Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-732/2021 06.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 23A000009038 saylı kredit razılaşması üzrə 3837,27 manat məbləğində kredit borcu, 802,99 manat məbləğində faiz borcu və 2012,41 manat məbləğində cərimə olmaqla, cəmi 6652,67 manat borcun, Cavabdeh2 23CL000637 saylı kredit razılaşması üzrə 377,8 manat məbləğində kredit borcu və 841,87 manat məbləğində cərimə olmaqla, cəmi 1219,67 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 5 nömrəli evin 5-ci mərtəbəsində yerləşən 54 m2 ümumi, 34.2 m2 yaşayış, 19.8 m2 yardımçı sahədən ibarət 2 otaqlı 35 nömrəli mənzillin açıq hərracdan satılması, ümumilikdə 7872,34 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumi qaydada tutulması; Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 5 nömrəli evin 5-ci mərtəbəsində yerləşən 54 m2 ümumi, 34.2 m2 yaşayış, 19.8 m2 yardımçı sahədən ibarət 2 otaqlı 35 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə istifadə hüquqlarının itirilməsinə, onun həmin mənzildən çıxarılmasına, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə 28.06.2013-cü il tarixdə bağladığı 23A000009038 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667% olmaqla 84 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17500 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 01.07.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 13662,73 manat ödəniş etmiş və onun iddiaçıya 3837,27 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 26.10.2020-ci il tarixə 481 gün üçün hesablanmış faiz borcu 802,99 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 26.10.2020-ci il tarixə 481 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2012,41 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam emək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Bundan başqa, Cavabdeh2 İddiaçı QSC ilə 05.05.2014-ci il tarixdə bağladığı 23CL000637 saylı kredit razılaşması əsasında illik faiz dərəcəsi 29% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi 390 manat kredit götürmüşdür. Cavabdeh2 kredit müqaviləsinin 3.2.1-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə hazırki vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Hazırda Cavabdeh2 İddiaçı QSC-yə 377,8 manat məbləğində kredit borcu qalmaqdadır. Kredit müqaviləsinin 2.7-ci bəndinə görə kredit kredit xəttinin müddəti bitənədək banka ödənilir, əks təqdirdə kredit gecikdirilmiş statusu alır və gecikdirilmiş statuslu kredit üzrə illik 180 faiz dərəcəsi ilə cərimə faizi hesablanır. Həmin müqavilənin 3.2.2-ci bəndinə görə kreditin gecikdirilməsi halında müqavilənin 2.7-ci bəndində nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. 06.10.2020-ci il tarixə 1980 gün üçün hesablanmış cərimə 841,87 manat təşkil edir. Yuxarıda göstərilən 28.06.2013-cü il tarixli 23A000009038 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. 28.06.2013-cü il tarixdə İddiaçı QSC (Kreditor-İpoteka-saxlayan), Cavabdeh2 (Alıcı-İpoteka qoyan) və X1 arasında 0004 saylı “Alqı-satqı və ipoteka” müqaviləsi bağlanmış və həmin qarışıq müqavilə əsasında X9 ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 5 nömrəli evin 5-ci mərtəbəsində yerləşən 54 m2 ümumi, 34.2 m2 yaşayış, 19.8 m2 yardlımçı sahədən ibarət 2 otaqlı 35 nömrəli mənzili cavabdeh-ipoteka qoyan Cavabdeh2 satmış, sonuncu isə həmin mənzilin ödənişin bir hissəsini 28.06.2013-cü il tarixdə İddiaçı QSC ilə bağladığı 23A000009038 saylı kredit müqaviləsi əsasında əldə etdiyi vəsait hesabına icra etmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdehipoteka qoyan Cavabdeh2 00004 saylı “Alqı-satqı və poteka” müqaviləsi əsasında mülkiyyət hüququ əldə etdiyi Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 5 nömrəli evin 5-ci mərtəbəsində yerləşən 54 m2 ümumi, 34.2 m2 yaşayış, 19.8 m2 yardımçı sahədən ibarət 2 otaqlı 35 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən 19 №-li reyestr kitabının 169 -№-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 5 nömrəli evin 5-ci mərtəbəsində yerləşən 54 m2 ümumi, 34.2 m2 yaşayış, 19.8 m2 yardımçı sahədən ibarət 2 otaqlı 35 nömrəli mənzil Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Alqı-satqı və ipoteka müqaviləsi bağlanan zaman Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 5 nömrəli evin 5-ci mərtəbəsində yerləşən 54 m2 ümumi, 34.2 m2 yaşayış, 19.8 m2 yardımçı sahədən ibarət 2 otaqlı 35 nömrəli mənzilində qeydiyyatda olan şəxslər - X10, X8, X3, X7 mənzilin satılmasına etiraz etməməsinə dair Gəncə şəhəri 3 saylı Notariat Kontoruna 27.06.2013-cü il tarixində ayrılıqda ərizə vermişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 nümayəndəsi X19 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, cavabdeh iddia tələbində göstərilən məbləğdə bankdan kredit götürmüş, ilk vaxtlar hər ay ödəniş qrafikində nəzərdə tutulmuş qaydada və məbləğdə ödənişləri həyata keçirmiş, lakin sonradan maddi imkanı olmadığı üçün ödənişləri həyata keçirə bilməmişdir. Bundan o, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində göstərilən məbləğlə müəyyənləşdirilməsinə etiraz etmir. Qətnamə çıxarıldıqdan sonra hər iki müqavilə üzrə yaranmış borcu ödəməklə evin ipotekadan azad etmək niyyətindədir. Odur ki, qətnamə qəbul edilərkən iddianın qismən təmin edilməsini, kredit müqavilələri üzrə hesablanmış cərimə məbləğlərinin azaldılmasını xahiş etdi. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC (Bank) ilə Cavabdeh2 (borclu) arasında bağlanmış 28 iyun 2013-cü il tarixli 23A000009038 saylı kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı QSC borcalan Cavabdeh2 “mənzil krediti” məqsədi ilə illik 1,6667 faiz olmaqla, 84 ay müddətinə 17500 manat kredit vermiş, borcalan həmin krediti qəbul etməyi, məqsədinə uyğun istifadə etməyi, ona hesablanmış faizləri, digər ödənişləri müqavilə şərtlərinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından həmçinin görünür ki, İddiaçı QSC (Bank) ilə Cavabdeh3 (zamin) arasında 28.06.2013-cü il tarixli 23G********** nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin 28 iyun 2013-cü il tarixli 23A000009038 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarından həmçinin görünür ki, İddiaçı QSC (Bank) ilə Cavabdeh1 (zamin) arasında 28.06.2013-cü il tarixli 23G********** nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin 28 iyun 2013-cü il tarixli 23A000009038 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.07.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən mənzil Cavabdeh2 mülkiyyətindədir. İş materiallarından həmçinin görünür ki, X9 (satıcı), İddiaçı QSC (ipotekasaxlayan) və Cavabdeh2 (ipotekaqoyan – alıcı) arasında 28 iyun 2013-cü il tarixli 00004 nömrəli Alqı- Satqı və ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 5 nömrəli binanın 35 nömrəli mənzilini Alıcıipoteka qoyan Cavabdeh2 satmış, həmin mənzil kreditor - ipoteka saxlayan bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mənzilin dəyəri 27457,5 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 16.07.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir, bu barədə dövlət reyestrində 19 nömrəli reyestr kitabının 169 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh2 01.07.2020-ci il tarixə İddiaçı QSC-yə 28.06.2013-cü il tarixli 23A000009038 saylı kredit müqaviləsinə əsasən 3387,28 manat əsas, 553,57 manat faiz, 1106,01 manat cərimə olmaqla cəmi 5046,86 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı QSC (Bank) ilə Cavabdeh2 (borclu) arasında bağlanmış 05 may 2014-cü il tarixli 23CL000637 saylı kart hesabı üzrə kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı QSC borcalan Cavabdeh2 illik 29 faiz olmaqla, 12 ay müddətinə 390 (üç yüz doxsan) manat məbləğində kredit xətti açmış, borcalan kredit hesablanmış faizləri, digər ödənişləri müqavilə şərtlərinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh2 06.10.2020-ci il tarixə İddiaçı QSC-yə 05.05.2014-cü il tarixli 23CL000637 saylı kredit müqaviləsinə əsasən 377,8 manat əsas, 0 manat faiz, 841,87 manat cərimə olmaqla cəmi 1219,67 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, Bank tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və yetirilməyəcəyi halda tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdehlərdən Cavabdeh2 arasında 28.06.2013-cü il tarixli və 05.05.2014-cü il tarixli kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələri üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, nəticədə onun bank qarşısında müqavilədən irəli gələn əsas və faiz borcu yaranmışdır. Bundan başqa, iddiaçı müqavilələrə isnad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə 28.06.2013-cü il tarixli müqavilə üzrə 1106,01 manat və 05.05.2014-cü il tarixli müqaviləyə üzrə isə 841,87 manat cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun 28.06.2013-cü il tarixli müqavilə üzrə 100 manat; 05.05.2014-cü il tarixli müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar, Bank ilə Cavabdeh2 arasında bağlanılmış 28.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 28.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, onlar, Cavabdeh2 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh2 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh1 və Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, 28.06.2013-cü il tarixli 23A000009038 saylı kredit müqaviləsi üzrə 3387,28 manat əsas borc, 553,57 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 4040,85 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-in 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında mübahisə olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilmiş məbləğ nəzərə alınmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 27457,50 manat müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “qeyd olunan evə tutma yönəldildikdən və o satıldıqdan sonra bir ay ərzində mənzilin boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, cavabdehin mülkiyyətində olan daşınmaz əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən onun mülkiyyətində olan mənzil “ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün” ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməli, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 5 nömrəli binada yerləşən 35 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan bir ay ərzində Cavabdeh2 həmin mənzildən çıxarılmaqla mənzil boşaldılmalı, cavabdehin mənzildən istifadə hüququ itirilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tələbi qanununun tələblərinə uyğun hesab edir. İddia tələbinin mənzil satıldıqdan sonra alıcıya təhvil verilməsi hissəsini isə məhkəmə əsassız hesab edir. Belə ki, cavabdehin ipoteka predmeti olan mənzil satıldıqdan sonra mənzilin alıcıya təhvil verilməsi hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal edilən mübahisə ilə əlaqədar məsələdir. Bununla yanaşı, hərracda satışdan sonra mənzilin alıcıya təhvil verilməsi artıq yeni mülkiyyətçinin hüquqlarına aid olduğundan, həmin mənzili məhz ipoteka qoyan da əldə edə bildiyindən məhkəmə hesab edir ki, hazırda mülkiyyət hüququ olmayan bankın ipoteka predmeti olan mənzilin alıcıya təhvil verilməsi üçün məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Odur ki, məhkəmə iddia tələbinin Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 5 nömrəli binada yerləşən 35 nömrəli mənzilin alıcıya təhvil verilməsi hissəsini əsassız sayaraq rədd etmək qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın 30 manat məbləğində dövlət rüsumunun və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlər iddiaçı qarşısında müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumları ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehlərdən müştərək qaydada alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumlarını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq ona ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 28.06.2013-cü il tarixli 23A000009038 nömrəli kredit müqaviləsi üzrə yaranmış 3387,28 manat əsas borc, 553,57 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 4040,85 manat (dörd min qırx manat səksən beş qəpik) pul, bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqı və dövlət rüsumu, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı QSC-yə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 5 nömrəli binada yerləşən 35 nömrəli mənzilə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 27457,5 manat (iyirmi yeddi min dörd yüz əlli yeddi manat əlli qəpik) müəyyən edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 5 nömrəli binada yerləşən 35 nömrəli mənzil açıq hərracda satılsın və satışdan əldə edilən vəsaitdən 28.06.2013-cü il tarixli 23A000009038 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4040,85 manat borc və 60 manat xidmət haqqı və dövlət rüsumu İddiaçı QSC-yə ödənilsin, tələb ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 5 nömrəli binada yerləşən 35 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində Cavabdeh2 mənzildən çıxarılmaqla mənzil boşaldılsın və onun mənzildən istifadə hüququna xitam verilsin. Cavabdeh2 05.05.2014-cü il tarixli 23CL000637 nömrəli kart hesabı kredit müqaviləsi üzrə yaranmış 377,8 manat əsas borc və 50 manat cərimə olmaqla, cəmi 427,8 manat pul alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-732/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-732/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver