Məhkəmə qərarları › İş №2(043)-666/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-666/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-666/2020 27.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 925 manat pulun, habelə ödənilmiş 11 manat dövlət rüsumunun, ümumilikdə 945 manat pulun alınıb ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh əmisi oğludur, əvəllər münasibətləri yaxşı olub. Lakin sonradan münasibətləri pozulub. Belə ki, 2018-ci ilin təxminən iyul ayının 10-15 Teymur anası Lətafət Məmmədova ilə onların evə gələrək ağlayaraq bildiriblər ki, Teymur bir nəfərə bıçaqla xəsarət yetirdiyi üçün barəsində cinayət işi başlayıblar və bununla bağlı onlara pul lazımdır. Teymur da, ona deyib ki, 800 manat ona versin, əvəzində Rusiya Federasiyasının vətandaşı Nadiya adlı xanımın adına olan VAZ 21150 Lada Samara markalı avtomobili bir həftə ərzində həmin maşına dair Nadiyadan etibarnamə alaraq ona satacaqdır. O da, cavabdehlə razılaşıb və 800 manat pulu Teymura verəndə yanlarında Teymurun anası Lətafət və onun anası Firuzə Həsənova da orda imiş. Sonra Teymur həmin avtomobillə bağlı hisə-hissə ondan əlava 530 manat alıb. Lakin, xeyli müddət keçməsinə baxmayaraq Teymur nə ona olan olan borcunu, nədə ki, maşını verməyib. Son vaxtlarda Teymuru tapmadığı üçün maşının harda olmasını maraqlanmaq üçün Gürcüstana gedən də, ona məlum olub ki, Teymur həmin maşınla Gürcüstan Türkiyə getmiş və Türkiyədən Gürcüstana qayıdanda maşını Gürcüstanda satmış və həmin maşını alan şəxs maşını doğradıb ehtiyat hissələrini satmışdır. Dəfələrlə Teymurdan borcunu istəyəndə həmin puldan hissə-hissə 400 manat pul qaytarmış, lakin yerdə qalan 925 manat borcunu qaytarmamışdır. Teymur borcu qaytarmaqdan imtina etdiyi üçün Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə müraciət etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin 14 avqust 2018-ci il tarixli məktubu ilə bildirilmişdir ki, aralarında olan pul məsələsi mülki xarekterli məsələdir və məhkəmə orqanlarının səlahiyyətindədir. Onun müraciəti əsasında Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsində araşdırılma aparılmış və cavabdeh izahat verərək borcunun olmasını etiraf etmişdir. Lakin, bütün bunlara baxmayaraq cavabdehdən ona olan borcunu ödəməsini tələb etsə də, cavabdeh pulu ödəməkdən boyun qaçırır. Ona görə də, o məcbur olub hazır ki, iddia ərizəsi məhkəməyə müraciət edib. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh ondan 2018-ci ilin təxminə iyul ayında 925 manat borc pul alıb və sonradan aralarındakı şifahi razılaşmaya əsasən həmin pulun əvəzində Cavabdeh ona VAZ 21150 Lada Samara markalı avtomobili şifahi qaydada satmışdır. Avtomobil Gürcüstan Respublikasında olmuşdur və o neçə dəfə həmin avtomobil üçün həmin ölkəyə getmiş, lakin avtomobili sahibliyinə keçirə bilməmiş və əlavə olaraq zərərə düşmüşdür. Cavabdeh ona olan borcundan 400 manatını ödəmiş, cavabdehin 525 manat borcu qalmışdır. Lakin, o cavabdehdən ona görə 925 manat tələb edir ki, o, avtomobil üçün Gürcüstana bir neçə dəfə gedərək yol xərci çəkmişdir. Məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qismən qəbul edərək bildirdi ki, o, Ruslandan 2018-ci ilin təxminə iyul ayında 925 manat borc pul alıb və sonradan aralarındakı şifahi razılaşmaya əsasən həmin pulun əvəzində o, İddiaçı VAZ 21150 Lada Samara markalı avtomobili şifahi qaydada satmış və ona bildirmişdir ki, avtomobil Gürcüstan Respublikasındadır gedib götürsün. Lakin Ruslan avtomibili vaxtında götürmədiyindən ona həmin ölkədə cərimə yazılmış, avtomilin üzərinə həbs qoyulmuş və o ziyana düşmüşdür. Aldığı puldan 400 manat ödəmişdir. Hazırda onun iddiaçıya 525 manat borcu qalmışdır. İddiaçı hərəkətləri nəticəsində o özü zərərə düşmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən oldu ki, İddiaçı şifahi razılığa əsasən Cavabdeh qaytarmaq şərti ilə 925 manat borc pul vermişdir. Sonradan tərəflər arasında avtomobilin satışına dair şifahi razılşama olsa da bu baş tutmamışdır. Cavabdeh iddiaçıdan aldığı puldan 400 manat ödəmişdir. Cavabdeh hazırda iddiaçıya 525 manat borcunun olmasını etiraf etmişdir. Həmin hal məhkəmə iclasında tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehdən 925 manat pul tələb etməsinə baxmayaraq, məhkəmə iclasında bildirdi ki, cavabdehin ona olan borcundan 400 manatını qaytarmış, lakin aralarında avtomobilin satışına dair razılaşmaya uyğun olaraq Gürcüstan Respublikasına gedib gəlməklə 400 manat yol xərci çəkmiş və ziyana düşmüşdür. Məhkəmə iddia tələbinin qeyd edilənən dəlillərini əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında şifahi razılaşmanın şərtlərinin və razılaşmanın kimin təqsiri üzündən baş tutmamasını müəyyən etməmək mümkün olmadığı kimi, bu halı təsdiq edəcək mötəbər sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmiş, iddiaçı özü cavabdehə ilkin olaraq borc verdiyini etiraf etmiş və tərəflər arasında avtomobilə dair razılaşma borc pul alındıqdan sonra olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə mülki qanunvericiliyin şifahi borc müqaviləsi ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və x1 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavlə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında pulun alınması barədə yazılı müqavilə olmadığından, cavabdehin nə qədər borcu qalması və borcun hansı müddətə qaytarılmalı olması barədə iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən, iddia tələbi cavabdehin etiraf etdiyi hissədə təmin edilməlidir, Cavabdeh 525 (beş yüz iyirmi beş) manat məbləğində pul alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməli, iddia qalan hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə məhkəmə, iddia tələbinin təmin edilən hissəsinə münasibətdə məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 30 manatının cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı qismən təmin olunsun. Cavabdeh 525 (beş yüz iyirmi beş) manat məbləğində pul və məhkəmə xərci qismində 30 (otuz) manat tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x4 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar