Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-671/2020 27.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi, iddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi x1 və Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxx» KB ASC-ninCavabdeh qarşı “kreditin, ona hesablanmış fazilərin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: “xxxxxxx” KB ASC məhkəməyə ərizə təqdim edərək, borclu Cavabdeh “xxxxxxx” KB ASC-nin xeyrinə 512,69 manat əsas, 129,32 manat faizi, 530,65 manat cərimə olmaqla, cəmi 1172,66 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2(043)- 1222/2017 nömrəli məhkəmə əmri ilə kreditor borclu -02.12.19752-ci ildə Xanlar rayonunda anadan olan, ünvan 1 A ünvanında qeydiyyatda olan (AZE0*******) Cavabdeh 14.08.2014-cü il tarixli 9468nkGNDJ/14 saylı kredit və bank hesabı müqaviləsinə əsasən 512,69 manat əsas, 129,32 manat faizi, 530,65 manat cərimə olmaqla, cəmi 1172,66 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınaraq kreditor- “xxxxxxx” KB ASC-yə ödənilsinə dair əmr verilmişdir. Borclu Cavabdeh məhkəmə əmrinə verdiyi etiraz əsasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(043)-1222/2017 nömrəli qərardadı ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2(043)-1222/2017 nömrəli məhkəmə əmri ləğv edilmiş və həmin materiallar iddia icraatına keçirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh ilə “xxxxxxx” KB ASC arasında bağlanmış 14.08.2014-cü il tarixli, kredit və bank hesabı müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə illik 29% faiz ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 1.1-ci maddəsinə görə “Bu müqaviləyə əsasən bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun xxxxxxx KB ASC-yə 512,69 manat əsas, 129,32 manat faizi, 530,65 manat cərimə olmaqla, cəmi 1172,66 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən, “xxxxxxx” KB ASC borclu Cavabdeh 512,69 manat əsas, 129,32 manat faizi, 530,65 manat cərimə olmaqla, cəmi 1172,66 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, iddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi x3 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, maddi imkanı olmaması səbəbindən borcunu ödəyə bilməmişdir. Məhkəmədən borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını, faiz və cərimə məbləğinin silinməsini xahiş etdi. Məhkəmə işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Kreditor «xxxxxxx» KB ASC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, “xxxxxxx” KB ASC arasında bağlanmış 14.08.2014-cü il tarixli, kredit və bank hesabı müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə illik 29% faiz ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 07 oktyabr 2016-cı il il tarixli arayışdan görünür ki, 14.08.2014-cü il tarixli 9468nkGNDJ/14 saylı kredit və bank hesabı müqaviləsinə əsasən 512,69 manat əsas, 129,32 manat faizi, 530,65 manat cərimə olmaqla, cəmi 1172,66 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, borclu Cavabdeh ilə “xxxxxxx” KB ASC arasında bağlanmış 14.08.2014-cü il tarixli, kredit və bank hesabı müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə illik 29% faiz ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödənişlərin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziva qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı «xxxxxxx» KB ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cərimə borcunun tamamının tutulması hissəsi istisna olmaqla, digər borc məbləğlərinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Belə ki, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 530,65 manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 100 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 512,69 manat əsas, 129,32 manat faiz borcu, 100 manat cərimə borc tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 20 manat dövlət rüsumundan ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulmasını iddiaçı xahiş etdiyindən və ödənilmiş tələbin məbləği nəzərə alınmalı, məhkəmə xərci qismində 20 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin cavabdehdən 10 manat ödənilməmiş dövlət rüsumu tutularaq Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 512,69 manat əsas, 129,32 manat faiz borcu, 100 manat cərimə olmaqla ümumilikdə 742.01 (yeddi yüz qırx iki manat bir qəpik) manat borc məbləği və məhkəmə xərci qismində ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq «xxxxxxx» KB ASC-yə ödənilsin. Cavabdeh 10 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x6 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-671/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-671/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver