Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-652/2022 09.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlu, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 153.2.1-ci maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia ərizəsindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdeh X2 oğlundan kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb edir. Bundan başqa internet vergi idarəsindən alınmış arayışdan görünür ki, Cavabdeh2 vəzifəli şəxs olmaqla ona məxsus ********** nömrəli VÖEN hesabları vardır. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş 29 noyabr 2013-cü il tarixli kredit müqviləsinin 1.1-ci bəndindən görünür ki, Finca Azərbaycan” X1-Bank Kredit Təşkilatı Cavabdeh2 biznes məqsədilə 24 ay müddətinə 45000 ABŞ dolları məbləğində kredit vermişdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mübahisə hüquqi şəxslə vəzifəli şəxs arasında kommersiya mübahisəsi olduğuna və mübahisənin hüquqi təbiəti kommersiya xarakterli olduğundan həmin işin aidiyyəti Kommersiya Məhkəməsinə aiddir və buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmçinin, MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-1-ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 19.07.2019-cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7-ci bəndinə əsasən bu Sərəncamın 1-3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 19.07.2019-cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı işə baxılması kommersiya məhkəməsinin səlahiyyətinə aid olduğu halda, ümumi məhkəməyə müraciət etmişdir. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ona əlavə olunan sənədlərlə birlikdə İddiaçı X1-Bank Kredit Təşkilatına geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş bütün sənədlər iddia ərizəsi ilə birlikdə İddiaçı X1-Bank Kredit Təşkilatına geri qaytarılsın. İddiaçıya aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-652/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-652/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver