Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-651/2020 05.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin etibarnaməüzrə nümayəndəsi x1 iştirakı ilə, İddiaçı «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işəməhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı «xxxxxxx» x4 Səhmdar Cəmiyyəti kiçik iddialara dair sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 393,42 manat əsas, 3,52 manat faiz və 2,65 manat cərimə olmaqla, cəmi:- 399,59 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. 14.01.2020-ci il tarixdə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad çıxarılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x2 iddianı müdafiə edərək göstərdi ki, «xxxxxxx» KB ASC ilə Cavabdeharasında bağlanmış16.02.2018-ci il tarixli müqaviləyəəsasən cavabdehə bank tərəfindən istehlak məqsədləri üçün illik 18 faiz olmaqla, 35 ay müddətinə 671 manat kredit verilmişdir. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı dəfələrlə bildiriş verilsə də cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 393,42 manat əsas, 3,52 manat faiz və 2,65 manat cərimə olmaqla, cəmi:- 399,59 manat borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilsə də o, qeydiyyatda olduğu ünvanda yaşamadığıüçün həmin bildiriş geri qaytarılmışdır. Məhkəmə cavabdehin sonuncu yaşadığı yer üzrə müvafiq icra hakimiyyətini məlumatlandıraraq MPM-in 147-ci maddəsinəəsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 16.02.2018-ci il tarixli, 876nkBANK/18 nömrəli kredit və bank hesabı müqaviləsindən görünür ki, cavabdehə illik 18 faiz olmaqla, 35 ay müddətinə 671,0 manat kredit verilmişdir; 07.12.2019-cu il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh «xxxxxxx» KB ASC-yə 393,42 manat əsas, 3,52 manat faiz və 2,65 manat cərimə olmaqla, cəmi:- 399,59 manat borcuqalmışdır; Cavabdeh ünvanlanmış23.08.2019-cu il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Gəncəşəhəri, H.Əliyev prospekti, ev 96/87, mənzil 39-da qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki,tərəflər arasında bağlanmış 16.02.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə illik 18 faiz olmaqla, 35 ay müddətinə 671,0 manat kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə işüçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 385.1-ci maddəsinə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməkləödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadəüçün faizlər, əgər müqavilədə faizlərin hesablanmasıüçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinəəsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqaviləüzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda 393,42 manat əsas, 3,52 manat faiz və 2,65 manat cərimə olmaqla, cəmi:- 399,59 (min altı yüz əlli altı manat 67 qəpik) manat kredit borcu cavabdehdən tutularaq «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlər əəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 16.02.2018-ci il tarixli, 876nkBANK/18 nömrəli müqavilə üzrə 393,42 manat əsas, 3,52 manat faiz və 2,65 manat cərimə olmaqla, cəmi 399,59 (üç yüz doxsan doqquz manat 59) manat kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq «xxxxxxx» x4 Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində x5 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-651/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-651/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver