Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-658/2021 04.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı dəymiş zərərin (əmlak və pul) ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus 1 ədəd 1000 manat dəyərində qızıl qolbağının, 1800 manat dəyərində qızıl boyunbağının, 200 manat dəyərində geyim əşyalarının, onlar olmadığı təqdirdə isə onların dəyəri olan 2000 manat pulun və nəğd şəkildə oğurlanmış 2000 (iki min) manat pulun, iddia ərizəçi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdeh X3 xx.xx.2019-cu il tarixdə tanışları X5 və X4 ilə birlikdə ona məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən evindən oğurluq edərək ona məxsus 1 ədəd 1000 manat dəyərində qızıl qolbağını, 1800 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 60 manat dəyərində “Lucy Pro” markalı su nasosu olan gidrofonu, 1 ədəd 60 manat dəyərində laqondanı, 1 ədəd 65 manat dəyərində DVD playeri, 1 ədəd 70 manat dəyərində “Starsaf” markalı peyk kanalları qəbuledici antenanı, 300 manat dəyərində geyim əşyaları və 2000 manat dəyərində nağd pulu oğurlamaqla ona cəmi 5355 manat dəyərində ziyan vurmuşlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə cavabdeh X3 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmədə cavabdeh onun evindən 1 ədəd 1000 manat dəyərində qızıl qolbağını, 1800 manat dəyərində qızıl boyunbağını, 200 manat dəyərində geyim əşyalarını və 2000 manat nəğd pulu oğurladığını etiraf etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in Bakı istintaq təcridxanasında saxlandığı üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti ona təqdim edilməsi üçün Bakı istintaq təcridxanasına göndərilmiş lakin cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir vəsatət və ya etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-1117/20 nömrəli hökmündən görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.5 və 228,4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qed olunan hökmdən görünür ki, X3 ifadəsində İddiaçı məxsus evdən 1 ədəd qızıl qolbağını, 1ədəd qızıl boyunbağını, 1 ədəd şalvarı 1 ədəd köynəyi, 1 ədəd kotanı və 2000 manat nəğd pulu tək oğurladığını etiraf etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurduğu zərəri ödəməyə borclu olduğu üçün iddia təmin olunmalı cavabdehdən 1 ədəd 1000 manat dəyərində qızıl qolbağı, 1 ədəd 1800 manat dəyərində qızıl boyunbağı, 200 manat dəyərində 1 ədəd şalvar, 1 ədəd köynək və 1 ədəd kofta onlar olmadığı təqdirdə isə onların dəyəri olan 2000 manat və nəğd şəkildə oğurlanmış 2000 (iki min) manat pul alınaraq iddiaçının xeyrinə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh X1 1 ədəd 1000 manat dəyərində qızıl qolbağı, 1 ədəd 1800 manat dəyərində qızıl boyunbağı, 200 manat dəyərində 1 ədəd şalvar, 1 ədəd köynək və 1 ədəd kofta onlar olmadığı təqdirdə isə onların dəyəri olan 2000 manat və nəğd şəkildə 2000 (iki min) manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-658/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-658/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver