinə dair əsaslandırılmış etirazlarını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da, cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: “xxxxxxx” KB ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 28.08.2018-ci il tarixli, 3903sKPZ/18 nömrəli kredit müqaviləsindən görünür ki, bank müştəriyə 60 ay müddətinə, illik 30 % ödəmək şərtilə 100 (bir yüz) manat kredit limiti ayırmış, ona bank hesabı açmış və plastik kart təqdim etmişdir. “xxxxxxx” KB ASC ilə borclu Cavabdeh2, zamin Cavabdeh1 arasında bağlanmış 28.08.2018-ci il tarixli, 3903sKPZ/18 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 kreditorla borclu arasında bağlanan 28.08.2018-ci il tarixli, 3903sKPZ/18 nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. 07 dekabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, 7 dekabr 2019-cu il tarixə borcalan Cavabdeh2 3903sKPZ/18 saylı kredit müqaviləsi üzrə “xxxxxxx” KB ASCyə olan borcu 569,49 manat əsas borc, 90,22 manat faiz borcu, 27,02 manat cərimə borcu, cəmi 686,73 manat müəyyən edilir. İş materiallarından görünür ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh2 arasında 28.08.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış və tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. Həmçinin, kredit müqaviləsinin 4.4-cü maddəsinə uyğun olaraq Cavabdeh1 adı çəkilən kredit müqaviləsinin təminatı olaraq zamin kimi çıxış etmişdir.Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış müqavilədən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425, 427, 739-cu maddələrinin tələbinə görə onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 569,49 manat məbləğində əsas borc cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə, işə əlavə edilmiş sənədlərdən aydın olur ki, cavabdehlər məlum kredit məbləğini faizlərlə (illik 30 faizlə) ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehlərdən tam həcmdə tutulmalıdır. Belə ki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Həmçinin, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 8.3-cü bəndinə görə, borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan borc məbləğinin illik 180%-360%-dək miqdarında və kreditdən istifadəyə görə faizlərin ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 180%-dən 360%-dək cərimə tətbiq edir. Odur ki, 27,02 manat məbləğində hesablanmış cərimə borcu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutub q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 569,49 manat əsas borc, 90,22 manat faiz borcu, 27,02 manat cərimə borcu, cəmi 686,73 (altı yüz səksən altı manat yetmiş üç qəpik) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxxxxx” x1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar