Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-642/2022 30.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdlə aralarında bağlanmış 26.07.2021-ci il tarixli, 10828 saylı və 28.10.2021-ci il tarixli, 10966 saylı kredit müqavilələrinin ləğv edilməsi və həmin müqavilələr əsasında yaranmış 3314 manat əsas borc, 398 manat faiz borc, 596 manat dəbbə pulu olmaqla cəmi 4308 manat borcun və 63 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Lombard olaraq Cavabdeh ilə aralarında bağlanmış 26.07.2021-ci il tarixli 10828 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə aylıq 470 manat ödəmək şərti ilə illik 48 faizlə 5950 (beş min doqquz yüz əlli) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin təminatı olaraq özünə məxsus 1605 manat dəyərində 2 ədəd boyunbağı girov qoymuşdur.Cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün öz aralarında olan razılaşmaya əsasən girov qoyulmuş qızıl əşyaları satılaraq müqavilə üzrə borcun bir qismi ödənilmiş, 3314 manat qalıq borun ödənilməsi məqsədi ilə cavabdehlə aralarında 28.10.2021-ci il tarixdə 10966 saylı kredit müqaviləsi bağlanaraq cavabdehə 24 ay müddətinə 48 faizlə, ayda 217,40 manat ödəməklə 3314 (üç min üç yüz on dörd) manat kredit verilmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də, o borcu ödəməkdən boyun qaçırmış, aralarında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuş və müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddiaçı ilə eyni məzmünda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 26.07.2021-ci il tarixli, 10828 saylı kredit müqaviləsindən görünür ki, fiziki şəxs İddiaçı Cavabdeh 18 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 5950 manat kredit vemişdir. 26.07.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh fiziki şəxs İddiaçı 5950 manat kreditin ayrılması üçün müraciət etmişdir. 26.07.2021-ci il tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil təslim aktından görünür ki, Cavabdeh 26.07.2021-ci il tarixli, 10828 saylı kredit müqaviləsinin təminatı kimi 2 ədəd 1605 manat dəyərində boyunbağını lombarda girov qoymuşdur. 26.07.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh 18 ay ərzində hər ay 470,01 manat ödəməyi öz öhdəsinə götürmüşdür. 28.10.2021-ci il tarixli lombarda girov qoyulmuş qızıl zinət əşyalarının yenidən qiymətləndirilməsi və satılması haqqında aktından görünür ki, Cavabdeh məxsus 2 ədəd boyunbağı yenidən qiymətləndiurilmiş və 2862 manat müəyyən edilmişdir. Həmin məbləğ borcalanın borcundan çıxılmışdır. 28.10.2021-ci il tarixli 10966 nömrəli kredit müqaviləsindən görünür ki, fiziki şəxs İddiaçı Cavabdeh 24 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 3314 manat kredit rəsmiləşdirilmişdir. 28.10.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh 24 ay ərzində hər ay 217,35 manat ödəməyi öz öhdəsinə götürmüşdür. 05.01.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdar edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədri sübut növü kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məccəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf üzürinə düşən öhdəliyi yerinə yetirməyərək kredit borcunun bir qismini ödəmiş yerdə qalan öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, tutulmalı olan 596 manat cərimə məbləği azaldılaraq 96 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 28.10.2021-ci il tarixli 10966 nömrəli kredit müqaviləsi üzrə 3314 manat əsas borc, 398 manat faiz borcu, 96 manat dəbbə pulu olmaqla cəmi 3808 (üç min səkkiz yüz səkkiz) manat kredit borcu alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Kredit müqaviləsinin ləğv olunmasına gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq iddiaçını ümid etməyə haqqı çatandan məhrum etdiyi üçün tərəflər arasında bağlanmış 28.10.2021-ci il tarixli, 10966 saylı kredit müqavilələri ləğv edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 63 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28.10.2021-ci il tarixli, 10966 saylı kredit müqavilələri ləğv edilsin. Cavabdeh 28.10.2021-ci il tarixli, 10966 saylı kredit müqaviləsi üzrə 3314 manat əsas borc, 398 manat faiz borc, 96 manat dəbbə pulu olmaqla cəmi 3808 (üç min səkkiz yüz səkkiz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63 (altmış üç) manat alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-642/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-642/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver