Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-64/2020 01.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşı “7000 manat ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı oğlu Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurulmuş 7000 (yeddi min) manat ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkmə iclasında İddiaçı iddianı müdafiə edərək, göstərdi ki, x3 Rayon İcra Hakimiyyətinin 29 iyul 2016-cı il tarixli sərancamı ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Səbuhi Əliyev küçəsinin kəsişməsinin şimal-qərb tərəfindən qızı x1 fərdi yaşayış evinin tikilməsi üçün 400.0 kvm torpaq sahəsi verilmişdir. Qızına fərdi yaşayış evinin tikilməsi üçün cavabdehlə şifahi razılığa gələrək 7000 (yeddi min) manat pul verərək qızı üçün fərdi yaşayış evi tikməsini xahiş etmişdir. Cavabdeh isə evin kefiyyətlə tikilməsini öz üzərinə götürmüşdür. Bir müddət sonra evin tikintisi ilə maraqlandıqda müəyyən olunmuşdur ki, cavabdeh ondan almış olduğu pulun müqabilində cüzi və yarsız bir yarımçıq tikili tikmişdir. Hesab edir ki, cavabdeh həmin evin tikintisi üçün 7000 manat pul xərcləməmişdir. Çünki aldığı tikinti mallarının dəyəri aşağı qiymətlə olmaqla keyfiyyətsiz olmuşdur. Hesab edir ki, cavabdeh həmin tikilinin inşası üçün 7000 manat xərcləməmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı evin tikilməsi üçün ona verdiyi 7000 (yeddi min) manat puldan artıq həmin tikintinin aparılmasına pul xərcləmişdir. Belə ki, həmin tikinti işlərinin aparılması üçün «apalovka» hazırlanmış və beton məmulatından istifadə olunmuşdur. İddiaçı «Apalovka»nın quraşdırılmasında mismardan çox istifadə olunduğunu, materialların keyfiyyətsiz və ucuz alındığını iddia etmişdir. İddiaçının tləbindən belə çıxır ki, o, 7000 manata evin tikintisini başa çatdırmalı imiş. İddianın tam əsassız olduğundan rədd olunmasını xahiş etdi. 27 mart 2018-ci il tarixdə keçirilən məhkəmə iclasında mübahisəli tikintiyə sərf olunmuş inşaat mallarının dəyərinin müəyyən olunması üçün məhkəmə tikinti-texniki ekspkrtizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2020-ci il tarixli, 22968 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Ş.İ Xətai prospekti ilə Səbuhi Əliyev küçəsinin kəsişməsinin şimal-qərb tərəfində 400,0 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evində aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 6558,45 manat məbləğində müəyyən olunmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında olan razılaşma podrat müqailəsindən əmələ gələn öhdəlik olmaqla iddiaçı cavabdehə fərdi yaşayış evinin tikintisini sifariş vermiş və bunun müqabilində iddiaçıya 7000 manat pul ödəmişdir. Qarşı tərəf aralarında olan razılaşmaya uyğun tikinti işlrinin bir hissəsini aparmış, lakin iddiaçı verdiyi 7000 manat məbləğində pulun dəyərində tikintiyə inşaat malları xərclənmədiyini, cavabdehin tikintinin aparılmasında ucuz və keyfiyyətsiz mallardan istifadə etdiyini əsas gətirərək 7000 manat pulun zərər kimi ona qaytarılmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülkü Məcəlləsiinin (bundan sonra-MM)-752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. MM-in 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Göründüyü kimi cavabdeh iddiaçının sifarişinin müəyyən bir hissəsini icra etmiş, lakin iddiaçı xərclənmiş pul məbləğlərinin dəyərində inşaat malları sərf edilmədiyini əsas gətirərək 7000 manat pulunu geri tələb etmişdir. Aparılmış ekspkrtiza tədqiqatı nın nəticəsində isə müəyyən olunmuşdur ki, mübahisəli tikintidə aparılmış tikinti təmir işlərinin bazar qiyməti nə uyğun olaraq dəyəri 6558,45 manat təşkil etmişdir. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 217.3cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı Cavabdeh 441,55 (dörd yüz qırx bir manat 55 qəpik) manat alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilsin, aparılmış ekspertiza tədqiqatının dəyəri, 100 manat cavabdehə aid edilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 441,55 (dörd yüz qırx bir manat 55 qəpik) manat məbləğində pul alınaraq İddiaçı qızının xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məlbəlğndə pul vəsaiti Cavabdeh alınaraq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində x4 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apel yasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-64/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-64/2020
01.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver