Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-727/2020 13.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh İdris oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh İdris oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İdris oğlundan 26.03.2008-ci ildə anadan olmuş x3 yetkinlik yaşına çatanadək saxlanılması x7 Rayon Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli, 2(043)-5850/2016 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməklə alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə 2007-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından Əmrah adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri baş tutmadığından nikahları pozulmuşdur. Birgə nikahlarında anadan olmuş uşaqları onun yanında saxlanmış, uşağın saxlanması üçün 100 manat aliment müəyyən edilmişdir. Təyin olunmuş aliment uşağın minimum tələbatını belə ödəmir. Cavabdeh kifayət qədər qazanca malikdir ki, iddia tələbi üzrə alimenti ödəsin. Cavabdeh təyin olunmuş alimentdən əlavə uşağın saxlanması üçün heç bir maddi yardım etmədiyi üçün uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İdris oğlu iddianı qəbul etməyərək göstərdi ki, o, heç bir yerdə işləmir. İddiaçı ilə ayrıldıqdan sonra ikinci dəfə ailə həyatı qurmuşdur. İkinci nikahdan anadan olmuş uşağı Ayxan epilepsiya xəstəliyindən əziyyət çəkir, 5 yaşına çatmasına baxmayaraq danışa bilmir. Məşğulluq İdarəsinə iş üçün qeydiyyat durmaqla heç bir yerdə işləmir. İddianın təmin olunmamasını xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 12027694 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 26.03.2008-ci ildə Əmrah adlı uşaqları anadan olmuşdur; x7 Rayon Məhkəməsinin 21.09.2016-cı il tarixli, 2(043)-5850/2016 nömrəli qətnaməsinin surətindən görünür ki,Cavabdeh İdris oğlunun 26 mart 2008-ci il təvəllüdlü Əmrahın atası olması faktı müəyyən edilmiş və 28.07.2016-cı il tarixdən etibarən 26 mart 2008-cildə anadan olmuş Əmrahın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 100 (bir yüz) manat sabit pul məlbəğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir; AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuşdur. AZ-İİ 788723 və AZ-İİİ 726301 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, cavabdehin x2 ilə birgə nikahlarından 28.02.2011-ci ildə Türkan və 29.02.2016-cı ildə Ayxan adlı uşaqları anadan olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, x7 Rayon Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli, 2(043)-5850/2016 nömrəli qətnaməsinə əsasən28.07.2016-cı il tarixdən başlayaraq 26 mart 2008-ci təvəllüdlü Əmrahın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq x1 xeyrinə ödənilməsi qət edilmişdir. Təyin olunmuş 100 manat məbləğində aliment azyaşlı uşağın saxlanılması üçün yetərli olmadığından və cavabdeh təyin olunmuş alimentdən başqa uşağın saxlanmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qəbul etməyərək, heç bir yerdə işləmədiyini ikinci dəfə ailə həyatı qurduğunu, ikinci nikahdan iki uşağının olmasını göstərərək iddia tələbinə etiraz etmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin «x4» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «x4» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə x7 Rayon Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli, 2(043)-5850/2016 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməklə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh İdris oğlundan tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə Cavabdeh İdris oğlundan dövlət rüsumu hesabına 20 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. x7 Rayon Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli, 2(043)-5850/2016 nömrəli qətnaməsi ilə 26.03.2008-ci ildə anadan olmuş x3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarı artırılaraq 120 (bir yüz iyirmi) manat məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh İdris oğlundan alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh İdris oğlundan dövlət rüsumu hesabına 20 (iyirmi) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində x7 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-727/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-727/2020
13.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver