Məhkəmə qərarları › İş №2(043)-710/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-710/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-710/2021 28.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 15 manat 18 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 185 manat 58 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, iddia ərizəsini imzalamış X1 İddiaçı MMC-nin nümayəndəsi olmaqla məhkəmə instansiyalarında təmsil etmək, o cümlədən iddia ərizəsini imzalamaq səlahiyyətinin verilməsinə və iddia ərizəsinin onun tərəfindən imzalanmasına əsas onun adına İddiaçı MMC-nin baş direktoru Samir Qurbanov tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli etibarnamə olmuşdur. Həmin etibarnaməni verən şəxs olaraq İddiaçı MMC-nin baş direktoru Samir Qurbanovun adı qeyd edilmiş və adının qarşısında faksimil imza qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Qeyd olunan normada imzalama dedikdə şəxsin məhz öz əli ilə icra etdiyi imzadan və ya elektron imzadan söhbət gedir. Faksimil imzadan istifadə edildikdə həmin imzanın səlahiyyətli şəxsə məxsus olmasını, beləliklə də imzanın səlahiyyətli şəxsin iradəsini əks etdirib-etdirməməsini müəyyənləşdirmək qeyri-mümkündür. Mülki Prosessual Məcəllənin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Göründüyü kimi prosessual qanunvericilikdə imzanın adi və elektron formaları nəzərdə tutulur. Lakin, faksimil imzanın tətbiq edilməsi mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Əl imzasının mülki-prosessual qanunvericilikdə qəbul edilən yeganə alternativi müvafiq tələblərə cavab verən elektron imzadır. Digər imza növlərinin, o cümlədən faksimil imzanın ümumi qəbul edilən hüquqi qüvvəsi yoxdur. Buna görə də hazırkı iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunur ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar