Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-736/2021 15.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Kreditor "xxxx" QSC borclular Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, boclulardan müştərək qaydada 4253,9 manat məbləğində əsas, 1253,08 manat faiz və 425,39 manat cərimə olmaqla cəmi 5932,37 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Borclular Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4253,9 manat məbləğində əsas, 1253,08 manat faiz və 425,39 manat cərimə olmaqla cəmi 5932,37 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması barədə xx xxxxxx 2016-cı il tarixdə 2(043)-9256/2016 nömrəli məhkəmə əmri çıxarılmışdır. Qeyd olunana əmrə qarşı borclulardan Cavabdeh2 etiraz verdiyi üçün xx.xx.2021-ci il tarixli qərardadla əmr ləğv olunaraq iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddianı qismən müdafiə edərək izahatında göstərdi ki, cavabdeh Cavabdeh3 ilə bank arasında bağlanmş xx.xx.2014-cü il tarixli 23A000010891 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 aylıq faiz dərəcəsi 2.4167% olmaqla 36 ay müddətinə, 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 2746.1 manat ödəniş etmiş və onun kreditora 4253.9 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən ,cavabdeh kredit borcunu qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 336 gün üçün hesablanmış faiz borcu 1253.08 manat təşkil etmişdir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq cavabdeh ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir.Kredit müqaviləsi üzrə hesablanmış cərimə 425.39 manat təşkil etmişdir.Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər bank qarşısında öz üzərlərinə öhdəlik götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəlilərin icrası üçün bank qarşısında borclu Cavabdeh3 ilə birgə məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə əmri çıxarıldıqdan sonra cavabdehlər ödəniş etdikləri üçün hazırda 3764,31 manat əsas, 788,77 manat faiz və 903,5 manat cərimə borcları qalmışdır. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qismən qəbul qəbul edərək izahatında göstərdi ki, krediti o götürmüşdür. Digər cavabdehlər isə zamin durmuşlar. Bankdan götürdüyü krediti hər ay vaxtı-vaxtında ödəmişdir. Lakin sonradan işdən çıxdığı üçün krediti ödəyə bilməmişdir. Cərimə məbləğinin yüksək olduğunu göstərərək cərimənin azaldılmasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2014-cü il tarixli, 23A000010891 nömrəli kredit müqaviləsidən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh3 36 ay müddətinə, aylıq 2,4167 % faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 23A000010891 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borclu Cavabdeh3 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh3 iddiaçı "xxxx" QSC-nin xəzinədarlığından 7000 manat pulu qəbul etmişdir. xx.xx.2014-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 iddiaçı "xxxx" QSC-dən götürdüy 7000 manat kredit məbləğini xx.xx.2017-ci il tarixə qədər hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, 4687 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2014-cü il tarixli, 23A000010891 nömrəli kredit razılaşması üzrə 3764,31 manat kredit borcu, 788,77 manat faiz borcu, 903,5 cərimə olmaqla cəmi 5456,58 (beş min dörd yüz əlli altı manat 58 qəpik) manat məbləğində borcu qalmışdır. xx.xx.2016-cı il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlərə kredit borcunun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" QSC ilə Cavabdeh3 oğlu arasında xx.xx.2014-cü il tarixli, 23A000010891 nömrəli kredit müqaviləsi bağlanaraq , iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, aylıq 2,4167 % faiz dərəcəsini tətbiq etməklə 7000 manat məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış, zaminlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 23A000010891 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borclu Cavabdeh3 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər.Cavabdehlər müqavilə üzrə öhdəlikləri tam icra etmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM)470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun borclu Cavabdeh3 və zaminlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zaminlər bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehdən yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsini əmlak mənafeylərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2014-cü il tarixli, 23A000010891 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan 903,5 manat cərimə məbləği azaldılaraq 25 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyi vaxtında icra etmədikləri üçün iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda məhkəmə əmri çıxarıldıqdan sonra ödənilmiş mbləğlər nəzərə alınaraq xx.xx.2014-cü il tarixli, 23A000010891 nömrəli kredit müqaviləsi üzrə 3764,31 manat məbləğində əsas, 788,77 manat faiz, 25 manat cərimə olmaqla cəmi 4578,08 (dörd min beş yüz yetmiş səkkiz manat 08 qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" QSC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərə aid edilməli, ödənilməmiş 10 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 23A000010891 nömrəli kredit müqaviləsi üzrə 3764,31 manat məbləğində əsas borc, 788,77 manat faiz borcu, 25 manat cərimə olmaqla cəmi 4578,08 (dörd min beş yüz yetmiş səkkiz manat 08 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat alınaraq iddiaçı "xxxx" QSC-in xeyirinə ödənilsin. İş üzrə ödənilməmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-736/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-736/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver