Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-672/2020 25.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, iddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxx» KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “xxxxxxx” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 2904.84 ABŞ dolları əsas, 241.76 ABŞ dolları faiz, 51.78 ABŞ dolları cərimə, cəmi 3198.38 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-4471/2015 nömrəli məhkəmə əmri ilə borclu – xx.xx.1972-ci il tarixdə anadan olmuş, Gəncə şəhəri, Ə.Əliyev küçəsi, ev 181-də yaşayan Cavabdeh 2904.84 ABŞ dolları əsas, 241.76 ABŞ dolları faiz, 51.78 ABŞ dolları cərimə, cəmi 3198.38 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınaraq kreditor -“xxxxxxx” KB ASC-yə ödənilməsinə dair əmr verilmişdir. Borclu Cavabdeh məhkəmə əmrinə verdiyi etiraz əsasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-4471/2015 nömrəli məhkəmə əmri ləğv edilmiş və həmin materiallar iddia icraatına keçirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kreditor «xxxxxxx» KB ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28% ödəmək şərtilə 4000 USD məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1 -ci maddəsinə görə və bu müqaviləyə əsasən kreditor yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götürüb. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun xx.xx.2015-ci il tarixinə kredit müqaviləsi üzrə «xxxxxxx» KB ASC-yə 2904.84 ABŞ dolları əsas, 241.76 ABŞ dolları faiz, 51.78 ABŞ dolları cərimə, cəmi 3198.38 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pritenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxxxxx” KB ASC öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququdan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə baxışı zamanı iddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Cavabdeh cəmi 2285.71 ABŞ dolları məbləğində borcun “xxxxxxx” KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizə məhkəmənin icraatına qəbul edildi. Məhkəmə iclasında iştirak edən, iddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi Nümayəndə iddianın dəqiqləşməsi hissəsində təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Cavabdeh xx.xx.2014-cü il tarixli, 1062nkKPZ/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə borcunun olmaması göstərilmişdir. Buna səbəb isə “xxxxxxx” KB ASC-nin qeyd edilən kredit müqaviləsi üzrə tələb hüquqlarını başqa kreditor “BOA Kollektor Agentliyi” X1 xeyrinə güzəşt etməsi olmuş və cavabdehin baza məlumatları elektron sistemində həmin vaxt üçün «xxxxxxx» KB ASC-yə bu səbəbdən borcunun olmaması kimi görünmüşdür. Bundan sonra xx.xx.2019-cu il tarixdə “BOA Kollektor Agentliyi” X1 bütün hüquq və tələbləri yenidən “xxxxxxx” KB ASC-yə qaytarmışdır. Hazırda elektron baza məlumatlarında xx.xx.2014-cü il tarixli, 1062nkKPZ/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh «xxxxxxx» KB ASC-yə 2285.71 ABŞ dolları məbləğində borcunun olması görünür. Bank tərəfindən Cavabdeh ilə güzəştli şərtlərlə yeni müqavilə bağlanılması təklif olunmasına baxmayaraq Cavabdeh borcunun olmamasını əsas gətirərək müqaviləni imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, onun «xxxxxxx» KB ASC-yə heç bir borcu yoxdur və onun borcu silinmişdir və onun borcunun olmaması barədə Mərkəzi Bank ona məktub da vermişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq məhkəməyə ərizə də təqdim edərək bildirdi, iddiaçı tərəfindən ona güzəştli şərtlə yeni kredit müqaviləsi bağlamaq barədə təklifini qəbul etməmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “xxxxxxx” KB ASC ilə cavabdehin arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1062nkKPZ/14 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28% ödəmək şərti ilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 1062nkKPZ/14 saylı kredit müqaviləsinə əsasən 2285.71 ABŞ dolları əsas, 0 ABŞ dolları faizi, 0 ABŞ dolları cərimə olmaqla, cəmi 2285.71 ABŞ dolları borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Cavabdeh (FİN:xxxxxxx) ilə “xxxxxxx” KB ASC arasında xx.xx.2014-cü il tarixində bağlanmış 4.000 ABŞ dolları dəyərində kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixinə qalıq qalan 2.971,78 ABŞ dolları və xx.xx.2015-ci il tarixinə qalıq qalan 2.904,84 ABŞ dolları məbləğində əsas kredit borcu həmin gün baş vermiş devalvasiyadan sonra manatla artdığından Fərmanın 1.1-ci və 1.2-ci bəndinin tələbləri nəzərə alınmaqla Cavabdeh cəmi 2.485,85 manat kompensasiya hesablanmışdır. Həmin məbləğ Fərmanın 2-ci hissəsinə əsasən ilk növbədə borclunun bütün kredit təşkilatlarında olan ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilmişdir. Bank tərəfindən təqdim edilmiş məlumatlara əsasən Fərman qüvvəyə mindiyi tarixə - xx.xx.2019-cu il tarixinə Cavabdeh sözügedən kredit müqaviləsi üzrə borcu olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli tələbin güzəşt edilməsi haqqında müqavilənin və əlavəsi olan siyahının surətindən görünür ki, “BOA Kollektor Agentliyi” X1 kredit müqaviləsi üzrə bütün hüquq və tələbləri yeni Kreditor “xxxxxxx” KB ASC-nə keçmişdir (tələb güzəşt edilmişdir). Həmin siyahıda Cavabdeh adı 109-ci sırada qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş X3 Palatasının xx.xx.2019-cu il tarixli kompensasiya sorğusu məlumatından görünür ki, Cavabdeh 2485.85 manat kompensasiya hesablanmışdır. Həmin məbləğdən 114.58 manat Bank of Baku ASC-nin xeyrinə, 1983.71 manat Bank of Baku ASC-nin xeyrinə və 387.57 manat LPO Bank Standard KB QSC-nin xeyrinə həmin banklarda olan borcundan manat ekvivalentində silinmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü tarixli kredit müqaviləsi üzrə 2285.71 ABŞ dolları qalıq borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, borclu Cavabdeh ilə “xxxxxxx” KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1062nkKPZ/14 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28% ödəmək şərti ilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi bağlandıqdan bir müddət sonra “xxxxxxx” KB ASC-nin bütün tələb üzrə hüquqları “BOA Kollektor Agentliyi” X2 güzəşt etmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə “BQA Kollektor Agentliyi” X1 bütün hüquq və tələbləri yenidən “xxxxxxx” KB ASCyə qaytarmışdır. xx.xx.2020-ci il tarixli Azərbaycan Kredit Bürosundan çıxarışdan göründüyü kimi Cavabdeh xx.xx.2014-cü tarixli kredit müqaviləsi üzrə 2285.71 ABŞ dolları qalıq borcu vardır. Cavabdeh müqavilənin şərtini pozaraq ödənişini dövri olaraq ödənişlərin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı «xxxxxxx» KB ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianın dəqiqləşməsi hissəsində təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Həmçinin iddiaçı tərəfindən Cavabdeh güzəştli şərtlə yeni müqavilə bağlanılması təklif olunmasına baxmayaraq Cavabdeh borcunun olmamasını əsas gətirərək müqaviləni imzalamaqdan imtina etmişdir. Məhkəmə cavabdehin borcunun silinməsi və iddiaçı banka borcunun olmaması barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Cavabdeh xx.xx.2014-cü il tarixli, 1062nkKPZ/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə borcunun olmamasını qeyd etməsinə səbəb, “xxxxxxx” KB ASCnin qeyd edilən kredit müqaviləsi üzrə tələb hüquqlarını başqa kreditor “BOA Kollektor Agentliyi” X1 xeyrinə güzəşt etməsi olmuş və bu səbəbdən baza məlumatları elektron sistemində həmin vaxt üçün cavabdehin «xxxxxxx» KB ASC-yə borcunun olmaması kimi görünmüşdür. Bundan sonra xx.xx.2019-cu il tarixdə “BOA Kollektor Agentliyi” X1 bütün hüquq və tələbləri yenidən “xxxxxxx” KB ASC-yə qaytardığından elektron baza məlumatlarında xx.xx.2014-cü il tarixli, 1062nkKPZ/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh «xxxxxxx» KB ASC-yə 2285.71 ABŞ dolları məbləğində borcunun olması qeyd edilmişdir. Həmçinin Cavabdeh 2485.85 manat kompensasiya hesablanmış, həmin məbləğdən kredit müqavilələri üzrə 114.58 manat Bank of Baku ASC-yə, 1983.71 manat Bank of Baku ASC-yə və 387.57 manat LPO Bank Standard KB QSC-yə olan borcundan manat ekvivalentində silinmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 2285.71 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq «xxxxxxx» KB ASC-yə ödənilməlidir. Həmçinin iş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 20 manat dövlət rüsumundan ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulmasını iddiaçı xahiş etdiyindən, ödənilmiş tələbin məbləği nəzərə alınmalı, məhkəmə xərci qismində 20 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin cavabdehdən 10 manat ödənilməmiş dövlət rüsumu tutularaq Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2285.71 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti və məhkəmə xərci qismində ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq «xxxxxxx» KB ASC-yə ödənilsin. Cəfərova Cavabdeh 10 (on) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-672/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-672/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver